Türk boğazları böhranı — 1946-cı ildə Türk boğazlarına nəzarətlə bağlı Türkiyəyə qarşı SSRİ-nin tələbləri ilə əlaqədar yaranan beynəlxalq siyasi böhran. Böhran SSRİ-nin Türkiyəyə ərazi iddiaları çərçivəsində baş vermişdir.
Türk boğazları böhranı | |||
---|---|---|---|
Soyuq müharibənin bir hissəsi | |||
| |||
Tarix |
Passiv formada: 20 iyul 1936 - 6 avqust 1946 Aktiv formada: 7 avqust 1946 - 30 may 1953[1] |
||
Yeri |
Qara dəniz Mərmərə dənizi |
||
Səbəbi | İkinci Dünya müharibəsindən sonra ərazi mübahisələri | ||
Nəticəsi |
* Status quo ante bellum * Sovet İttifaqı Türkiyə boğazlarında rejimin dəyişdirilməsi tələblərini geri götürdü * Türkiyə NATO-ya üzv oldu |
||
Ərazi dəyişikliyi | Türkiyə | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Türkiyə İkinci Dünya müharibəsinin sonuna qədər öz neytrallığını qoruyub saxlaya bildi. SSRİ nəqliyyat gəmilərinin Qara dənizi Aralıq dənizi ilə birləşdirən Türk boğazlarından sərbəst keçməsi üçün Sovet hökuməti tərəfindən Türkiyə hökumətinə təzyiqlər edilməyə başlandı. Türkiyə hökumətinin Sovet İttifaqının tələblərini birmənalı şəkildə rədd etməsi bölgədə gərginliyi artırdı və böhranı güc nümayişinə çevirdi. Bu hadisə sonradan Trumen doktrinasının yaranmasında müəyyənedici amil rolunu oynadı.[2] Bu böhran Türkiyənin üzünü tamamilə Qərbə, yəni Amerika Birləşmiş Ştatlarına və NATO-ya çevirməsinə səbəb oldu.
Çanaqqala və Bosfor boğazları Qara dənizlə Aralıq dənizini birləşdirir. Onlar Qara dəniz dövləri olan Türkiyə, SSRİ, Rumıniya və Bolqarıstan kimi Varşava Müqaviləsi ölkələri üçün böyük əhəmiyyət kəsb edirdi. Türk boğazları hərbi strategiya baxımından da çox mühüm yer tuturdu. Qara dənizə sahili olan ölkələrin donanmalarının başqa dənizlərə çıxmasının yeganə yolu bu boğazlardan keçir.
Türkiyə ilə SSRİ arasındakı bu böhranın başlanması İkinci Dünya müharibəsindən əvvəlki dövrə təsadüf edir. 1930-cu illərin ikinci yarısına qədər Türkiyə-SSRİ münasibətləri isti və bir qədər də qardaşlıq xarakteri daşıyırdı. Hər iki tərəf öz aralarında imzalanmış Moskva müqaviləsi ilə bir-biri ilə əməkdaşlıq edəcəklərinə söz vermişdilər. 1936-cı ildə Türkiyə, SSRİ, Avstraliya, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Yaponiya, Böyük Britaniya və Yuqoslaviyanın imzaladığı Montrö konvensiyası ilə boğazlar üzərində hərbi və siyasi hüquqları tənzimləmə səlahiyyəti Türkiyəyə verildi.[3] Bu müqavilə boğazlarla bağlı son danışıqlar idi. Əvvəlki müqavilələr və konfranslar XIX-XX-ci əsrlərdə boğazların hər kəsə açılmasına əsaslanırdı. Problem Musollini İtaliyasının yüksəlişi və onun ekspansionist siyasəti və Bolqarıstanın Türkiyə tərəfindən boğazların hərbiləşdirilməsi qorxusu səbəbindən yenidən baş qaldırdı.[4] 1936-cı il iyulun 20-də müqavilə imzalandıqdan sonra Türkiyəyə boğazları hərbiləşdirmək və tənzimləmək icazəsi verildi. Müqaviləyə görə, Qara dənizdə sahili olmayan ölkələrin gəmiləri Türkiyədən icazə almalı idi.[5] İosif Stalin 1936-cı il konvensiyasına düzəlişlər etmək üçün beynəlxalq ictimai rəyə təzyiq edirdi və 1939-cu ildə Türkiyə və Sovet İttifaqının boğazlara birgə nəzarəti təklif etdi. Sovet İttifaqı faşist Almaniyası ilə Molotov-Ribbentrop paktı imzaladıqdan sonra Sovet Xarici İşlər Naziri Vyaçeslav Molotov alman həmkarına ölkəsinin boğazlara güc tətbiq etməklə nəzarət və onların yaxınlığında hərbi baza yaratmaq istəyi barədə məlumat verdi.[6]
1936-cı il Montrö boğazlar konvensiyasının şərtləri ilə razı olmayan SSRİ 19 mart 1945-ci ildə SSRİ 25 dekabr 1925-ci il tarixli Sovet-Türkiyə müqaviləsini[8] denonsasiya etdi. Bundan sonra yeni müqavilənin bağlanması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr və danışıqlar başladı. May ayında SSRİ Türkiyəyə yeni müqavilə layihəsini təklif etdi. Bu müqaviləyə əsasən müharibə baş verərsə, SSRİ ordusu və donanmasının Türkiyə ərazisindən sərbəst keçməsinə zəmanət verilirdi. Lakin bu güzəştdən sonra SSRİ bütün sovet tələbləri tam yerinə yetirilənə qədər Türkiyəni “sıxmaq” həvəsinə düşdü.[9] Türkiyənin Moskvadakı səfiri Səlim Sarper şəxsən SSRİ xarici işlər naziri Vyaçeslav Molotovla görüşdü. İyunun 7-də keçirilən iclasda Xalq Xarici İşlər Komissarı Qara dəniz boğazlarında Sovet-Türkiyə birgə nəzarəti rejimi (Sovet hərbi-dəniz bazasının yerləşdirilməsi ilə) və “düzəliş” kimi yeni sazişin bağlanması üçün belə arzuolunan şərtləri elan etdi.[10] 1921-ci il Moskva Müqaviləsini Molotovun SSRİ-nin ərazi məsələsində "təhqir" etdiyinə görə ədalətsiz adlandırdı. SSRİ və Türkiyənin yeni sərhədi, sovet nöqteyi-nəzərindən, təxminən 1878-ci ildə Rusiya və Osmanlı imperiyalarının sərhədinə uyğun gəlməli idi. “Qanunsuz zəbt edilmiş” ərazilərə keçmiş Qars bölgəsi, Batuminin cənubu, həmçinin keçmiş İrəvan quberniyasının Sürməli qəzası daxil idi.[10]
Rus diplomatı və tarixçisi, 1998-2004-cü illərdə Rusiyanın xarici işlər naziri İqor İvanovun sözlərinə görə, ərazi iddiaları ilk növbədə təzyiq vasitəsi kimi istifadə edilirdi. Belə ki, Sovet hakimiyyətinin əsas məqsədi böyük strateji əhəmiyyətə malik Qara dəniz boğazlarına nəzarəti bərqərar etmək idi.[9]
SSRİ ilə Türkiyə arasında gərginlik, Türkiyənin Sovet Donanmasının mülki ekipajlarının İkinci Dünya müharibəsi zamanı boğazlardan keçməsinə icazə verməməsi səbəbindən artmışdı. Müttəfiqlərin faşist Almaniyasını məğlub etməsindən sonra Sovet hökuməti 1945-1946-cı illərdə bu məsələyə qayıtdılar. 1946-cı il ərzində Amerika və Türkiyə diplomatları tez-tez bu mövzuda danışırdılar. 6 aprel 1946-cı ildə Amerika döyüş gəmisi "USS Missouri"nin İstanbula səfəri Sovet İttifaqını daha da qəzəbləndirdi. Gəmi bölgəyə vəfat etmiş türk səfirinin nəşini gətirmək məqsədi ilə gəldiyini bildirdi. Lakin Sovet hökuməti bunun bəhanə olduğunu bildirdi.[11]
1946-cı il avqustun 7-də Sovet İttifaqı Türkiyə Xarici İşlər Nazirliyinə nota verdi. Notada Türkiyənin boğazlarla bağlı davranışının artıq Qara dənizdəki ölkələrin təhlükəsizlik maraqlarını təmsil olunmadığı bildirilirdi. Bu, İtaliya və Almaniya hərbi gəmilərinin boğazlardan maneəsiz keçməsi hallarına diqqət çəkildi (Alman gəmiləri yalnız ölkə Almaniyaya 23 fevral 1945-ci ildə müharibə elan etdikdən sonra türk qüvvələri tərəfindən saxlanılırdı). Notada SSRİ-nin boğazların rejiminin artıq etibarlı olmadığı qənaətinə gəlindiyi, Montrö müqaviləsinin yenidən nəzərdən keçirilməsi və yeni beynəlxalq konfransda yenidən yazılması tələb edilirdi.[12]
Nota Qərb müttəfiqlərinin tam dəstəyi ilə Türkiyə hökuməti tərəfindən rədd edildi. 1946-cı il avqustun 19-da ABŞ hökuməti Sovet İttifaqının Türkiyəyə notasına cavabını SSRİ-nin ABŞ-dəki səfirinin müavini F.Orexova çatdırdı. Cavab notasında deyilirdi:
Hökumətimiz sovet hökumətinin Türkiyə hökumətinə notada yer alan təkliflərini diqqətlə öyrənmişdir. Sovet hökumətinin beşinci təklifi boğazların sovet-türk birgə müdafiəsini nəzərdə tutur. ABŞ hökuməti hesab edir ki, Boğazların qorunmasına yalnız Türkiyə cavabdeh olmalıdır. Boğazlar hücum və ya hücum təhlükəsi obyektinə çevrilərsə və bu da öz növbəsində beynəlxalq təhlükəsizliyə təhlükə yaradırsa, o zaman BMT Təhlükəsizlik Şurası müvafiq tədbirlər görəcək və cavab addımları atacaq. |
Avqustun 21-də Britaniya hökuməti də Türkiyəni Boğazların müdafiəsini təkbaşına həyata keçirmək üçün səlahiyyətli hesab etdiyini bəyan etdi. Avqustun 22-də Türkiyə hökuməti Montrö Konvensiyasının ən azı 1956-cı ilə qədər qüvvədə qalmalı olduğunu bildirdi.
1946-cı il sentyabrın 24-də Türkiyə hökumətinə boğazlarla bağlı növbəti sovet notası göndərildi. Oktyabrın 18-də Türkiyə hökuməti əvvəlkinə oxşar cavab verdi.
1947-ci ilin əvvəlində Sovet İttifaqı Suriyanı 1939-cu ildə Türkiyəyə birləşdirilən Hatay (Aleksandret) ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməyə sövq etdi.
1946-cı ilin yayında və payızında Sovet İttifaqı Qara dənizdəki hərbi dəniz varlığını artırdı. Sovet gəmiləri Türkiyə sahilləri yaxınlığında manevrlərə başladı. SSRİ Balkanlara xeyli sayda quru qoşunları göndərdi. Sovet İttifaqının artan təzyiqi qarşısında geri çəkilən Türkiyə hərəkətə keçdi və ABŞ-yə yardım üçün müraciət etdi. Prezident Harri Trumen administrasiyası ilə məsləhətləşdikdən sonra Türkiyəyə dəniz qüvvələri göndərdi.[13] 9 oktyabr 1946-cı ildə ABŞ və Böyük Britaniya hökumətləri Türkiyəni dəstəklədiklərini bir daha təsdiq etdilər.[14]
Türkiyə hökuməti 1946-cı ilin noyabrında Moskvaya yeni səfir Faiq Akduru təyin etdi. Türkiyə prezidenti İsmət İnönü Akdura yalnız Sovet İttifaqı ilə əlaqələrin daha da inkişaf etdirilməsinə diqqət yetirməyi tapşırdı. Akdura boğazlar ətrafında gərginləşmə baş verərsə, onunla bağlı danışıqlara getməsi xüsusi olaraq qadağan edildi.[15] ABŞ Türk boğazlarının taleyini birdəfəlik həll etmək üçün beynəlxalq konfransın keçirilməsini təklif etdi. Sovet İttifaqının Türkiyədəki səfiri Sergey Vinoqradov 1946-cı il dekabrın 10-da Moskvaya göndərilmiş məktuba memorandum şəklində cavab verdi. Orada bildirilirdi ki, ABŞ-nin təsvir etdiyi şəraitdə konfransın keçirilməsi qəbuledilməzdir, çünki Sovet İttifaqı orada tələblərinin qəbul edilməyəcəyindən əmin idi. Sovet Xarici İşlər Nazirliyi əsas məqsədləri olan boğazlardan rejim dəyişikliyi əvəzinə, onların tənzimləndiyi indiki infrastrukturun bəzi dəyişikliklərlə də olsa, qalacağını proqnozlaşdırırdı.[16] Böhranın ilk il yarımı ərzində Sovet İttifaqının Türkiyədəki səfiri olan Sergey Vinoqradovu 1948-ci ildə Politbüro geri çağırdı. Onun varisi Aleksandr Lavrişev Ankaraya Sovet Xarici İşlər Nazirliyinin boğazlarla bağlı son taleyüklü sovet sənədləri olan bir sıra göstərişlərlə gəldi.[17]
Sovet Xarici İşlər Nazirliyi, “Türkiyədə səfir üçün təlimat”ın 4-cü bəndi – 29 mart 1948-ci il:[18]
Türklər boğazlardakı mövqeyimizi bilmək istəyirlərsə, cavab belədir: 7 avqust və 24 sentyabr 1946-cı il tarixli notalarda SSRİ-nin mövqeyi hərtərəfli şəkildə ifadə olunub. |
1947-ci ilin mayında ABŞ SSRİ-nin hökumət əleyhinə qüvvələri dəstəklədiyi vətəndaş müharibəsi olan Yunanıstana və Türkiyəyə yardım haqqında qanun qəbul etdi. ABŞ-nin Türkiyəyə etdiyi hərbi yardım rəsmiləşdi. Türkiyə bitərəflik siyasətindən əl çəkərək 1947-ci ildə Truman Doktrinasının Sovet təsirinin Türkiyə və Yunanıstana yayılmasını dayandırmaq planına uyğun olaraq ABŞ-dən 100 milyon ABŞ dolları məbləğində iqtisadi və müdafiə yardımı qəbul etdi. Yuxarıda adı çəkilən iki dövlət 1952-ci ildə NATO-ya qoşuldu.[19]
İosif Stalinin ölümündən sonra Sovet hökuməti daxilində rejim dəyişikliyi onun xarici siyasətinə də təsir göstərdi. 30 may 1953-cü ildə Sovet Xarici İşlər Naziri Molotov Rusiyanın Bosfor və Dardanel boğazları ilə bağlı iddialarını, eləcə də Türkiyə-Ermənistan-Gürcüstan sərhədi boyunca digər ərazi mübahisələrini dayandırdı. 1953-cü ilin mayında sovet hökumətinin bəyanatı Türkiyəyə çatdırıldı. Orada deyilirdi:[20]
Boğazlar məsələsinə gəlincə, Sovet hökuməti bu məsələ ilə bağlı əvvəlki fikrinə yenidən baxdı və həm SSRİ, həm də Türkiyə üçün eyni dərəcədə məqbul olan şərtlərlə boğazlardan SSRİ-nin təhlükəsizliyini təmin etməyi mümkün hesab etdi. |
Türkiyə 1952-ci ildə NATO-ya daxil olaraq Qərbə istiqamətlənən də Sovet İttifaqının münasibətlərin əsaslı şəkildə yenidən düzəlməsinə olan ümidləri puça çıxdı.[21] 1936-cı il Montrö boğazlar konvensiyası müəyyən yeniliklərlə SSRİ və Türkiyənin varis dövlətləri arasında bu gün də qüvvədədir.[22]