Sakarya döyüşü (türk. Sakarya meydan savaşı) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türkiyə-Yunanıstan müharibələrində Atatürk tərəfindən çox böyük və qanlı döyüş mənasını verən "Melhame-i Kübra" ifadəsi ilə xatırlanan müharibə.
Sakarya döyüşü | |||
---|---|---|---|
Türk-Yunan müharibəsi | |||
Tarix | 23 avqust-13 sentyabr 1921 | ||
Yeri | Sakarya çayı, Ankara, Türkiyə | ||
Nəticəsi |
Taktiki nəticəsizlik Yunan hücumunun dayandırılması Türk strategiya zəfəri |
||
Münaqişə tərəfləri | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Sakarya Meydan Müharibəsi, Anadolu türk tarixinin ən əhəmiyyətli döyüşlərindən biridir. Yunan generalı Papulas tərəfindən yunan ordularına Ankaraya hərəkat əmri verilmişdi. Döyüşü yunan tərəfi qazansa, Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini qəbul etmək məcburiyyətində qalacaqdı. Digər tərəfdən iyirmi dörd diviziyalıq rus əsgəri Qafqazda bu döyüşün nəticəsini gözləməkdə idi. Döyüşü türklərin uduzması halında Sevr müqaviləsi asanlıqla tətbiq edilə biləcəkdi.
Sakarya Meydan Müharibəsi sonunda türk ordusunun itkisi 5713 ölü, 18480 yaralı, 828 əsir və 14268 itkin olmaq üzrə cəmi 39289-dur. Yunan ordusunun itkisi isə 3758 ölü, 18955 yaralı, 354 itkin olmaq üzrə cəmi 23007-dir. Sakarya Meydan Müharibəsində çox sayda zabit itkisi olduğu üçün bu Müharibəyə "Zabit müharibəsi" adı da verilmişdir. Mustafa Kamal Atatürk bu müharibə haqqında "Sakarya Melhame-i Kübrası" yəni qan gölü, qan dəryası demişdir.
Yunanlar üçün geri çəkilməkdın başqa variant qalmadı. Geri çəkilərkən türk əhalisinə qarşı etdiyi təcavüzlər, qundaqlamalar və soyğunçuluq nəticəsində 1 milyondan artıq türk evsiz-eşiksiz qaldı.
Sakarya döyüşü, Türkiyə tarixində bir dönüş nöqtəsidir.
Sakarya döyüşünün qazanılması türk xalqının ümumi döyüşün qazanılacağına olan inamını bərpa etmişdir. İstanbulda, bütün məscidlərdə Sakarya şəhidlərinə dualar oxunmuşdur. O ana qədər, Ankara ilə arasında məsafə saxlayan İstanbul mətbuatında bir sevinc duyğusu meydana gəlmişdir. Beynəlxalq cəmiyyətin (xüsusilə İngiltərənin) Türkiyə Böyük Millət Məclisi güclərinə baxışı dəyişmiş və Yunanıstan, arxasındakı İngiltərə dəstəyini itirmişdir.