Naxçıvan nekropolları — Naxçıvan şəhəri ərazisində və şəhər ətrafında yerləşən tarixi abidələr.
Naxçıvan nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Aidiyyatı | Tunc-Dəmir dövrü |
Üslubu | arxeoloji abidə |
|
Naxçıvan nekropolu, Naxçıvan şəhərinin şimal kənarında Tunc dövrünə aid arxeoloji abidədir. Abidə, 1968 – ci ildə təşərrüfat işləri zamanı torpaq qəbirlər dağıdılaraq təsadüfən aşkar olunmuşdur.[1]
Düzbucaqlı formalı qəbirlərin üstü uzunluğu 1 m, eni 0,5 m, qalınlığı 0,2 – 0,3 m olan daş plitələrlə örtülmüşdür. Qəbirlər şimaldan – cənuba, həmçinin şimaldan – qərbə doğru istiqamətlənmişdir. Skletlərin qalıqları olduqca pis saxlanmışdır. Qəbirlərdən birində cənubdan – qərbə istiqamətlənərək bükülü vəziyyətdə olan skelet salamat qalmışdır. Digər qəbirlərdən isə pis vəziyyətdə olan 7 kəllə sümüyü tapılmışdır.[2]
Naxçıvanın orta və son Tunc, həmçinin, ilk Dəmir dövrü qəbir abidələri üçün kollektiv dəfn adəti səciyyəvidir. Qəbirlərdən zəngin maddi mədəniyyət nümunələri – boyalı gil qablar, müxtəlif formalı tunc bəzəklər (bilərzik, üzük, sırğa və s.) ayrı – ayrı minerallardan hazırlanmış muncuqlar və s. tapılmışdır. Gil məmulatı içərisində çəhrayı rəngli, qzəri qara, qəhvəyi, qırmızı və sarı rənglərlə naxışlanmış boyalı qablar xüsusi incə zövqlə hazırlanmışdır.
Naxçıvanın məişət abidələrinin stratiqrafiyasına, həmçinin arxeoloji materialların texnoloji analizinə əsasən Naxçıvan nekropolu e.ə. II minilliyin ortaları və sonuna aid edilir.[3] Nekropldan əldə olunmuş materiallar Naxçıvan Dövlət Tarix Muzeyində sərgilənməkdədir.
I Naxçıvan Nekropolu Naxçıvan nekropolu yaxınlığında antik dövrə aid arxeoloji abidədir. 1970–ci ildə tikinti işləri aparılarkən təsadüfən aşkar edilmişdir. Sahəsi 1,9 ha olan abidə, dağıdılmış altı küp qəbirdən ibarətdir.
Abidədən əldə olunmuş materiallar hərbi qulluqçu Peters tərəfindən nömrələnmiş və Gürcüstan Dövlət Tarix Muzeyinə verilmişdir. Arxeoloji qazıntılar nəticəsində qəbirlərdən çəhrayı rəngdə bişirilmiş gil qablar, üzəri qırmıı boya ilə örtülərək sığallanmış, bəzən isə cilalanmış sadə qablar, boz rəngli gil məmulatı, gümüş və tuncdan hazırlanmış bilərzik, sancaq, üzük və sırğalar, serdolik, pasta, şüşə və əqiq muncuqlar, iki şüşə möhür, Makedoniyalı İskəndərə aid bir ədəd gümüş draxma əldə olunmuşdur. Nekropolun tapıntıları e.ə. IV – III əsrlərə aid edilir.[4]
II Naxçıvan nekropolu, Naxçıvan – Şahbuz avtomobil yolunun sol tərəfində, hərbişəhərciyin qurtaracağında yerləşən antik dövrə aid arxeoloji abidədir. Nekrpol 1990 – cı ildə tikinti işləri aparılarkən, təsadüfən aşkar olunmuşdur. Tikinti zamanı küp qəbirlər və onlardan aşkar olunmuş maddi – mədəniyyət nümunələri ziyan çəkmişdir.
Abidədən əldə olunmuş materiallar AMEA – nın Naxçıvan Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən toplanmış və Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil verilmişdir. Tapntılara əsasən, nekropol e.ə. II – I əsrlərə aid edilir.[5]
III Naxçıvan nekropolu, orta əsrlər Naxçıvan şəhəri ərazisində (Yezidabad qalasında) yerləşən arxeoloji abidədir. Nekropol 1987 – ci ildə aşkar olunmuşdur.
Arxeoloji qazıntılar zamanı qalanın cənub – şərq tərəfində iki küp qəbir öyrənilmişdir. Qəbirlərdən boz rəngli, cilalanmış gil qablar, çəhrayı rəngli küpə qırığı, dəmir toqqa, nizə ucluqları və sair maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Əldə olunan metariallara əsasən nekropol erkən orta əsrlərə ( III – VII əsrlərə) aid edilir.[6]
Orta əsr Naxçıvan nekropolu Naxçıvan şəhərində Köhnəqаlаnın qərbində 11-18-ci əsrlərə aid arxeoloji abidədir. Hаzırdа burаdа 12-18 əsrlərdə inşа оlunmuş "İmаmzаdə" mеmаrlıq kоmplеksi qаlmаqdаdır. Mеmаrlıq kоmplеksinin ətrаfı оrtа əsr qəbiristаnlığıdır. Qəbirstаnlığın bir hissəsi tikinti işləri zаmаnı dаğıdılmış, bir hissəsi isə indiyədək qаlmаqdаdır. Qəbirlərin əksəriyyətinin yеrüstü əlаmətləri itmişdir. Nеkrоpоl yаmаcdа yеrləşdiyindən bəzi qəbirlər аşınmа nəticəsində аçılmışdır. Burаdа bişmiş kərpicdən hörülmüş tаğvаri sərdаbələrə də təsаdüf оlunur. Tədqiqаtlаr göstərir ki, zаmаn kеçdikcə nеkrоpоlun yеri dəyişmiş və "İmаmzаdə" kоmplеksinin yахınlığındа yеrləşən təpənin üzərinə kеçmişdir. Nеkrоpоlu əsrlərə аid еtmək оlаr[7].