Savaneti

İmirhəsən - Gürcüstanın Bolnisi rayonunun tabeçiliyində etnik azərbaycanlı kəndi. 90-cı illlərin əvvəllərində rayonun digər 32 kəndi kimi adı dəyişdirilərək Savaneti şəklinə salınmışdır.

Kənd
İmirhəsən
41°25′52″ şm. e. 44°39′27″ ş. u.
Ölkə  Gürcüstan
Region [[Borçalı mahalı]]
Rayon [[Bolnisi rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 470 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1.717 nəfər
Xəritəni göstər/gizlə
İmirhəsən xəritədə
İmirhəsən
İmirhəsən

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

İmirhəsən kəndi Maşaveranın sol qollarından olan Dələver çayının üzərində dəniz səviyyəsindən 420–450 m. yüksəklikdə yerləşir. Rayon mərkəzindən 20 km. şərqdə, paytaxt Tiflisdən 55 km. cənubdadır. Qonşu kəndləri Faxralı, Qoçulu, Yuxarı Qoşakilsə, Molla Əhmədli, Saraçlı, DaşlıqullarHasanxocalıdır.

2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən İmirhəsən kəndinin əhalisi 1717 nəfər təşkil etmişdir. Kənd sakinlərinin 48,6%-i kişilər, 51,4%-i isə qadınlardır. Rəsmi məlumata əsasən əhalinin 98%-i azərbaycanlılardır.

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

İmirhəsən kəndi rayonun başlıca kənd təsərrüfatı bölgəsidir. Tərəvəzçilik, kartofçuluq və taxılçılıq geniş yayılmışdır.

  1. Ulu baban kim olub ? III kitab (Faxralı, Saraçlı, İmirhasan və Qoçulu kəndləri - XIX yüzilə aid kameral təsvirlər). Tərtib edənlər: V. Hacılar, F. Valehoğlu. Bakı: "Kooperasiya" nəşriyyatı, 2019, 64 s.

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]