Rzayeva Münəvvər Məcid qızı (6 iyun 1929, Şuşa, DQMV – 6 iyun 2004, Bakı) — Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın heykəltaraş.[1] Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).
Münəvvər Rzayeva | |
---|---|
Doğum adı | Münəvvər Məcid qızı Rzayeva |
Doğum tarixi | 6 iyun 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 2004 (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Mükafatları |
Münəvvər Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olmuşdur. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. O, Nikolay Tomskinin sinfində təhsil alıb.[2]
1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. Münəvvər Rzayeva 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Üzvü seçilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir.[3]
Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır.
M. Rzayeva psixoloji portret ustası idi. Heykəlləri qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdırdı. Yaradıcılığını, əsasən, sənət adamlarının heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyefləri təşkil edirdi. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı fəaliyyətində xüsusi yer tutur.[4]
Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.
2019-cu ildə Münəvvər Rzayevanın 90 illik yubileyi qeyd olunmuşdur.[6]
2024-cü ildə Münəvvər Rzayevanın 95 illik yubileyi münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində heykəltaraşın əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.[7][8]
Şəxs | Tarix | Yerləşdiyi yer | Şəkil | Qeyd |
---|---|---|---|---|
Sevil Qazıyeva (Sevil Qazıyevanın heykəli) |
1969 | Bakı | barelyef (bürünc) | |
Mikayıl Müşfiq (Mikayıl Müşfiqin heykəli) |
1970 | Bakı | büst (qırmızı qranit) | |
Sergey Yesenin | 1977 | Mərdəkan | heykəl | |
Ayna Sultanova | 1986 | Bakı | büst | |
Mehdixan Vəkilov | 1976 | Bakı (2-ci Fəxri Xiyaban) | heykəl | |
Əlibala Şirinov | 1973 | Bakı (2-ci Fəxri Xiyaban) | heykəl | |
Bəhmənyar | Bakı (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) | büst (mərmər) | ||
İmadəddin Nəsimi | Bakı | heykəl (ağac) | ||
Səməd Vurğun | 1966 | İmişli | heykəl | |
Sevil Qazıyeva | 1972 | Zaqatala | heykəl | |
Mirzə Ələkbər Sabir | 1973 | Quba | büst | |
Məhsəti Gəncəvi (Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983)) |
1983 | Gəncə | heykəl | |
Mikayıl Müşfiq | 1989 | Xızı (Sayadlı) | heykəl | |
Nigar Rəfibəyli (Nigar Rəfibəylinin heykəli (Gəncə, 1998)) |
1998 | Gəncə | heykəl (bürünc) | |
Heydər Əliyev | 1998 | Qusar ("Heydər Zirvəsi") | barelyef (tunc) |