Sutenyorun qəlbi (roman)

"Sutenyorun qəlbi"Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.

Sutenyorun qəlbi
rus. Душа сутенера
Müəllif Çingiz Abdullayev
Janr Bədii ədəbiyyat
Orijinalın dili Rus dili
Tərcüməçi Təbəssüm Muxtarova
Tərtibat Emil Muxtarov
Nəşriyyat Zərdabi LTD
Nəşr 2012
Səhifə 168
Növ kitab
Tiraj 1000

Məzmun[redaktə | mənbəni redaktə et]

Əsərin Moskvada yaşayan baş qəhrəmanı, özünün etiraf etdiyi kimi, doğulduğu Bakı şəhərində kişi üçün təhqir hesab olunan bir işlə - "insan ehtirasları vasitəsilə" - sutenyorluqla məşğul olmaqla külli miqdarda pul qazanır. Tabeliyində olan seçmə fahişələri, adətən yuxarı təbəqənin nümayəndələri sifariş edirlər. İkili həyat sürən saxtakarlarla ünsiyyətdə olan, onlarla iş birliyi quran, hər cür mənəvi normaları tapdalayan adamlarla üzləşməyə məcbur qalan Lütikov insan psixologiyasına çox gözəl bələddir. Müəyyən müddətdən sonra onun ətrafdakılara qarşı münasibəti artıq tamamilə fərqli məcraya düşmüşdür - qəhrəman harın riyakarlara dərin nifrət bəsləyir.

Növbəti sifarişi sutenyora bir neçə nəfərin qanı bahasına başa gəlir. Bu sonuncu sifariş onun qəlbinin dərinliklərində gizlənən və özünün də etiraf etmək istəmədiyi hissləri üzə çıxarır...

Təqdimatı[redaktə | mənbəni redaktə et]

Çingiz Abdullayevin "Sutenyorun qəlbi" romanının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi 28 dekabr 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyində keçirilmişdir. Tədbirdə müəllif Çingiz Abdullayev və tərcüməçi Təbəssüm Muxtarova kitabın yazılma prosesi, süjet xətti və tərcümə ideyasının reallaşdırılması barədə məlumat vermişdilər. Kitab haqqında fikirlərini bildirənlər arasında tanınmış yazıçı Natiq Rəsulzadə də olub.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Çingiz Abdullayev: "Prezident oxucumdur"". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]