Suxumi qırğını

Suxumi döyüşü və ya Suxumi qırğını1627 sentyabr 1993-cü il ərazində baş vermiş döyüş. Döyüşün nəticəsi olaraq Suxuminin nəzarəti gürcülərdən abxazlara keçmişdir.

Suxumi döyüşü
Abxaziyada müharibə (1992-93)
Tarix 16-27 sentyabr 1993
Yeri Gürcüstan
Nəticəsi Abxazların qalibiyyəti, Suxumi şəhərinin abxaz qüvvələrinin nəzarətinə keçməsi
Münaqişə tərəfləri

Gürcüstan Respublikası

Abxaziya Muxtar Respublikası

Hadislərin gedişi

[redaktə | mənbəni redaktə et]

Rusiyanın vasitəçiliyi ilə 27 iyulun 27-də Soçidə daha bir atəşkəs razılaşması əldə edildi. Bu atəşkəs Abxaziya separatçıları müqaviləni pozduqları günə yəni, (Gürcüstanın müqavilənin şərtlərinə əməl etməməsini bəhanə gətirərək) Suxumiyə doğru genişmiqyaslı hücuma başladığı 16 sentyabr tarixinədək davam etdi. Hücum zamanı Rusiyaya məxsus MiQ-29 təyyarələri Suxumi və gürcü kəndləri daxil Qumista çayı boyunca yerləşən gürcü yaşayış məskənlərinə vakum bombaları yağdırdı.[1] Rusiyalı jurnalist Dmitri Xolodov Suxuminin işğalından əvvəl şəhərdə idi. O, şəhərin dəfələrlə Rusiya qüvvələri tərəfindən ağır silahlarla atəşə tutulduğunu və bunun mülki itkilərə səbəb olduğunu bildirmişdi.[2]

Rusiyanın iştirakı ilə atəşkəs və Gürcüstan-Abxaziya münaqişəsinin tənzimlənməsi haqqında prinsiplər imzalanmışdır. Razılaşmaya əsasən Gürcüstan tərəfi ağır artilleriyanı, tankları və canlı hərbi qüvvənin böyük hissəsini Suxumidən çıxarmağa başladı. Abxaz separatçıları müttəfiqləri ilə şəhərə hücum və ağır bombardmanın təşkili haqqında razılaşma əldə etmişdi. Öz növbəsində Gürcüstan tərəfi Rusiyaya bəyan etdi ki, əgər gürcülər Suxumidən ordu çıxarılmasını tamamilə başa çatdırsalar, bu zaman şəhərə hücum edilə və ya bombardman təşkil oluna bilməz. Gürcü hərbi qüvvələri tankları ilə birgə Rusiya hərbi gəmiləri vasitəsiylə Poti şəhərinə daşındı. Şəhər tamamilə hərbi baxımdan müdafiəsiz hala gətirildi. Mülki əhali isə şəhərdə yaşamağa davam edirdi, hətta sentyabrın 1-də bütün məktəblər yenidən fəaliyyətə başladı. Məcburi köçkünlərin böyük bir hissəsi yenidən öz evlərinə qayıtdılar və Suxumidə həyat öz axarına qayıtdı. Şevardnadzenin sözlərinə görə, o Yeltsinə və Rusiya qarantiyasına inanmış, buna görə də insanlardan evlərinə qayıtmağı xahiş etmişdi.[3] Lakin, 16 sentyabr saat 8 am-də abxaz separatçıları Şimali Qafqaz könüllüləri, kazaklar və Rusiya xüsusi xidmət orqanı döyüşçüləri ilə birgə Suxumiyə hücuma başladılar.[4]

12 günlük gülləbərandan əvvəl bir neçə gün mühasirə altında olan şəhərin ətrafında intensiv döyüşlər baş verdi və hər iki tərəf ciddi itkilər verdi. Şəhərdə qalan gürcülər ağır artilleriya silahları qarşısında yalnız tüfənglər və AK 47-lərlə müdafiə olunmağa məcbur idilər.[5] Suxumidəki teatr aktyorları birliyi şəhərdə separatçılara qarşı mübarizə aparan digər vətəndaşlarla birlikdə döyüşlərə qoşulmuşdu. Şəhər Rusiya hərbi hava qüvvələri və separatçıların artilleriyası tərəfindən amansızcasına bombalanırdı.[6] 27 sentyabrda şəhər separatçılar tərəfindən ələ keçirildi, Qafqaz Dağlı Xalqlaı Konfederasiyası və Rusiya birlikləri Abxaziya Hökumət Evini ələ keçirdilər.

İşğaldan sonra Şevardnadze Suxuminin əhalisinə radio ilə müraciət etdi:

" Hörmətli dostlar, Suxumi və Gürcüstan vətəndaşları! Gürcüstan ən çətin günlərlə üzləşir, xüsusilə Suxumi. Separatçılar və xarici işğalçılar şəhərə daxil oldular. Cəsarətinizlə fəxr edirəm ... Separatçılar və fürsətçilər tarix tərəfindən mühakimə olunacaq ... Gürcülərin bu Gürcüstan şəhərində yaşamalarını istəmirlər. Onların çoxu Qaqra faciəsini burada təkrarlamaq xəyallarını qurur ... Bilirəm ki, qarşılaşdığımız çətinliyi başa düşürsünüz. Vəziyyətin nə qədər çətin olduğunu bilirəm. Bir çox insan şəhəri tərk edib, ancaq siz Suxumi və Gürcüstan üçün burda qalırsınız .... Sizi, Suxumi vətəndaşlarını, döyüşçüləri, zabitlərini və generallarını çağırıram: Mən indi sizin vəzifənizdə olmağın çətinliyini başa düşürəm, amma geri addım atmağa haqqımız yoxdur, hamımız öz yerimizi tutmalıyıq. Şəhəri möhkəmləndirməli və Suxumini xilas etməliyik. Sizə demək istəyirəm ki, hamımız - Abxaziya Hökuməti, Nazirlər Kabineti, cənab Jiuli Şartava, həmkarları, Suxuminin şəhər və regional rəhbərliyi hərəkətə hazırıq. Düşmən bizim hazır olduğumuzdan xəbərdardır, buna görə də sevimli Suxumimizi məhv etmək üçün ən qəddar şəkildə mübarizə aparır. Sizi barışıq, möhkəmlik və özünüzü idarə etməyə çağırıram. Düşmənimizi layiq olduqları kimi küçələrimizdə qarşılamalıyıq. "

Kütləvi qətllər

[redaktə | mənbəni redaktə et]

27 sentyabr 1993-cü ildə baş vermiş 2 saatlıq döyüşdən sonra Nazirlər Sovetinin binası ələ keçirilir. Nəticədə abxazlar tərəfindən Abxaziya hökumətinin ali idarə heyəti məhkəməziz ittiham edilərək güllələnir: Abxaziya Nazirlər Sovetinin sədri Jiuli Şartava, Dövlət müşaviri Vaxtanq Gegelaşvili, Nazirlər Şurasının əməkdaşı Sumbat Saakyan, Sənaye naziri Raul Eşba, Suxumi icra başçısı Quram Qabiskiriya, Mətbuat Şurasınəın rəhbəri Aleksandr Berulava və başqaları.[7]

Müharibə zamanı mülki əhaliyə qarşı ən qorxunc qırğın Suxuminin işğalından sonra bu şəhərdə həyata keçirildi. Şəhərin işğalı zamanı abxaz separatçıları küçələrdə 1000-ə qədər adamı öldürmüşdülər. Şəhərdə tələyə salınmış mülki vətəndaşlar evlərindən, zirzəmilərindən və saxlanclarından çıxarılaraq əsir alınmışdır.[8]

1994-cü ildə ABŞ Dövlət Departamentinin Ölkə Hesabatlarında insan haqlarının kütləvi şəkildə pozulması səhnələri də təsvir edilmişdir:

" Abxaziya separatçı qüvvələri, Gürcüstan mülki əhalisinə qarşı geniş vəhşiliklər törətmiş, bir çox qadın, uşaq və qızı öldürmüş, bəzilərini girov götürülmüş və başqalarına işgəncə verilmişdi .... Abxaziya tərəfindən ələ keçirilmiş ərazidə qalan çox sayda gürcü mülki vətəndaşı da öldürülmüşdü...[9] "
" Başqa millətlər də əziyyət çəksə də, separatçılar əksəriyyəti gürcü olan əhaliyə qarşı terror saçmağa başladılar. Çeçenlərin və Rusiya Federasiyasından olan digər Şimali Qafqazlıların yerli Abxaziya qüvvələrinin vəhşi hərəkətlərinə qoşulduqları bildirildi .... Abxaziyadan qaçanlar, yaşlarına və cinslərinə əhəmiyyət vermədən mülki şəxslərin öldürülməsi də daxil olmaqla onlara qarşı son dərəcə vəhşilik iddiaları ilə çıxış etdilər. Abxaziyanın nəzarətində olan ərazidən çıxarılan meyitlərdə dəişətli işgəncə əlamətləri görsənirdi ("Human Rights Watch"a təqdim edilən dəlillər ABŞ Dövlət Departamentinin bəyanatını dəstəkləyir)[9] "

Şəhərə hökumət qüvvələrinə dəstəyə gələn Eduard Şevardnadze ölümdən son anda qurtularaq şəhəri tərk etdi. Tezliklə Abxaziya qüvvələri və Dağlı Xalqları Konfederasiyası könüllüləri bütün Abxaziya ərazisini işğal etdilər. Yalnız Kodori dərəsi Gürcüstanın nəzarətində qaldı.[9] Gürcüstan qüvvələrinin ümumi məğlubiyyəti, Gürcü əsilli əhalinin etnik təmizlənməsi ilə müşayiət olundu. Müharibə və onu müşayət edən etnik təmizləmə nəticəsində Gürcüstanın müxtəlif ərazilərində, xüsusilə Sameqreloda (Minqreliya) (112,208; BMQAK, iyun 2000) 200.000-250.000 məcburi köçkün məskunlaşmışdır. Tbilisidə və ətraf ərazilərdə qaçqaınlar yüzlərlə yataqxana, otel və tərk edilmiş Sovet kazarmalarında müvəqqəti məskunlaşmışlar.[10] ŞQXK-nın çeçen yaraqlıları daha sonra Rusiya ilə Birinci Çeçenistan müharibəsində iştirak etmək üçün Abxaziyanı tərk etdilər.

Müharibənin ağır fəsadlarını yaşamış gürcü qadınları Rusiya kinorejissoru Andrey Nekrasovla müsahibədə həmin günləri belə xatırlayırlar:

" Abxazlar bizim evə girdilər, məni və yeddi yaşlı oğlumu bayıra çıxardılar. Bizi diz çökməyə məcbur etdilər və gözümün qarşısında oğlumu güllələdilər. Daha sonra onlar məni saçlarımdan tutaraq sürüdülər. Abxaz əsgərləri məni aşağı baxmağa məcbur etdilər; orada üç cavan oğlan və bir neçə yaşlı qadın çılpaq şəkildə suyun ortasında dayanaraq ağlayırdılar. Abxaz separatçıları isə öldürdükləri insanların cəsədlərini dəfn edirdilər. Daha sonra əsgərlərdən biri qranat atdı bir yerə toplanmış çoxlu adamı öldürdü. Məni yenidən ölülərin yanında diz çökməyə məcbur etdilər. Əsgərlərdən biri düz mənim yanımda ölünün gözlərini bıçaqla çıxardı. Daha sonra, o, həmin gözləri mənim dodaqlarıma və üzümə sürtməyə başladı. Mən daha dözə bilmədim və huşumu itirdim. Özümə gələndə gördüm ki, məni çoxlu ölülərin arasında ataraq çıxıb gediblər.[11] "

Suxumi döyüşünün son günlərində Abxaz seperatçıları "Transair Georgia"ya məxsus üç gürcü mülki təyyarəsini vuraraq 136 nəfəri qətlə yetirdilər (sərnişinlərin bəziləri gürcü əsgərləri idi).[12]

Döyüşün son saatlarında çox sayda gürcü mülki və hərbi qulluqçu Rusiya gəmiləri tərəfindən təxliyə edilmişdi.[13]

Bəzi abxaz və erməni döyüşçüləri mülki əhaliyə qarşı inanılmaz vəhşilik göstərmişlər: Tamaz Nadareişvilinin sözlərinə görə bir qıza təcavüz edilmiş, qəddarcasına qətlə yetirilmiş və cəsədi parçalanmışdır. Cəsədin yanında belə bir ismarış qoymuşlar:«Bədənin bu hissələrini birləşdirmək mümkün olmadığı kimi, Abxaziya artıq heç vaxt Gürcüstanla bir yerdə olmayacaq»[14]. Qırğının abxaz millətçiləri və ya qus, Qafqaz döyüşçüləri tərəfindən həyata keçirilməsi iddiaları var. Qətllərin məsuliyyəti separatçı qüvvələrin komandiri və Abxaziya qəhrəmanı Şamil Basayevin üzərinə atılır. Lakin qırğından xilas olan bəzi qaçqınlar qırğınlarda abxaz və ermənilərdən ibarət qonşuların iştirak etdiyini iddia edirlər[15]. Bir çox insanlar rus məmurlarının əmrlərini xatırlayır: "Məhbusları almayın!"

  1. Goltz, Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet
  2. D. Kholodov. "Moskovskiy komsomolets", July 29, 1993, p.3
  3. Shevardnadze Edward, Thoughts on Past and Future, , p 121
  4. Goltz Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet, p 93
  5. Goltz Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet, p 153
  6. Goltz Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet, p 135
  7. "Завесой молчания окружена участь его товарищей". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-19.
  8. Human Rights Watch report GEORGIA/ABKHAZIA: VIOLATIONS OF THE LAWS OF WAR AND RUSSIA'S ROLE IN THE CONFLICT Arxivləşdirilib 2019-09-09 at the Wayback Machine, March 1995
  9. 1 2 3 U.S. State Department, Country Reports on Human Rights Practices for 1993, February 1994, pp 877, 881, 891
  10. Mullen, J. Atticus Ryan; Christopher A. Mullen. Unrepresented Nations and Peoples Organization: Yearbook 1997. Martinus Nijhoff Publishers. 1998. səh. 173. ISBN 90-411-1022-4. 2016-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  11. White Book of Abkhazia. 1992–1993 Documents, Materials, Evidences. Moscow, 1993.
  12. Mihail Zhirohov, Авиация в абхазском конфликте Arxivləşdirilib 2011-06-04 at the Wayback Machine (Aviation in the Abkhazian conflict)
  13. "GEORGIAN LEADER CHARGES ATROCITY". The New York Times. 29 September 1993. 23 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2018.
  14. Nadareishvili, Tamaz. Genocide in Abkhazia. Tbilisi: Samshoblo, 1997, p 94
  15. Human Rights Watch interviews, August 1993.