Tüləgüvan

TüləgüvanAzərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd.[1] Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kijəbə qəsəbə inzibati ərazi dairəsinə aiddir.[2] Dağlıq əraziyə malik olduğundan rayonun əsas subtropik bazasıdır. 1 kitabxana, 1 bələdiyyə, 1 tam orta məktəbi var. Kənddə 1446 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluqdur.[2]

Tüləgüvan
38°32′00″ şm. e. 48°46′24″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 170 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.446 nəf.
Tüləgüvan xəritədə
Tüləgüvan
Tüləgüvan

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kəndin ərazisindən Xəzər dənizi müşahidə olunur.

Lənkəran ovalığındadır. Oykonim talış dilindəki, tül/til (gil), kü (dağ), van (yaşayış məskəni) komponentlərindən düzəlib (-ə mənsubiyyət bildirir), "gilli dağda yaşayış yeri" mənasını verir.

Coğrafi ad Tül (til) talış dilində "gil", "ə" birləşdirici sait, ku "dağ", van isə "yaşayış məskəni" deməkdir.[3]

22 noyabr 2012-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı Q. Ağayevin kənddə əhali ilə görüşündə ərazi nümayəndəsi Rafael Babayevin verdiyi məlumata əsasən, kəndin 344 təsərrüfatında 1446 nəfər əhali yaşayır.[4]

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]

Memarlıq abidələri

[redaktə | mənbəni redaktə et]

Dəmir dövrünə aid Koraoba kəndindəki "Koraoba daş qutu nekropolu"nu və s. göstərmək olar.

Kənddə Qarabağ müharibəsi şəhidi Xanlar Şəkərovun adını daşıyan tam orta məktəb vardır(əvvəlki adı: Koraoba kənd orta məktəbi). Məktəb 1963-cü ildə, kəndin sakini Ömər Əliyevin başlıca təşəbbüsü ilə tikilmişdir və üç sinifdən ibarət olmuşdur. Hal hazırda məktəbin yeni korpusu fəaliyyət göstərir.

Məktəbin tikilmə tarixi

Kənd ağsaqqalı və xeyriyyəçisi Ömər Əliyev, o zamankı "Lenin adına Sovxoz"da fəhlə və eyni zamanda sitrus meyvələri sahələrində qaravulçu işləyir. Kənddə məktəb olmadığından, hər gün öz və himayəsində olan uşaqlarını kənddən bir neçə kilometr uzaqda yerləşən başqa bir kəndin (Burzuband) məktəbinə aparır və bir neçə dəfə işə gecikir. Bir gün sovxoz sərdi ondan nə üçün işə gecikdiyini soruşduqda o, bu məslənin həllini, Tüləküvan (əvvəlki Koraoba) kəndində məktəbin tikilməsində gördüyünü deyir və uşaqların yaxınlıqda təhsil ala bilməsi üçün kənddə məktəb binasının vacibliyini qeyd edir. Çox keçməmiş, 1963-cü ildə kənddə məktəb tikintisinə başlanılır və məktəbin inşasında şəxsən Ömər Əliyev heç bir təmənna ummadan çalışır.[5][6][7]

Əhalinin əsas məşğuliyyəti sitrusçuluqdur. Bundan başqa heyvandarlıq və arıçılıq da inkişaf etdirilmişdir. Rayonun əsas subtropik bazası hesab olunur.

Kəndi Qəcimardə-Tüləgüvan-Ojakəran dairəvi yolu əhatə edir.

Kənd əhalisi islam dininə sitayiş edir.

  • Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.250.
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti. "Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Tüləgüvan kənd sakinləri ilə səyyar qəbulu və görüşü olmuşdur" (az.). astara-ih.gov.az. 23.11.2012. 2022-04-01 tarixində arxivləşdirilib.
  3. Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
  4. "Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Tüləgüvan kənd sakinləri ilə səyyar qəbulu və görüşü olmuşdur" (az.). 23 noyabr 2012. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021.
  5. Bəxtiyarqızı, Nərmin. ""Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir..."" (az.). 6 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021. (#redundant_parameters); (#invalid_param_val)
  6. Nərmin Bəxtiyarqızı. "Bir çox rayonlarda ilk telefon ATS-lərini qurmuşam – Veteran rabitəçi Fəzail Əliyev" (az.). Azpost.info. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2021. (#invalid_param_val)
  7. Bəxtiyarqızı, Nərmin. "Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir... - Fəzail Əliyev". avrasiya.net (Müsahibə) (az.). 6 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021. (#redundant_parameters); (#invalid_param_val)