Tabatsğuri gölü

Tabatsğuri gölü (gürc. ტაბაწყურის ტბა) — Samtsxe-Cavaxeti bölgəsində, BorjomiAxalkalaki rayonlarının sərhədində yerləşən göl. Dəniz səviyyəsindən 1991 metr yüksəklikdə yerləşir. Sahəsi 14,2 km2-dir. Ən dərin yeri 40,2 metr, orta dərinliyi 15,5 metrdir. Suyunun həcmi 221 milyon m3-dur. Gölü yeraltı sular, qar və yağış suları qidalandırır. Suyun səviyyəsi aşağı həddə fevral ayında, yüksək həddə iyun ayında çatır. Buzlanma dekabrın sonlarından martın sonlarına kimi davam edir.[3]

Tabatsğuri gölü
gürc. ტაბაწყურის ტბა
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1991 m
Eni 4 km[1]
Uzunluğu
Sahəsi 14,2 km²
Həcmi 221 km³
Dərin yeri 40,2 m
Orta dərinliyi 15,5 m
Duzluluğu 50 mq/l[2]
Yerləşməsi
41°38′43″ şm. e. 43°37′13″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Region
  • Samtsxe-Cavaxeti
Tabatsğuri gölü xəritədə
Tabatsğuri gölü
Tabatsğuri gölü
Tabatsğuri gölü xəritədə
Tabatsğuri gölü
Tabatsğuri gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suyu təzə və bol balıqlıdır. Gölün sahilində Tabatsğuri və Moliki kəndləri yerləşir. Ktsia-Tabatsğuri Qoruğu ilə əhatə olunmuşdur.

  1. 1 2 http://bse.sci-lib.com/article108324.html.
  2. http://sbiblio.com/biblio/content.aspx?dictid=159&wordid=1239670.
  3. Abxazava. Gürcüstan Sovet Ensiklopediyası. 1985. səh. 634.