Tahir Hilal oğlu Əliyev (1936, Nehrəm, Naxçıvan rayonu) - Babək Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Babək Rayon Xalq Deputatları Məclisinin sədri, Babək və İliç rayonlarının partiya komitələrinin birinci katibi, Babək Rayon XDS-nin sədri.
Tahir Əliyev | |
---|---|
28 aprel 1994 – 1 aprel 1998 | |
Əvvəlki | Baba Əliyev |
Sentyabr 1990 – 1994 | |
1990 – 1990 | |
1978 – ? | |
1977 – ? | |
1975 – ? | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1936 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Tahir Əliyev 1936-cı ildə Nehrəm kəndində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda müəllim, sonralar "Azərkəndtexnika" Birliyi Naxçıvan Muxtar Respublika Baş İdarəsində baş dövlət texniki müfəttişi, daha sonra isə baş müfəttiş olaraq çalışmışdır. Bir müddət Naxçıvan MSSR Maşın Heyvandarlıq Stansiyasının direktoru olmuşdur. 1966-cı ildən "Azərkəndtexnika" Respublika Baş İdarəsinin rəisi olmuşdur.
Tahir Əliyev 1969-cu ildən Naxçıvan Şəhər Partiya Komitəsinin ikinci katibi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təlimatçı, 1975-ci ildə Babək Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1977-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədrinin müavini, 1978-ci ildən İliç Rayon Partiya Komitəsinin birinci katibi, 1990-cı ildən isə Babək Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrini daşımışdır.
1990-cı ilin sentyabr ayından Babək Rayon Xalq Deputatları Məclisinin sədri olmuşdur.
Tahir Əliyev 28 aprel 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[1] O, 1 aprel 1998-ci ildə vəzifəsindən azad edilmişdir.[2]
O, həmçinin, IX–XII çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.
"Şərəf Nişanı" ordeni və Leninin yubiley medalı ilə təltif olunmuşdur.