Cəfər Cəfərov (dövlət xadimi)

Cəfər Hüseynqulu oğlu Cəfərov (2 iyul 1915, Təzəkənd, Naxçıvan qəzası27 iyun 1957) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibi (1954–1957), Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri (1951–1952), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1949–1951).

Cəfər Cəfərov
bayraq
Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibi
bayraq2
yanvar 1954 – 27 iyun 1957
1951 – 1952
bayraq
Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini
bayraq2
1949 – 1951
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1915(1915-07-02)
Doğum yeri
Vəfat tarixi 27 iyun 1957(1957-06-27) (42 yaşında)
Dəfn yeri
Partiya
Təhsili
  • ÜİK(b)P MK yanında Ali Partiya Məktəbi[d] (19461949)

Təltifləri "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Cəfər Hüseynqulu oğlu Cəfərov 2 iyul 1915-ci ildə (başqa mənbəyə əsasən 1913-cü ildə[1]) Naxçıvan qəzasının Təzəkənd kəndində anadan olmuşdur.[2]

Əmək fəaliyyətinə atası vəfat etdikdən sonra, 8 yaşında muzdur kimi başlamışdır. Doğulduğu kənddə kolxoz təşkil edilən zaman anası burada çalışmağa başlamış, beləliklə Cəfər Cəfərov kənd məktəbində təhsil ala bilmişdir.[3] O daha sonra kəndli-gənclər məktəbində oxumuş, 1928-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yanında fəhlə fakültəsini bitirmişdir.[4]

Cəfər Cəfərov 1928-ci ildən komsomol üzvü olmuş, 1931-ci ildə Naxçıvan Rayon Komsomol Komitəsinin Təşkilat-təlimat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.[3] Ardınca o, Fəhlə-Kəndli Qırmızı Ordusunda hərbi xidmətdə olmuş, ordudan tərxis edildikdən sonra Naxçıvan Rayon Komsomol Komitəsinin birinci katibi, 1939-cu ildən Naxçıvan Rayon ZDS İcraiyyə Komitəsinin sədri, 1941–1943-cü illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin birinci katibi, 1943–1946-cı illərdə isə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin kadrlar üzrə katibi vəzifələrində çalışmışdır.[4]

Cəfər Cəfərov 1946-cı ildə ÜİK(b)P MK yanında Ali Partiya Məktəbində oxumağa göndərilmiş və 1949-cu ilin sentyabr ayında bu məktəbi bitirmişdir.[1] 1949–1951-ci illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1951-ci ildən Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri, 1952-ci ildən Bakı konyak kombinatının direktoru, 1953-cü ildən Azərbaycan Sovxozlar Trestinin müdir müavini vəzifələrində işləmişdir.[4] 1954-cü ilin yanvar ayından həyatının sonunadək Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibi olmuşdur.[1]

Cəfər Cəfərov IV çağırış Azərbaycan SSR Ali Sovetinin və III çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.[4] "Şərəf nişanı" ordeni, "Qafqazın müdafiəsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.[1] Müharibə dövründə Naxçıvan MSSR komsomolçularının müharibədə fəal iştirakındakı xidmətlərinə görə, eləcə də müharibə fonduna toplanan yardıma görə Stalin tərəfindən qızıl qol saatı ilə mükafatlandırılmışdır.[4]

Cəfər Cəfərov 27 iyun 1957-ci ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[2]

  1. 1 2 3 4 Ҹ. Һ. Ҹәфәров // Коммунист. № 151 (10487). 29 июн 1957-ҹи ил. С. 4.
  2. 1 2 Cəfərov Cəfər Hüseynqulu oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 37.
  3. 1 2 Ҹәфәр Һүсейнгулу оғлу Ҹәфәров // Альбом плакатов-биографий депутатов Верховного Совета Азербайджанской ССР четвертого созыва. 6 марта 1955 года. Бакы. 1956. С. 13.
  4. 1 2 3 4 5 Cəfərov Cəfər Hüseynqulu oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 89.