Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Kazım Sultan oğlu Süleymanov (1933, Siyaqut, Naxçıvan MSSR) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Babək və Ordubad rayon komitələrinin birinci katibi, Naxçıvan MSSR kənd təsərrüfatı naziri (1976–1983), Azərbaycan SSR əməkdar aqronomu.
Kazım Süleymanov | |
---|---|
1983 – 1989 | |
Sonrakı | Əkbər Əliyev |
1976 – 1983 | |
1970 – | |
Əvvəlki | Əbil Rüstəmov |
1967 – 1970 | |
Əvvəlki | Əli Vəliyev |
Sonrakı | Elbəyi Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1933 |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Kazım Sultan oğlu Süleymanov 1933-cü ildə hazırkı Şərur rayonunun Siyaqut kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Arpaçay MTS-də və İliç Rayon Kənd Təsərrüfatı Müfəttişliyində aqronom kimi başlamışdır.[1]
Kazım Süleymanov 1959-cu ildən Azərbaycan Kommunist Partiyası İliç Rayon Komitəsində təlimatçı, sonra Naxçıvan MSSR Kənd Təsərrüfatı Məhsulları İstehsalı və Tədarükü Nazirliyinin İliç rayonu üzrə təşkilatçı-müfəttişi, Sovxoz İstehsalat İdarəsində baş aqronom, 1963-cü ildən Kənd Təsərrüfatı Məhsulları İstehsalı və Tədarükü İdarəsinin rəisi olmuşdur. 1967-ci ildən İliç Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1970-ci idən Azərbaycan KP Ordubad Rayon Komitəsinin birinci katibi, 1976-cı ildən Naxçıvan MSSR kənd təsərrüfatı naziri, 1983-cü ildən Azərbaycan KP Babək Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989-cu ildən Naxçıvan MSSR Nazirlər Sovetində aparıcı mütəxəssis, 1998-ci ilədək isə Naxçıvan MR Nazirlər Kabinetində aparıcı mütəxəssis vəzifələrində işləmişdir.[1]
Kazım Süleymanov IX, X, XI çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayının nümayəndəsi seçilmiş, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1965), "Şərəf nişanı" ordeni (1971), I və II dərəcəli "Əlaçı sərhədçi" medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar aqronomu" fəxri adına layiq görülmüşdür.[1]