Tamaruqal və ya Pampa-del-Tamaruqal (isp. Раmра del Tamarugal) — Çilinin şimalında, Sahil Kordilyer ilə Qərb Kordilyeri arasında yerləşən yayla ərazisində yerləşir. Səhra 900—1200 metr okean səviyyəsindən yuxarıda yerləşir. Səhranın uzunluğu 450 km, eni 30–60 km, sahəsi 12 500 km² təşkil edir. İqlimi tropikdir. Atakamanın şimalında yerləşir və onun tərkibi hesab edilir. Səhranın adı Tamaruqo kolundan götürülmüşdür[1]. Plato ərazisində Раmра del Tamaruqal Milli Parkı yerləşir. 1903-cü ildə Tamaruqal yaylasında çəkisi 320 kq olan Meteorit (Tamaruqal) aşkarlanmışdır[2].
Tamaruqal | |
---|---|
isp. Раmра del Tamarugal | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 894 m |
Sahəsi | 12 500 km² |
Yerləşməsi | |
20°37′09″ c. e. 69°40′25″ q. u.HGYO | |
Yerləşdiyi yer | Cənubi Amerika |
Ölkə | Çili |
|
|
Vikianbarda əlaqəli mediafayllar |