Tiryək və Şərab

"Bəngü-Badə"[a] (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab"[1] və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində[2][3] yazdığı allegorik və satirik[4] əsəridir.

Bəngü-Badə
azərb. بنگ و باده
Avstriyadan gələn əlyazma, 1830. Azərbaycan Milli Kitabxanası
Avstriyadan gələn əlyazma, 1830. Azərbaycan Milli Kitabxanası
Janr poema-münəzərə
Müəllif Məhəmməd Füzuli
Orijinal dili Azərbaycan dili
Yazılma ili 1510—1524
Elektron versiya
Vikimənbənin loqosu Bəngü-Badə Vikimənbədə

Yazılma tarixi

[redaktə | mənbəni redaktə et]

Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə KərbəlaNəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib,[2] bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir.[5]

Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir.[6]

Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir.[7]

Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.[6]

Xudbinlik Bəngü hesab edir ki, bütün insanlar yalnız tək ona tabe olmalıdır.[6] O, deyir:

" Ki: - Mənəm hər nə var ona fayiq,

Xidməti-xəlqdir mənə layiq!

Olamı kimsə göstərə сürət,

Mənə endirməyə səri-taət.

"

Badənin ziyafətində məlum olur ki, Bəngü Badə qədər təkəbbürlüdü. Badə xidmətçisinin Bəngünün ünvanına təriflər yağdıranda qəzəblənir və xidmətçisinin Bəngüya gizli itaətkarlığından şübhələnir.[8] İki özünə vurğun eqoistlərin mübahisəsi müharibə ilə bitir və nəticədə Badə qələbə çalır Bu iki padşahların mənasız müharibələrinin nəticəsi isə çoxlu sayda insanların ölümü olur.[9]

Tədqiqi və nəşri

[redaktə | mənbəni redaktə et]

Qərbi Avropada Füzuli haqqında ilk məlumat verən almaniyalı tədqiqatçı Yozef fon Hammer Purgştalı olmuşdur. O, "Geschichte der Osmanischen Dichtkunst" (azərb. "Osmanlı poeziyasının tarixi"‎) adlı əsərinin ikinci cildində Füzulinin əsas əsərlərini sadalayır, lakin yalnız "Bəngü Badə" əsərinin üzərində ətraflı işləyərək, onu izah və təhlil edir. Hammerə əsasən, Füzuli "Bəngü və Badə" əsəri məşhur etdi ki, Azərbaycanlı tədqiqatçı Həmid Araslı bu fikri yanlış hesab edir. Poemanı araşdıran Hammer qənaətə gəlir ki, "Füzuli Quranda qadağan olunmuş şərabın həvəskarı idi, və o, şərabı Quranda həmçinin qadağan edilmiş həşişdən üstün tutur". Yevgeni Bertelsin fikrincə isə, Hammer Füzulinin dilini o qədər də yaxşı başa düşmürdü və Hammerin məqaləsinin ciddi elmi əhəmiyyəti ola bilməz.[5]

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Bəngü Badə" poemasının əlyazmalarının 4 siyahısı saxlanılır.[10] 1949-cu ildə Bakıda Nizami adına Ədəbiyyat İnstitutunda Füzulinin "Əsərləri"nin ikinci cildi nəşr olundu, "Bəngü Badə" həmçinin ora əlavə edildi.[8] 1958-ci ildə Bakıda Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı tərəfindən poema Füzulinin "Əsərləri"nin ikinci cildində rus dilində dərc olundu.[9]

Ədəbi təhlili

[redaktə | mənbəni redaktə et]

Poema alleqorik formada yazılıb[11][12], və ədəbiyyatşünas Həmid Araslının qeyd etdiyi kimi, əsər SəfəvilərOsmanlı imperiyası arasında müharibəni təsvir edir. Araslının fikrincə, Füzuli həmin dövrün güclü iki padişahın arasında olan müharibənin nə qədər mənassız olduğunu göstərir. Şair həmçinin ayrı-ayrı feodalları qürur və lovğalığlarına görə tənqidə məruz qoyur.[6]

Azərbaycan filoloqu Ziyəddin Göyüşovun sözlərinə görə, Füzuli "Bəngü-Badə" poemasında dünya həyatını "axirət həyatının ləzzətləri" ilə müqayisə edərək, asketik xütbələrə necə mənfi yanaşdığını göstərir. Şərabı Füzuli kövsər ilə müqayisə edirdi, dünya gözəllərini isə hurilərlə. Füzuli qeyd edir ki, nisyə şeyləri düşünərək, nağdı olanı buraxmaq olmaz.[11] Göyüşov yazır ki, Füzuli əsərində feodallarının əxlaqi çatışmazlıqlarını ifşa edir, sultan I Səlimi damğalayır.[4]

Özbək tədqiqatçısı Erqaş Rüstəmov bildirir ki, Füzulinin "Bəngü-Badə" poeması "münəzərə" janrının tipik nümunəsi sayılır[13] ("münəzərə" sözü ərəb dillindən mübahisə, disput, yarışma deməkdir).[14] Bu janr orta əsrlərdə şərq ədəbiyyatında geniş yayılmışdır.[14] Rüstəmovun fikrincə, Füzuli öz əsərini ""Bəngü və Şərab arasında mübahisə" adlı bənzər inşa yazan XV əsrin özbək şairi Yusuf Əmirinin təsiri altında yazıb.[13]

Azərbaycan tədqiqatçısı Qasım Cahaniyə əsasən, Füzuli "Bəngü-Badə" poemasının yazması zamanı əsas mənbə kimi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasını istifadə etmişdir. Lakin "Bəngü-Badə" poeması süjet baxımından Nizami Gəncəvinin poemalarından seçilir.[15]

  1. Həmçinin, "Bəngü Badə"[1]
  1. 1 2 Фүзули // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 14.
  2. 1 2  Eir. Fożūlī Mohammad Arxivləşdirilib 2013-11-17 at the Wayback Machine (ingiliscə) // Encyclopædia Iranica. — 2000. — Vol. X. — P. 121–122.
  3. Peter Rollberg. The modern encyclopedia of Russian and Soviet literature (including Non-Russian and Emigre literatures) / Edited by Harry B. Weber. — Academic International Press, 1987. — Т. 8. — С. 77.
  4. 1 2  Göyuşov, 1968, səh. 134.
  5. 1 2 Araslı, 1958, səh. 13.
  6. 1 2 3 4  Araslı, 1958, səh. 132.
  7. Tahsin Yazıcı. "HAMZA NİGARİ". Encyclopaedia Iranica Online (Brill). (#accessdate_missing_url)
  8. 1 2 Araslı, 1958, səh. 34.
  9. 1 2  Araslı, 1958, səh. 133.
  10.  Дмитриева Л. В. Исторические и поэтические тюркоязычные рукописи и их творцы (по материалам собрания Института востоковедения Академии наук СССР) // Советская тюркология. — 1982. — № 5. — С. 73.
  11. 1 2  Göyüşov, 1968, səh. 131.
  12. H, M. Araslı. Великий азербайджанский поэт Физули. — Из истории литератур народов Закавказья. — Ер.: Издательство Ереванского университета, 1960. — Т. I. — С. 66. (rusca)
  13. 1 2 T. Hüseynova. Историческое развитие жанровой формы муназара // Известия Академия наук Азербайджанской ССР. Серия литературы, языка и искусства. — Б., 1983. — № 4. — С. 32.
  14. 1 2 A. Aşirov. Поэма Гаиби "Сказание о тридцати двух зернах" // Известия Академия наук Туркменской ССР. Серия общественных наук. — 1985. — № 3. — С. 258.
  15. Ҹаһани Г. Азәрбајҹан әдәбијјатында Низами ән'әнәләри = Традиции Низами в азербайджанской литературе / Под редакцией И. Гамидова. — Б.: Элм, 1979. — С. 74. — 204 с. 
  • Həmid Araslı'. Великий азербайджанский поэт Физули / Cəfər Cəfərovun redaksiyası altında. — Б.: Азербайджанское издательство детской и юношеской литературы, 1958. — 235 с.
  • Ziyəddin Göyüşov. Этическая мысль в Азербайджане: исторические очерки. — Б.: Ганджлик, 1968. — 563 с.