Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi - Şuşa şəhəri general Quliyev küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli monumental abidə.[3] 1960-cı ildə UNESCO-nun xətti ilə Mir Möhsüm Nəvvabın qəbri üzərində qırmızı mərmərdən abidə-barelyef qoyulub[4]. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.[5] 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra abidə dağıdılıb[6].
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi | |
---|---|
| |
46°45′26″ şm. e. 39°45′15″ ş. u. | |
Ölkə | Azərbaycan |
Status | Bağ-park, monumental və xatirə abidələri |
Şəhər | Şuşa şəhəri, Cıdır düzü |
Rayon | Şuşa rayonu |
Yerləşir | Şuşa |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Layihə müəllifi | Tokay Məmmədov |
Memar | Rasim Əbdürrəhmanov |
Tikilmə tarixi | 1957 |
Vəziyyəti | 1992-ci ildə ermənilər tərəfindən dağıdılmışdır[1] 2023-cü ildə bərpa edilmişdir[2] |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
Təyin edilib | 2001 |
İstinad nöm. | 5695 |
Kateqoriya | Karvansaray |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab 1919-cu ildə vəfat etmişdir[7]. Qəbrinin üzərində onun oğlu Mir İbrahim Ağamirzadə tərəfindən bunlar yazılmışdır:
Böyük Nəvvaba, heyiflər olsun! Öz dövrünün arif, kamil şəxsiyyəti olmuşdur. Seyidin nəsli, peyğəmbərin pak övladı bir çox kitablar yazmışdır ki, cahanda yadigar qalsın. Allah ona rəhmət eləsin hər vaxt gecə-gündüz. Nəvvab 1919-cu il rəbiləvvəl ayının 29-da vəfat etmişdir[8]. |
1957-ci ildə[9] Tokay Məmmədov Nəvvabın qəbirüstü abidəsini hazırlayıb. Abidənin memarı Rasim Əbdürrəhmanovdur.[10] 1960-cı ildə UNESCO tərəfindən qəbirdə təmir işləri aparılıb. Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin 9 may tarixində Şuşanı işğal etdiyi zaman abidə ermənilər tərəfindən dağıdılıb.[11][1][12]
7 noyabr 2020-ci ildə Şuşa Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildikdən sonra abidənin qalıqları aşkar edilib.