Tomazo Albinoni (it. Tomaso Albinoni; 8 iyun 1671[1][2][…], Venesiya[1][3][…] – 17 yanvar 1751[1][2][…], Venesiya[1][3]) — İtaliyalı bəstəkar.
Tomazo Albinoni | |
---|---|
it. Tomaso Albinoni | |
Ümumi məlumatlar | |
Doğum adı | Tomaso Giovanni Albinoni |
Doğum tarixi | 8 iyun 1671[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 yanvar 1751[1][2][…] (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəkərli diabet |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, skripkaçı, dramaturq, yazıçı |
Fəaliyyət illəri | 1694-cü ildən |
Janrlar | opera, simfoniya |
Musiqi aləti | skripka |
Vikianbarda əlaqəli mediafayllar |
Tomazo Albinoni 1671-ci ilin 8 iyun tarixində İtaliyanın Venesiya şəhərində varlı ailədə anadan olmuşdur. Albinoni maddi baxımdan çətinlik çəkmədiyindən musiqi ilə tez-tez məşğul olurdu. Ailədə ən böyük övlad olması, atasının ölümündən sonra ailə daxili və xarici münasibətləri nizamlamaq üçün ailə şirkətinə rəhbərlik etməyə başlamışdır. Albinoni Dilettante Veneto adlı gənc musiqiçi ilə öz musiqi fəaliyyətinə başlamışdır. Albinoni opera müğənnisi Marqarita Raimondi ilə evlənmişdir. 1721-ci ildə Tomazo Albinoninin xanımı Marqarita Raimondinin vəfat etməsi, ona pis təsir etmişdir. 1740-cı illərdə Fransada Albinonin skripka sonatalarından ibarət musiqi kitabı nəşr olunmuşdur. Kitabın ön səhifəsində müəllifin 1741-ci ildə vəfat etdiyi göstərilmişdir. Bu səbəbdən bir çox tarixçi və alimlər Tomazo Albinoninin ölüm tarixi kimi 1741-ci ili götürürdülər, Ancaq Venesiya şəhərində yerləşən San Barnaba kilsəsinin arxivində, kilsə nəznində saxlanılan şəxslər haqqındakı, hesabatda musiqiçi Tomazo Albinoninin 1751-ci ildə şəkərli diabetdən vəfat etdiyi göstərilmişdir.
Tomazo Albinoni 80 yaxın opera bəstələmişdir, Ancaq əsərlərinin bir çoxu 1945-ci ildə Drezden şəhərinin bombalanması zamanı itmişdir. 1720-ci ildə operaları ilk dəfə olaraq İtaliyadan kənarda Münhen şəhərində səhnələşdirilmişdir.
Bu əsərlərdən başqa Albinoninin iyirmiyə yaxın əl yazma formasında saxlanılan opera əsərləridə vardır.