Varşava döyüşü (1920)

Varşava döyüşü həmçinin Visla üzərində möcüzə kimi də tanınır (pol. cud nad Wisłą) — 1919-1921-ci illərdə Sovet-Polşa müharibəsinin əsas döyüşlərindən biri, hansındaki, Sovet Ordusunun Polşanın içərilərinə doğru irəliləməsinin qarşısı alındı və müharibədə əsaslı dönüş əldə edildi. Varşava döyüşünün nəticəsi Polşanın müstəqilliyinin qorunmasına səbəb oldu. Riqa Sülh Müqaviləsinə görə Qərbi Ukrayna və Qərbi Belarusun geniş əraziləri Polşaya verildi.

Varşava döyüşü (1920)
Sovet Rusiyası — Polşa müharibəsi
Polşa əskərləri Varşava yaxınlığındakı döyüşdən sonra ələ keçirdikləri sovet bayraqları ilə
Polşa əskərləri Varşava yaxınlığındakı döyüşdən sonra ələ keçirdikləri sovet bayraqları ilə
Tarix 13 avqust — 25 avqust 1920
Yeri Varşava yaxınlığında
Nəticəsi Polşa ordusunun tam qələbəsi
Ərazi dəyişikliyi Polşa respublikası
Münaqişə tərəfləri

Polşa respublikası (1918-1939)
Ukrayna xalq respublikası

Sovet Rusiyası

Komandan(lar)

Yozef Pilsudski,
Edvard Rıdz-Smiqlı,
Kazimej Sosnkovski,
Tadeuş Rozvadovski,
Boleslav Roya,
Françişek Latinik,
Vladislav Sikorski,
Leonard Skerski,
Ancey Lizunovski,
Mixail Omelyanoviç-Pavlenko

Mixail Tuxaçevski,
Semyon Budyonnı,
Qaya Qay,
Aleksandr Yeqorov,
İosif Stalin,
Aleksandr Şuvayev,
Avqust Kork,
Vladimir Lazareviç,
Tixon Xvesin

Tərəflərin qüvvəsi

113 000—123 000 adam

114 000—140 000 adam

İtkilər

4,5 min ölü, 22 min. yaralı, 10 min itkin düşmüşdür

15—25 min ölü, yaralı və itkin düşənlərin sayı 65 min

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərb cəbhəsinin hücumu

[redaktə | mənbəni redaktə et]

Kiyev əməliyyatının uğuru Fəhlə-Kəndli Qızıl Ordusunun komandanlığının təşəbbüsü ələ keçirməsinə imkan verdi. Əməliyyat zamanı Sovet qoşunları Polşa cəbhəsini yara bilmədi. Ancaq Baş Komandan Serqey Kamenev artıq Qərb Cəbhəsində yeni bir hücum hazırlığına başlamışdı [1]. Qərb cəbhəsinin komandanı Mixail Tuxaçevskinin 2 iyul 1920-ci il tarixli 1423 saylı əmrində deyilirdi:

" Fəhlə inqilabının döyüşçüləri. Diqqətinizi qərbə tərəf çevirin. Dünya inqilabının taleyi Qərbdə həll olunur. Ağ Polşanın cəsədi üzərindən dünya atəşinə aparan yol var. Süngülər üzərində zəhmətkeşlərə xoşbəxtlik və sülh gətirəcəyik. Qərbə doğru! Həlledici döyüşlərə, yüksək qələbələrə! Döyüş sıralarına qoşulun! Hücum saatı yetişib. Vilnaya, Minskə, Varşavaya - doğru!
— Qərb cəbhəsinin komandanı Mixail Tuxaçevskinin 2 iyul 1920-ci il tarixli 1423 saylı əmri
"

İyulun 4-də səhər tezdən Qərb Cəbhəsi həlledici hücuma keçdi. Əsas zərbə böyük qüvvələrin cəmləşdiyi sağ, şimal cinahlardan endirildi, bununlada canlı qüvvə və silah sarıdan demək olar ki, ikiqat üstünlüyə nail olundu. Əməliyyat planına görə Qai Qayanın süvari korpusu Polşa hissələrinin ətrafına dolanıb polyakların Belarus cəbhəsini Litva sərhədinə, oradan isə Polesye bataqlıqlarına doğru sıxışdırmalı idi. Bu taktika gözlənilməz nəticələr verdi. İyulun 5-də 1-ci Polşa ordusu, onun ardınca isə 4-cü ordu köhnə Alman xəndəklərinin (burada 1916-cı ildə rusalman qoşunları bir-birinə qarşı döyüşürdü) xətti ilə Lida tərəfə çəkilməyə başladı. İyulun sonlarında isə polyaklar Buq çayına doğru çəkildilər. Qısa müddət ərzində Qırmızı Ordu 600 km-dən çox məsafə qət etdi. İyulun 10-da polyaklar Bobruysk, iyulun 11-də - Minsk, iyulun 14-də - Vilno şəhərlərini tərk etdilər. Hücum zamanı Qırmızı Ordunun hissələri də QrodnoBelostoku da tutdular. İyulun 26-da Belostok bölgəsində Qırmızı Ordu birbaşa Polşa ərazisinə keçdi. Pilsudskinin əmrinə baxmayaraq, avqustun 1-də Brest demək olar ki, müqavimət göstərmədən təslim oldu.

Polşa Müvəqqəti İnqilab Komitəsi

[redaktə | mənbəni redaktə et]

1920-ci il iyulun 11-də İngiltərə Xarici İşlər Naziri Lord Kerzon Sovet Rusiyasının Xarici İşlər Naziri Georgi Çiçerinə Polşa-Rus sülh danışıqlarına başlamaq, polyak və polyak olmayan xalqların yaşadığı ərazidə etnoqrafik xətt boyunca sərhəd qurmaq təklifi ilə nota göndərdi. Mahiyyət etibarilə bu təklifin Polşanın UkraynaBelarus ilə hazırkı sərhədindən heç bir fərqi yox idi. Lakin, iyulun 16-da Rusiya Fəhlə Kəndli Partiyasının Mərkəzi Komitəsinin plenumu Kerzonun təklifini rədd etdi. Plenum Qırmızı Ordunun yürüşünü davam etdirərək əvvəlcə Polşada, sonra isə Almaniyada Sovet hakimiyyətini qurmaq qərarına gəldi. İyulun 23-də Smolenskdə Plenumun qərarı ilə Varşavanın tutulmasından və Pilsudskinin devrilməsindən sonra hakimiyyəti ələ alacaq Polşanın Müvəqqəti İnqilab Komitəsi (Polrevkom) yaradıldı. Bu qərar avqustun 1-də Kerzon xəttinin qərbindəki ilk şəhər - Belostokda rəsmi olaraq elan edildi. Elə burada Branitskilərin sarayında Polrevkom da yerləşdi. Buraya Polşa Kommunistləri - Rusiya Fəhlə Kəndli Partiyasının Mərkəzi Komitəsinin üzvləri daxil idi:

  • Yulian Marxlevski - sədr
  • Feliks Dzerjinski - komitənin faktiki rəhbəri
  • Edvard Pruxnyak - katib
  • İosif (Yuzef) Unşlix - partiya quruculuğu məsələləri
  • Feliks Kon - xalq təhsili
  • Bernard Zaks - sənaye
  • Stanislav Bobinski - kənd təsərrüfatı
  • Tadeuş Rıdvanski - təbliğat və təşviqat

Elə həmin gün avqustun 1-də Polrevkom Dzerjinskinin yazdığı "Polşa şəhərlərinin və kəndlərinin zəhmətkeşlərinə müraciət"i elan etdi. Müraciətdə Polşa Sovet Pespublikasının yaradılması bildirilir, torpaqların milliləşdirilməsi, kilsənin dövlətdən ayrılması, həmçinin zəhmətkeşlərin kapitalistləri və torpaq mülkiyyətçilərini ölkədən qovmağa çağırılırdı. Həmçinin orada fabrik və zavodları ələ keçirmək, hakimiyyət olaraq inqilabi komitələr yaratmaq (65 inqilab komitəsi artıq yaradılmışdı) təklif edilirdi. Komitə, həmçinin Polşa Ordusunun əsgərlərini qiyama səsləyirdi. İlk günlərdən Belostokda Polrevkomun nəzarətində olan Polşa ərazilərində (Podlyasie və Mazoviya bölgələrinə qədər) repressiyalara başlayan Xüsusi Komissiya yaradıldı. İnqilab məhkəmələri də yaradıldı və "Krasnıy Vestnik" qəzeti nəşr olunmağa başlandı. Polrevkom Polşa Qırmızı Ordusunun (Roman Lonqvanın komandanlığı altında) yaradılmasına da start verdi. Bu təşşəbüs o qədər də uğurlu alınmadı: Belostok 2-ci atıcı alayına cəmisi 70 nəfər daxil oldusa, ümumən PQO-su 176 könüllüdən ibarət oldu.

Məğlubiyyət ərəfəsində olan Polşa

[redaktə | mənbəni redaktə et]
1920-ci il avqustun 8-nə qədər tərəflərin mövqeləri
Polşa ordusunun könüllüləri, 1920-ci il.
"Hamı silaha sarılsın!" Polşa təbliğat plakatı. Aşağıdakı yazı: Vətəni xilas edək! Gələcəyimizi unutmayaq
Milosna ətrafında Polşa xəndəkləri, 1920-ci ilin avqustu.

İyulun 24-də Vladislav Qrabski hökuməti istefa verdi. Elə həmin gün Yozef Pilsudskinin sərəncamı ilə yeni baş nazir Vinsent Vitos işə başladı. Həmçinin 2-ci Peç Pospolitanın beynəlxalq təcridi güclənirdi. AlmaniyaÇexoslovakiya Polşa malları üçün tranzit yolunu bağladı. Çünki, Almaniya Sovet Rusiyasının qalib gələcəyi təqdirdə Polşanın yenidən bölüşdürüləcəyinə ümid edirdi. Çexoslovakiya prezidenti Tomaş Masarik Sovet qoşunlarının Qərbə daha da irəliləməsindən qorxaraq RSFSR ilə qarşıdurmaya cəsarət etmədi. Bütün bunlarla yanaşı İngiltərəBelçikada Polşa ilə ticarətə qadağa qoydu.

Yalnız bir qədər əvvəl böyük çətinliklə ölkədə sovet rejimini devirən Macarıstan, "dünya inqilabının" Qərbə doğru irəliləməsinin bütün təhlükəsini başa düşürdü. Macarlar Polşaya 30.000 nəfərlik könüllülər korpusu şəklində əhəmiyyətli hərbi yardım təklif etdi. Ancaq Masarikin sərhədi bağlanması bu köməyi heçə endirdi. Sovet qoşunları Varşavaya yaxınlaşdıqca, paytaxtda daha az xarici diplomat qalırdı. Avqust ayına qədər isə paytaxtda artıq bir neçə nəfər diplomat qalmışdı. Onların arasında papa nunsisi Akille Ratti - gələcək papa XI Piydə vardı. Elə bu zaman Aleksandr Yeqorovun komandanı olduğu Cənub-Qərb Cəbhəsi Ukraynada hücuma keçdi (Stalin burada İnqilabi Hərbi Şuranın üzvü idi). Cəbhənin əsas məqsədi 6-cı Ordunun (11, 12 və 13-cü) üç piyada diviziyası və Mixailo Omelyanoviç-Pavlenkonun komandanlığı altında olan Ukrayna ordusu tərəfindən müdafiə olunan Lvovu tutmaq idi. "Lvov əməliyyatı" zamanı hər iki tərəf xeyli itki verdi, lakin sovet ordusu şəhəri ala bilmədi. İyulun 9-da Qırmızı Ordunun 14-cü ordusu Proskurovu aldı və iyulun 12-də Kamenets-Podolski hücum edərək ələ keçirdi.

Qızıl Ordunun şifrələrinin sındırılması

[redaktə | mənbəni redaktə et]
Yan Kavalevski Moskva, Lissabon və Buxarestdə hərbi attaşe

Bu arada, Qərb Cəbhəsinin hücumunun başlamasından bir il əvvəl Sovet-Polşa müharibəsində Qırmızı Ordunun məğlubiyyətini müəyyənləşdirən mühüm hadisə baş vermişdi. 1919-cu ilin avqust-sentyabr aylarında Polşa Baş Qərargahın Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin P-2 şöbəsinin leytenant Yan Kovalevskinin rəhbərliyi ilə kriptoqraflar dəstəsi, həm Könüllü ordunun, həm də Qırmızı Ordunun gizli kod şifrələrini sındırmışdılar. Pilsudskinin şəxsi əmri ilə dərhal leytenant Yan Kovalevskinin başçılığı ilə şifrələmə qrupu yaradıldı. Həmçinin, radiostansiyaların bütün şəbəkəsinin tutulma məntəqələri də yaradıldı. Kovalevski Varşava və Lvov universitetlərinin professorları, görkəmli riyaziyyatçıları Stanislav Lesnevski və Stefan Mazurkeviçi, həmçinin bir qrup gənc aspirantı ilə Vaçlav Serlinskini qrupun işinə cəlb etdi. Demək olar ki, ağ və qırmızıların bütün şifrələri sındırıldı. Bu polyaklara Rusiya ərazisində - Petroqraddan Sibirə, Murmanskdan Qara dənizə qədər baş verən bütün siyasi hadisələrin aydın mənzərəsini verdi. Artıq 1920-ci ilin yanvarında Kovalevskinin qrupu Almaniyanın hərbi şifrələrini də sındırdı.

1919-cu ilin avqustundan 1920-ci ilin sonuna qədər Polşa kriptoqrafları əsasən Qırmızı Ordunun bir neçə min radioqramının şifrələrini açdılar. Şifrələmə qrupuna əsas yük 1920-ci ilin yayında düşdü. Çünki, onlar ayda 500-ə qədər düşmən radioqramı alırdılar. Məsələn avqust ayında polyaklar Trotski, Tuxaçevski, İon Yakir və Qay tərəfindən imzalanmış 410 radio teleqram almışdılar. Yan Kovalevskinin qrupunun işinin nəticələrini qiymətləndirmək mümkün deyil. Məhz qrupun məlumatları əsasında Polşa Ordusunun komandanlığı Varşava döyüşü zamanı düzgün strateji qərarlar qəbul edə bildi.

Tərəflərin qüvvələri

[redaktə | mənbəni redaktə et]
Yozef Pilsudski və Edvar Rıdz-Smiqli hücum qrupunun başında, 1920-ci ilin avqust ayı.

Avqustun 12-də Mixail Tuxaçevskinin Qərb Cəbhəsinin qoşunları Varşavaya hücuma keçdi.

Cəbhədəki qüvvələr

[redaktə | mənbəni redaktə et]
  • Qay Qayın 3-cü atlı korpusu
  • Aleksandr Şuvayevin 4-cü ordusu
  • Avqust Korkanın 15-ci ordusu
  • Vladimir Lazareviçin 3-cü ordusu
  • Nikolay Solloqubanın 16-cı ordusu
  • Tixon Xvesinin Mozır qrupu

Ukrayna ərazisində Aleksandr Yeqorovun Cənub-Qərb Cəbhəsi tərəfindən Lvov uğrunda döyüşlər davam etdirilirdi:

  • Qaspar Voskanovun 12-ci ordusu
  • Mixail Molkocanovun 14-cü ordusu
  • Semyon Budyonnının 1-ci süvari ordusu

Qırmızı Ordunun iki cəbhəsinə qarşı üç Polşa ordusu dururdu:

General Yozef Hallerin Şimal Cəbhəsi

  • General Vladislav Sikorskinin 5-ci ordusu
  • General Françişek Latinikin 1-ci ordusu
  • General Boleslav Roinin 2-ci ordusu

General Edvard Rıdz-Smiqlinin Mərkəzi Cəbhəsi:

  • General Leonard Skerskinin 4-cü ordusu
  • General Ziqmunt Zelinskinin 3-cü ordusu

General Vaçlav İvaşkeviçin Cənub Cəbhəsi:

  • General Vladislav Endjeevskinin 6-cı ordusu
  • General Mixailo Omelyanoviç-Pavlenko UXR Ordusu

Həm Polşa, həm də Sovet-Rus mənbələrində silahlı qüvvələrin ümumi heyətinin sayı müxtəlif cür göstərilir. Yalnız əminliklə demək olar ki, canlı qüvvələr təxminən bərabər idi və hər tərəfdən 200 min nəfərdən çox deyildi. 1920-ci il avqustun 6-da Yozef Pilsudski, general Tadeuş Rozvadovski, polkovnik Tadeuş Piskor və Polşadakı fransız-ingilis nümayəndəliyinin başçısı, general Maksim Veyqanın birgə işi nəticəsində 8358/III əməliyyat əmri hazırlandı. Plana görə Vepş çayı üzərində böyük qüvvələr cəmləşməli və Qərb cəbhəsinin qoşunlarının arxa hissəsinə qəfil hücum nəzərdə tutulurdu. Bunun üçün general Edvard Rıdz-Smiqlinin Mərkəzi Cəbhəsinin iki ordusundan yeni qüvvələr təşkil edildi:

4-cü Ordunun hücum qrupu:

  • General Daniel Konajevskinin 4-cü piyada diviziyası
  • Polkovnik Aleksandr Ladosun 16-cı piyada diviziyası
  • General Anjey Qalisinin 21-ci piyada diviziyası

3-cü Ordunun hücum qrupu:

  • Polkovnik Stefan Domb-Bernatskinin legionlarının 1-ci piyada diviziyası
  • General Leon Berbetskinin legionlarının 3-cü piyada diviziyası
  • Polkovnik Feliks Yavorskinin ayrıca 4-cü süvari dəstəsi

Birinci qrup Deblin bölgəsində cəmləşdi. Burada, 14-cü diviziyada Yozef Pilsudskinin qərargahı, yaxınlığında isə 16-cı divizionda General Skerski yerləşirdi. Rıdz-Smiqlinin qərargahı legionların 1-ci piyada diviziyasında yerləşirdi. Avqustun 12-də Yozef Pilsudski Varşavanı tərk edərək Baş Qərargahın yerləşdiyi Pulaviyə gəldi. Yola düşməzdən əvvəl o, baş nazir Vinsent Vitosa Dövlət başçısı və Baş Komandan vəzifələrindən istefa verməsi ərizəsini təqdim etdi. Marşall qərarını onun vəzifədən getməsini tələb edən Antantaya görə verdiyini açıqladı. Onun düşüncəsinə görə Polşa indi yalnız müttəfiq ölkələrinin köməyinə arxalana bilər. Lakin baş nazir Pilsudskinin istefasını qəbul etmədi.

Döyüşün başlanması

[redaktə | mənbəni redaktə et]
Polyaklar süngüyə sarılın. 1831-ci il plakatı.

Mixail Tuxaçevskinin planında (1831-ci il Noyabr üsyanında olduğu kimi) Vislanın aşağı istiqamətinə keçid və qərbdən Varşavaya hücum etmək nəzərdə tutulurdu. Avqustun 13-də (planlaşdırıldığından bir gün əvvəl) Razımin yaxınlığında (Varşavadan 23 km) Qızıl Ordunun iki piyada diviziyası (3-cü ordunun 21-ci və 16-cı ordunun 27-ci) polkovnik Boleslav Yazvinskinin 11-ci Polşa diviziyasını darmadağın edərək şəhəri ələ keçirdilər. Sonra onlardan biri Praqaya, ikincisi sağa - Neporent və Yablonna tərəfə getdi. Polşa qüvvələri ikinci müdafiə xəttinə keçdi.

Brest yaxınlığında Qırmızı Ordu 8358/III əmrini ələ keçirdi. Orada Vepş yaxınlığındakı əks hücumun ətraflı xəritəsı əks olunmuşdu. Sənəd həlak olmuş könüllü alayının komandiri mayor Vaslav Droevskinin üzərində tapılmışdı. Lakin sovet komandanlığı sənədin Qırmızı Ordunun Varşavaya hücumunu dayandırmaq üçün dezinformasiya olduğunu düşündü. Elə həmin gün Polşa radio kəşfiyyatı 16-cı Ordunun avqustun 14-də Varşavaya hücum etməsi barədə şifrəni ələ keçirdi. Polşa baş qərargahı bu məsələyə ciddi yanaşdı. Modlini müdafiə edən Vladislav Sikorskinin 5-ci ordusu Yozef Hallerin əmri ilə sovet ordusunu qabaqlamaq üçün Vkra çayı sahəsindən geniş məsafəyə uzanan Tuxaçevskinin 3-cü və 15-ci qoşunlarının qovşağında zərbə vurdu və bir neçə kilometrə qədər onların içərisinə girdi. Avqustun 15-nə keçən gecə Radzimin yaxınlığında iki ehtiyat Polşa diviziyası (general Lucian Jeliqovskinin 10-cu və generalı Yanan Jondkovskinin 1-ci Litva-Belarus) arxadan sovet qoşunlarına hücum etdi. Tezliklə şəhər polyakların əlinə keçdi.

Qırmızı Ordunun 4-cü ordusunun zərərsizləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

1920-ci il avqustun 15-də Sikorskinin 5-ci ordusunun 203-cü Qalışski Ulan alayının hissələri Qırmızı Ordunun 15-ci və 4-cü ordusunun mövqelərinin kəsişdiyi yerə zərbə endirərək 4-cü Ordunun arxasında yerləşən Çexanov şəhərini ələ keçirdilər. Sübh tezdən 4-cü ordunun komandanı Aleksandr Şuvayev, həmçinin İnqilab şurasının üzvü Çexanovdakı səhra qərargahını tərk edərək Mlavaya getdilər. Çexanovda qalan az sayda qərargah zabitləri şəhərin müdafiəsini şəxsi heyətin köməyi ilə təşkil etdilər. Lakin onlar geri çəkilərkən 4-cü ordunun qərargahının radio stansiyasını yandırmaqla tələskənliyə yol verdilər [2]. Bununla da, Qərb Cəbhəsinin qərargahı ilə radio əlaqə kəsildi, ordunun idarəetməsində ciddi problemlər yarandı. Polşa mənbələrinə görə 4-cü Ordunun qərargahı Tuxaçevskinin General Sikorskinin 5-ci Ordusunun üzərinə hücum əmrini aldıqda; Yan Kovalevskinin şöbəsi tərəfindən radiogram deşifrə edildikdən sonra ötürücü bu tezliyə uyğunlaşdırdı və davamlı olaraq Varşavadan bu tezliyə incil mətnlərini ötürməyə başladı. Nəticə etibarilə ikinci sovet radio stansiyası Minskdən bircə radioqramlar qəbul edə bilmədi. Tuxaçevski xatirələrində Varşava döyüşündəki məğlubiyyətin səbəblərini "Qırmızı Ordunun 4-cü Ordusunun axmaq hərəkətləri" və polyakların "bəxtlərinin" gətirməsi ilə izah edirdi.

Məğlubiyyətin əsas səbəbləri - ordunun cəbhənin əsas qüvvələrindən ayrılması, rabitənin kəsilməsi, silah-sursatın olmaması, arxa cəbhənin uzaqlığı, mühasirədəki davamlı ağır mübarizədən yığılmış yorğunluq, bütün bunlar 4-cü ordunu Şərqi Prussiyaya qaçmağa məcbur oldu [3]. Yalnız Auqustov yaxınlığındakı əməliyyat bölgəsinə Ordu qərargahının qalıqları və 12-ci Piyada Diviziyasının yalnız 6 alayı girə bildi [4].

Polşa ordusunun əks-hücumu

[redaktə | mənbəni redaktə et]

Avqustun 16-da marşal Pilsudski planlaşdırdığı əks hücumu həyata keçirməyə başladı. Mozır qrupunun zəifliyi haqqında radio kəşfiyyatın əldə etdiyi məlumatlar bu məsələdə önəmli rol oynadı. Rəqibə qarşı ikiqat üstünlüyə malik (21 min nəfərə qarşı 47.5 min döyüşçü) Polşa qoşunları (Pilsudskinin özünün komandanlığı altındakı birinci zərbə qrupu) cəbhəni yararaq Nikolay Solloqubun 16-cı ordusunun cənub qanadını təmamilə məhv etdi. Bundan sonra Qərb Cəbhəsinin bütün infrastrukturunun məhv edilməsi və Varşava yaxınlığındakı bütün qoşunların mühasirəyə düşmək təhlükəsi yarandı. Ertəsi gün Pilsudskinin planına əsasən, Varşava-Brest magistral yoluna çıxış planlaşdırılırdı. Eyni zamanda Loqinovun legionlarının 3-cü piyada diviziyası qüvvələri tərəfindən Vlodavaya hücum davam edirdi. Həmçinin tankların dəstəyi ilə Minsk-Mazovetski üzərində də hücum edildi.

Bu vaxt Cənub-qərb cəbhəsi Lvov yaxınlığında döyüşlərə davam edirdi. Varşava istiqamətinin xüsusi əhəmiyyətini nəzərə alaraq və onu gücləndirmək üçün avqustun 11-də komandan Kamenev 12-ci və 1-ci süvari ordusunu Qərb Cəbhəsinə istiqamətləndirmək əmrini verdi. Kamenevin teleqramı texniki səbəblərə görə gecikdi və cənub-qərb cəbhəsinin qərargahına yalnız avqustun 13-də, Süvari Ordusu Lvov uğrunda yorucu və uğursuz döyüşlərdə çox tükəndiyi zaman çatdı. Nəhayət avqustun 20-də Moskvanın güclü təzyiqi ilə 1-ci Süvari Ordusu şimala təxliyə edilməyə başladı. Ancaq vaxt artıq itirilmişdi. Qərb cəbhəsi amansız məğlubiyyətə uğradı və bu istiqamətdə atılmış addımların heç biri onu xilas edə bilmədi.

Qərb cəbhəsinin fəlakəti

[redaktə | mənbəni redaktə et]

Qərb cəbhəsinin komandanı Tuxaçevskinin 1920-ci il 20 avqust tarixli əmrində deyilirdi:

" Qırmızı Ordu əsgəri! Sülh istəyi arxasında gizlənən Polşa Ağ Qvardiyaçıları Visla çayının üzərində bizə zərbə vurmağa hazırlaşırdılar. Polotskdan Varşavaya gedən qəhrəmanlıq yürüşündən yorulan Qırmızı Ordunun hissələri üstün düşmən qüvvələrinin təzyiqi altında geri çəkilir. Dünyadakı bütün Ağ Qvardiyaçılar müvəqqəti uğursuzluğumuza görə sevinirlər. "

Avqustun 18-nə keçən gecə Tuxaçevski hücum əməliyyatlarını dayandırmağı və "düşməndən uzaqlaşmağı" əmr edir. Ancaq bu qərara artıq ehtiyac yox idi. Çünki, Qərb cəbhəsinin qoşunları artıq avqustun 17-dən geri çəkilməyə başlamışdı. Avqustun 18-də Polşa Ordusu bütün qüvvəsi ilə hücuma keçdi və Qərb cəbhəsi bu axını dayandırmaq iqtidarında deyildi. Avqustun 19-da Polşa qoşunları Bresti, avqustun 23-də - Belostoku tutdular [5]. Avqustun 24-dən 26-a qədər [6][7][8] aramsız döyüşlərdən taqətdən düşən 4-cü Ordu dörd diviziyası ilə, həmçinin Qay Qayın 3-cü süvari korpusu və 15-ci Ordunun iki diviziyası (cəmi 40 min nəfər) Prussiya sərhəddini keçərək təslim oldu. Bu zaman Minskdə Polşa tərəfinin təşəbbüsü ilə sülh danışıqları aparılırdı. Ancaq bu danışıqlar iflasa uğradı. Avqustun 23-də Polşa tərəfi danışıqların dayandırıldığını elan etdi.

Qərb cəbhəsinin məğlubiyyəti ən ağır idi. Dəqiq itkilər dəqiq məlum deyil. Lakin hətta ən az qiymətləndirilən hesablamalara görə Varşava döyüşü zamanı 25 min Qırmızı Ordu əsgəri öldürülmüş, 60 min əsir düşmüş və 45 min nəfər Almanlar tərəfə qaçmışdır. Bir neçə min nəfər itkin düşmüşdür. İnsanlardan əlavə, cəbhədə 231 top, 1023 pulemyot, bir neçə min at, 10 min döyüş sursatı, 200 sahə mətbəxi və çox sayda maşın (zirehli texnikalar da daxil olmaqla) itirilmişdi [9]. Polşa tərəfinin itkiləri də nəzərə çarpacaq dərəcədə çox idi - 4,5 min ölmüş, 22 min yaralanmış və 10 min nəfər itkin düşmüşdür. "Visla üzərindəki möcüzə" adlanan Varşava döyüşü, İngilis tədqiqatçıları tərəfindən dünya tarixinin 18 ən görkəmli əsaslı dönüş yaradan döyüşlər siyahısına daxil edilmişdir [10].

  • Varşava döyüşü. 1920 (Polşa, 2011, rejissor - Eji Hoffmann).
  • Visla üzərində möcüzə (Polşa, 1921, rejissor - Riçard Boleslavski)
  1. И. И. Вацетис и Н. Е. Какурин. Гражданская война 1918—1921. Изд. 1930
  2. "Гай Г. Д. На Варшаву! Действия 3 конного корпуса на Западном фронте. Июль-август 1920 г. стр. 184". 2013-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-24.
  3. Версия противоположной стороны: — Юзеф Пилсудский — «Война 1920 года» Из-во «Новости» 1992 стр. 256—257 Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine ISBN 5-7020-0071-4
  4. "Моденов И. «Двенадцатая дивизия на польском фронте» Москва, 1928 г. Стр. 40". 2013-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-24.
  5. "Януш Щепанский «Споры вокруг Варшавского сражения»". Archived from the original on 2007-12-24. İstifadə tarixi: 2019-12-24.
  6. Odziemkowski J. Leksikon wojny Polsko-Rossyjskiej 1919—1920, s.242 — 243
  7. Skradzinski B. Polskie lata 1919—1920. Tom 2, s. 322—323
  8. А. П. Грицкевич, Западный фронт РСФСР 1918—1920. Стр. 296. ISBN 978-985-16-6650-4
  9. Витольд Лавринович. Варшавское сражение 1920. Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine
  10. The eighteenth decisive battle of the world: «Warsaw, 1920», Hodder and Stoughton, London, 1931; reprinted by Hyperion Press, Westport, Conn., 1977, ISBN 0-88355-429-1