Volter Ayzekson (ing. Walter Isaacson; 20 may 1952[1][2], Nyu-Orlean, Luiziana[3][4]) — ABŞ jurnalisti, yazıçısı və bioqrafı. O, Stiv Cobs, Henri Kissincer, Bencamin Franklin, Albert Eynşteyn və Leonardo da Vinçinin bioqrafiyalarının müəllifi olmuşdur. Ayzekson Amerika Fəlsəfə Cəmiyyətinin üzvü, Cefferson Mühazirəsinin oxucusudur (2014).
Volter Ayzekson | |
---|---|
ing. Walter Isaacson | |
Doğum tarixi | 20 may 1952[1][2] (72 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı, bioqraf |
Fəaliyyət illəri | 1983-cü ildən |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Aspen İnstitutunun prezidenti kimi xidmət edən Ayzekson CNN-nin keçmiş direktoru və "Time" jurnalının baş redaktoru olmuşdur. O, 2009-cu ildə "Amerikanın Səsi" və "Azadlıq radiosu"na nəzarət edən Yayım Rəhbərləri üzrə Şuranın direktoru təyin edilmişdir.[5]