Xüsusi Təyinatlı Bölük

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus Ələkbər Cahangirovun komandanlıq etdiyi xüsusi təyinatlı hərbi birləşmə.[1][2]

Xüsusi Təyinatlı Qüvvələr
Növü Xüsusi təyinatlı
Yaranma tarixi 30 aprel 1999 – hal-hazırda
Ölkə Azərbaycan Azərbaycan
Daxildir Azərbaycan Silahlı Qüvvələri
Tərkibi zabit gizir çavuşəsgərlərdən ibarətdir
Vəzifəsi Antiterror
Antipartizan
Xüsusi kəşfiyyat
Birbaşa əməliyyat
Qeyri-ənənəvi müharibə
Girov qurtarma
Hərbi yardım
Sayı Gizli saxlanılır
Hissə Azərbaycan Quru Qoşunları
Ləqəbi Yaşma
Şüarı Sədaqətim Şərəfimdir
Rəngləri Qırmızı, Mavi
Müharibələr

KFOR
İraq müharibəsi
Əfqanıstan müharibəsi
Birinci Qarabağ müharibəsi

İkinci Qarabağ müharibəsi
Döyüşlər Çaylı döyüşü
Aprel döyüşləri
Vətən müharibəsi Qarabağda döyüşlər (2023)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.[3] Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir.[4] 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir.[5][6] 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı.[7] Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi.[8]

Döyüşlər və müharibələr

[redaktə | mənbəni redaktə et]

İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir.[9] Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilmişdir. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilmişdir.[10] Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilmişdir.[11]

Azərbaycan xüsusi təyinatlıları ümumilikdə TürkiyəPakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u "Maroon beret" sertifikatı qazanır. Kursantlara günlərlə ac və susuz qalsalar da həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər. Qurbağa və ilan kimi tapdıqları hər şeyi yeməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar. Zabitlər gizir rütbəsi altında fəaliyyət göstərirlər.

  1. "Xüsusi Təyinatlı Qüvvələrin yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunub". Ministry of Defence of Azerbaijan (az.). 29 aprel 2015. 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2018.
  2. "Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür – FOTOLAR". Azeri Defence (az.). 30 aprel 2016. 20 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2018.
  3. "Xüsusi Təyinatlı Qüvvələrin 20 ili" (az.) (Azvision). April 2019. 2020-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16. 30
  4. "Xüsusi Təyinatlı Qüvvələrin yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunub". mod.gov.az (az.). 29 aprel 2015. 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  5. "В Баку прошел торжественный военный парад по случаю 100-летия Вооруженных сил Азербайджана". mod.gov.az. 26 iyun 2018. 2021-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  6. "General Hikmət Mirzəyev və aprel döyüşlərinin qəhrəmanları hərbi paradda" (az.) (Azərbaycan 24). June 2018. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16. 26
  7. "Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub" (az.). 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  8. "Türkiye ve Azerbaycan'ın tatbikatına özel kuvvetler de katıldı". www.aa.com.tr. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  9. "Prezidentin Mətbuat Xidmətinin məlumatı". president.az (az.). 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  10. "Technology, Tactics, And Turkish Advice Lead Azerbaijan To Victory In Nagorno-Karabakh". www.rferl.org. 2021-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  11. Rüstəm İbadov, İnqilab Məmmədov. Kod Adı: Yaşma (sənədli film) (az.). Azərbaycan: Xəzər Media. 8 noyabr 2021. 48:10 minutes in. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2022.