Xəyyam (pyes)

XəyyamAzərbaycan dramaturqu Hüseyn Cavid tərəfindən 1935-ci ildə yazılmış faciə. Bu, orta əsr fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyama həsr olunmuşdur.[1] Əsər ilk dəfə 1963-cü ildə Bakıda nəşr edilmişdir. "Xəyyam" faciəsi 1970-ci ilin martında Bakı şəhərində yerləşən Azərbaycan Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.

Xəyyam
Tamaşadan səhnə. Mehdi Məmmədov Xəyyam, Şəfiqə Məmmədova Sevda rolunda. 1970-ci il.
Tamaşadan səhnə. Mehdi Məmmədov Xəyyam, Şəfiqə Məmmədova Sevda rolunda. 1970-ci il.
Janr faciə
Müəllif Hüseyn Cavid
Orijinal dili Azərbaycan
Yazılma ili 1935
Nəşr ili 1963
Nəşriyyat Azərnəşr
Əvvəlki Siyavuş
Sonrakı Şəhla

Azərbaycan dramaturqu Hüseyn Cavid "Xəyyam" pyesini 1935-ci ildə yazmışdır. Buna əlavə olaraq, pyes həmin il Azərbaycan SSR Ədəbi Əsərlər Müsabiqəsində III yerə layiq görülmüşdür. Hüseyn Cavid pyesin məzmununu Ermənistan SSR-nin paytaxtı olan İrəvan şəhərində yaşayan dostuna göndərmişdir. Uzun müddətdən sonra, 1957-ci ildə Hüseyn Cavidin qızı Turan Cavid İrəvan şəhərində bu pyesi taparaq Bakı şəhərinə gətirmişdir. Pyes ilk dəfə 1963-cü ildə, Bakı şəhərində yerləşən "Azərnəşr" nəşriyyatında çap olunmuşdur.[2]

12 mart 1970-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rejissorluğunda tamaşaya qoyulmuşdur. Tamaşanın bədii tərtibatını və eskizlərini rəssam Elçin Məmmədov tərtib etmiş, musiqisini isə Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Cahangir Cahangirov bəstələmişdir. Tamaşada rolları Mehdi Məmmədov, Şəfiqə Məmmədova, Həsən Turabov, Məmmədrza Şeyxzamanov, İsmayıl Osmanlı və başqaları ifa etmişlər.[2]

  1. История советской многонациональной литературы. II. М.: Наука. Под ред. Ломидзе, Георгий Иосифович и Тимофеев, Леонид Иванович. 1972. 18.
  2. 1 2 Һүсејн Ҹавид. Драм əсәрләри. Баку: Азербайджанское государственное издательство. Составитель Туран Джавид, под ред. проф. Музаффар Шукюр. 1975. 545–546. (az.)