Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Çaylı kəndi Göylər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çaylı kənd Soveti yaradılmışdır.[1]
Birinci Çaylı | |
---|---|
40°28′02″ şm. e. 48°42′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 721 m |
Saat qurşağı | |
Yaşayış məntəqəsi Pirsaat çayı sahilində salındığına görə belə adlanmışdır. Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar.[2] Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır.
Kənd Şirvanşahlar dövlətinin vaxtından mövcuddur. Ərazisi Şirvan xanlığının Xançoban mahalının tərkibində olub. Xançoban mahalında 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Mahalın naibi Məlik Umud idi.[3]
Kənd Pirsaatçayın sağ sahilində, dağətəyi ərazidə yerləşir.
Mirzə Ələkbər Sabir; Cəfər Cabbarlı; Seyid Əzim Şirvani; Xaqani Şirvani; Məhəmməd Hadi; İmaməddin Nəsimi; Abbas Səhhət; Hacı Zeynəlabdin Şirvani; Səməd Vurğun; Sultan Məcid Qənizadə
Kənd əhalisi 1603 nəfərdir ki, onunda 841 nəfəri kişi, 762 nəfəri isə qadınlar təşkil edir (2000). 1886-cı il əhalinin siyahıyaalma sənədlərində Bakı quberniyası Şamaxı qəzasının Qəbiristan sahəsində Çaylı Ağakişibəyli kəndi (81 ailə, 559 nəfər əhali) qeydə alınmışdır.
Son 20 il ərzində kənddə işsizlikdən Bakı şəhərinə köc edən Çaylı çamaatı 200-dən yuxarı ev tikib, 250-dən yuxarı ailə Bakıya yerləşib. Hazırda Bakı və Abşeron yarımadası ərazisində rəsmi və qeyri rəsmi 1000-dən yuxarı Çaylı əhalisi yerləşmişdir.
Hacıməmmədlilər; qasımlılar; anacıqlılar; niyazlılar; qaraismayıllılar; qəhirlilər; qululular; dəymədağıldılar (ağakişibəylilər).
Kənddə 368 təsərrüfatı var. Əhalisi əsasən kənd təsərrüfatı — əkinçilik və maldarlıqla məşğuldur. Vaxtı ilə çay sahilində yaşamış Ağakişibəyə məxsus elatın məskunlaşdığı kənd Çaylı adlandırılmışdır.[4] Son dövrlərdə cavanların əksəriyyəti tikinti sahəsində çalışdığından sənətkarlıq əsas məşğuliyyətə çevrilib.
Şamaxı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |