Xatirələr sahili — Rejissor Yalçın Əfəndiyevin filmi.[1]
Xatirələr sahili | |
---|---|
Fayl:Xatirələr sahili (film, 1972).jpg | |
Janr | dram |
Rejissor | Yalçın Əfəndiyev |
Ssenari müəllifi | Oqtay Orucov |
Baş rollarda |
Tofiq Mirzəyev — Aydın Həsənağa Turabov — Kamran Əliabbas Qədirov — İmran Rafiq Əzimov — Vəli Gümrah Rəhimov — Səlim Samir Səlimov — Aydın (uşaq) Comərd Əliyev — Kamran (uşaq) Ələkbər Əliyev — İmran (uşaq) Çingiz Quliyev — Vəli (uşaq) Bəhruz Qarayev — Səlim (uşaq) |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssamlar |
Firəngiz Qurbanova Fikrət Əhədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 28 dekabr 1972 |
Filmin digər adı | Mən dəniz kənarında böyümüşəm |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 63,5 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1972 |
Texniki məlumatlar |
7 hissə 1901 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
Film-düşüncə İkinci dünya müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamlardan, onların doğma torpağı yeniləşdirməyə, daha da zənginləşdirməyə, gözəlləşdirməyə çalışdıqlarından bəhs olunur. Film-düşüncə gənclərin cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələri haqqındadır.
Müharibə illərinin qara günlərinin birləşdirdiyi uşaqlar indi necə yaşayırlar, onların taleyi necə həll olunub, həyatlarında nə kimi dəyişikliklər baş verib? Film bu barədə söhbət açır.
Film quruluşçu rəssam Firəngiz Qurbanovanın kinoda ilk işidir.
Film aktyor Əliabbas Qədirovun kinoda ilk işidir.
Film aktyor Gümrah Rəhimovun kinoda ilk işidir.
Film aktyor Telman Adıgözəlovun kinoda ilk işidir.
Film 2-ci kateqoriyaya layiq görülmüşdür.