Xatirvəng monastırı

Xatirəvəng monastırıAğdərə rayonunun Qozlu kəndində, Xudavəng monastırından cənub-şərq tərəfə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidələri kompleksi. İnşaat kitabəsində verilən məlumata görə, Xatirəvəng monastırının başkilsəsi 1204-cü ildə İohann Xaçenli tərəfindən inşa edilmişdir.

Xatirəvəng monastırı
Ölkə  Azərbaycan
Şəhər Ağdərə
Yerləşir Qozlu
Aidiyyatı Xaçın knyazlığı
Tikilmə tarixi 1204
Üslubu Qafqaz Albaniyasının memarlığı
İstinad nöm.276
KateqoriyaMonastır
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Xatirəvəng monastırı (Azərbaycan)
Xatirəvəng monastırı
Monastırın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xatirəvəng monastırının baş kilsəsi Cənubi Qafqazın xristian memarlığında analogiyası olmayan unikal abidədir. Assimetrik plana malik olan kilsənin həcminə düzbucaqlı altara və tağtavana malik iki birnefli sovməə də əlavə edilmişdir.

İnşaat kitabəsində verilən məlumata görə, Xatirəvəng monastırının başkilsəsi 1204-cü ildə İohann Xaçenli tərəfindən inşa edilmişdir.[1] Xaçenli həm də, monastır ərzisində yeni bağ saldırmış, yaxınlıqdakı köhnə bağı monastıra bağışlamış, monastırda qədim xaçdaşlar və əlyazmalar kolleksiyası yaratmışdır.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kafedral kilsəsi

[redaktə | mənbəni redaktə et]
Kilsənin günbəzaltı hissəsinin interyer görünüşü

Monastırın başkilsəsi plan xüsusiyyətləri və memarlıq quruluşu baxımından Xaçın knyazlığı ərazisindəki orta əsr kilsələrinin nartekslərini xatırladır. G. Məmmədova qeyd edir ki, bu kilsə, Cənubi Qafqazın xristian memarlığında analogiyası olmayan unikal abidədir.[3]

Xatirəvəng başkilsəsi assimetrik plana malikdir. Kilsə həcminə düzbucaqlı altara və tağtavana malik iki birnefli sovməə də əlavə edilmişdir.[3] Kilsənin neflərinin nisbətləri adi bazilikalar üçün olduqca qeyri-adidir.[3] Əgər adi bazilikalarda orta nefin eni yan neflərdən 2–2.5 dəfə böyük olursa, Xatirəvəng kilsəsində bu ölçü nisbəti 0,8:1:0,7 kimidir.[3] Yan neflər və mərkəzi nefin kəsikləri oxvari formaya malik tağlar üzərində inşa edilmiş tağtavanlarla örtülmüşdür.[3]

Günbəzin yerləşməsi də qeyri-adidir. Belə ki, o, altar apsidası qarşısında yox, mərkəzi nefin orta kəsimində, məbədin qərb tərəfində yerləşir.[3] Günbəzaltı tağları dəstəkləyən dörd sütun müxtəlif biçimə (düzbucaqlı, səkkizguşəli və xaçvari) malikdir.[3] Kvadrlar yaxşı cilalanmış və oyma naxışlarla bəzədilmişdir. Sütunaltlıqlarında yevangelistlər təsvir edilmişdir. Mkrtçyan 41 Lakin, günbəzin əsas özəlliyi, barabanın olmaması və birbaşa səkkizguşəli təməl üzərində dayanmasıdır.[3] G. Məmmədova orta əsrlər alban memarlığında elmə məlum olan yeganə nümunə olan bu halı Azərbaycanın islam memarlığının təsiri ilə əlaqələndirir.[3]

Xatirəvəng kilsəsinin plan həllinin tədqiqi, onun tərkib hissəsi olan tikililərin eyni vaxta aid olmadığını söyləməyə imkan vermişdir.[4] Ehtimal ki, kilsənin fəza həcminə daxil edilmiş birnefli sovməələr kilsə binasının inşa edildiyi dövrdən daha əvvəlki dövrlərdə tikilmiş, başkilsənin inşası sifarişini alan memar qarşısında isə bu qədim tikililərin taleyinin həll edilməsi məsələsi qalmışdır. Nəticədə memar, qədim kilsələrin saxlanılması üçün orijinal plan xüsusiyyətlərindən istifadə etmiş və onları tikilinin əsas həcminə daxil etmişdir.[4]

Özünəməxsus formaya malik günbəzə malik olmasına baxmayaraq, Xatirəvəng kilsəsində uzununa ölçülər daha çox nəzərə çarpdırılmış və kompozisiyanın bazilikal əsasına diqqət çəkilmişdir. Plan həlli məbədin həcm quruluşunu həll etmişdir, buna görə də, onun formalarında həm də horizontal istiqamətdə uzun biçimlər dominantlıq təşkil edir. Fasadların kəsimliyi kilsənin ümumi simasına dinamiklik gətirir.[4] Həmin dövrün bir çox monastır kilsələri kimi, Xatirəvəng kilsəsinin başkilsəsi də, xüsusi fasad dekorlarına malik deyildir.[4] Pəncərə yerlərinin kənarları xüsusi vurğulanmış, karnizlər zərif işlənmiş, divar hörgüsündə xaçdaşlar və epirafikalı daşlardan istifadə olunmuşdur.[4]

Digər tikililər

[redaktə | mənbəni redaktə et]

Kompleksə kilsə, sovməə, zəng qülləsi və rahiblərin yaşayışı üçün nəzərdə tutulmuş mülki tikililər daxildir.[5] Qüllə qalıqlarının müşahidəsi əsasında müəyyən edilmişdir ki, o, yaxşı yonulmuş və cilalanmış marena rəngli daş plitələrlə üzlənmişdir.[5]

Zəng qülləsindən şimal-qərbdə düzbucaqlı plan və tağtavana malik yeməknaxa binası yerləşir. Şərqdən qərbə doğru uzanan və dövrümüzə yaxşı vəziyyətdə çatmış bu tikili kompleksin memarlıq həllində mühüm rol oynayır. Yeməkxananın divar və tağlarının hörgüsü kobud yonulmuş daşlar və əhəng məhlulundan istifadə edilmişdir. Taxtavanın tağ və pilyastrlarının inşasında yaxşı yonulmuş kvadrlardan istifadə edilmişdir.[5]

Yeməkxana binası iki zaldan ibarətdir. Böyük zalın içində buxarı, divarlarında isə nişlər və pəncərə yerləri vardır.[5] İkinci zalın divarlarında yalnız iki niş vardır.[5] Kompleksin şimal-şərq hissəsində də iki zaldan ibarət olan tikili vardır. Birinci zal, regionun yaşayış tikililəri üçün ənənəvi olan memarlıq xüsusiyyətlərini özündə daşımaqla, tağtavan örtüyə malikdir.[5]

  1. Мкртчян, 1989. səh. 41
  2. Бархударян, 1982. səh. 194
  3. 1 2 3 4 5 6 7 8 9 Мамедова, 2004. səh. 133
  4. 1 2 3 4 5 Мамедова, 2004. səh. 134
  5. 1 2 3 4 5 6 Мкртчян, 1989. səh. 42
  • Мамедова, Гюльчохра. Зодчество Кавказской Албании. Баку: Чашыоглу. 2004.
  • Мкртчян, Ш.М. Историко-Архитектурные Памятники Нагорного Карабаха. Ереван. 1989.
  • Бархударян, С. Свод армянских надписей, вып. 5. Ереван. 1982. 194.