Xoca filmi

Xoca — 2012-ci ildə çəkilmiş film.[2]

Xoca
ing. Xoca
Janr müharibə
Rejissor Vahid Mustafayev
Prodüser Mir Şahin
Əsərin müəllifi Vahid Mustafayev
Ssenari müəllifi Vahid Mustafayev
Baş rollarda

İlqar Musayev — Ələkbər
Nigar Bahadırqızı — Günel[1]
Telman Əliyev — Ayaz
Nəcibə Hüseynova — Fatimə
Azər Aydəmir — Yura
Mina Sovetski — Mehriban


Operator Afşin Əlizadə
Bəstəkar Yaşar Baxış
Rəssam Məcid Əlisalam
İstehsalçılar ANS TV, Bakıfilm
İlk baxış tarixi 2012
Filmin növü bədii
Müddət

1 ci seriya — 41 dəqiqə
2 ci seriya — 38 dəqiqə
3 cü seriya — 38 dəqiqə
4 cü seriya — 45 dəqiqə

5 ci seriya — 39 dəqiqə
 dəqiqə
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycan dili
İl 2012
Rəng rəngli
Çəkiliş yeri Bakı
Ağdam
IMDb ID3654624

“Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayevdir. Baş prodüser Mir Şahin, prodüser Eyyub Danişvər, bəstəkar Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operator Afşin Əlizadə, montaj edən isə Elşad Rəhimovdur.

Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir[3].

Plagiat iddiası

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə musavat.comminval.az saytları "Xoca" filmində 2010-cu ildə lentə alınmış "Brest qalası" filmindəki bir neçə epizodun eynilə təkrarlandığı iddia edib və bu barədə araşdırma videomaterial yayımlayıb.[4]

Filmin baş prodüseri Mirşahin Ağayev isə bu iddiaları təkzib edib.[5] Təkzibdən sonra musavat.com və minval.az saytları yeni bir açıqlama yayaraq iddialarını yenidən təkrar ediblər.[6]

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mais Məmmədov mövzu ilə bağlı açıqlamasında həm “Brest qalası”, həm də “Xoca” filmini dəfələrlə izlədiyini, “Xoca” filminin çəkilişlərində iştirak etdiyini söyləyərək, ortada heç bir plagiatlığın olmadığını bildirib.[7][8][9]

Daha sonra filmin rejissoru Vahid Mustafayev də plagiat iddiası ilə bağlı açıqlama verərək iddiaları təkzib edib.[10]

28 mart 2013-cü ildə “Brest qalası” filminin müəllifi Aleksandr Kott öz kinoəsəri ilə “Xoca” fimi arasındakı “oxşarlıq” iddialarını şərh edərkən “Xoca” filminin yaradıcılarına qarşı məhkəmə iddiası ilə çıxış etməyəcəyini açıqlayıb.[11] Həmin gün Mais Məmmədov isə rus rejissorun "Xoca" ilə bağlı səsləndirdiyi fikirlər haqda danışmaq istəmədiyini bildirib.[12] Sabahsı gün, 29 mart 2013-cü ildə rus rejissorun "Xoca" filmi barədə heç vaxt heç bir açıqlama vermədiyi iddia olunsa da[13] elə həmin gün rus rejissorun açıqlamasını yayan sayt isə rejissorun həqiqətən də "Xoca" filmi ilə bağlı açıqlama verdiyi iddiasını bir daha təkrar edib və bununla bağlı "skrinşot" foto təqdim edib.[14][15]

2018-ci ildə isə Minval.İnfo saytı film barədə oxşar plagiat iddiası irəli sürüb.[16]

  1. Nigar Bahadırqızı: ““Xoca” filmi sənətimdə çevriliş oldu”
  2. Aygün. Qafqaz Universitetində “Xoca” filmi nümayiş olunub: //Üç nöqtə. — 2013.- 9 may.- S. 13.
  3. ""Xoca" filmi nümayiş etdirildi". 2012-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-26.
  4. ""XOCA" FİLMİNDƏ KOBUD PLAGİATLAR VAR". 2017-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.
  5. Mirşahindən “Xoca“nı bəyənməyənlərə sərt təpki – Müsahibə
  6. ""Xoca" qalmaqalı böyüyür — cavab". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  7. "ANS: "Brest qalası" nə böyük filmdir ki, biz ondan oğurluq edək (Video)". 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.
  8. "ANS-dən "plagiat" iddiasına orijinal cavab gəldi". 2013-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.
  9. Mais Məmmədov: ““Xoca”nın plagiat olması bu fikri səsləndirənlərin sayıqlamasıdır”[ölü keçid]
  10. Vahid Mustafayevdən plagiat ittihamına cavab: "Onda Şekspiri də suçlayaq"
  11. "Rusiyalı rejissor "Brest qalası" filmi ilə "Xoca"nın oxşarlığına reaksiya verdi: "Maraqlıdır, amma..."". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  12. ""Xoca" filminin plagiat olması təsdiqləndi". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  13. ""Brest qalası"nın rejissoru "Xoca" haqqında adından yayılan məlumatları uydurma adlandırdı". 2014-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  14. ""Brest qalası"nın rejissoru adından Modern.az-ın xəbərini yalanlama cəhdi — SÜBUT+FOTO". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  15. ""Brest qalası"nın rejissoru: "Xoca" filminin təqdimatında olmamışam, çünki…"". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  16. "Azərbaycanın plagiat film və serialları – SİYAHI". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  • Mustafayev, V. Vahid Mustafayev: “Xırda adamlar böyük kinodan danışmasınlar”: [“Xoca” filminin rejissoru Vahid Mustafayevlə müsahibə] /müsahibəni apardı Sevinc Mürvətqızı //525-ci qəzet.- 2013.- 2 mart.- S.8-9.

Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]