Xocalı qırğını(kitab)

Yazıçı-jurnalist Nəsiman Yaqublunun “Xocalı qırğını” kitabı XX əsrin ən böyük faciəsi olan Xocalı hadisəsinə həsr olunub. Kitabda Xocalı faciəsində ölənlər, yandırılanlar, diri-diri başları kəsilənlər, dırnaqları qoparılıb işgəncə ilə öldürülənlər haqqında geniş məlumat verilib. Ermənilərin vəhşiliyi, türk qanına hərisliyi ağrılı bir dillə yazılıb. Kitabda həmçinin ayağı kəsilən, şikəst olan qadınlarımızın, cavanlarımızın, oğlu, qızı itkin düşmüş analarımızın faciəsi də təsvir edilib.[1]

Xocalı qırğını
Xocalı qırğını(kitab)
Müəllif Yaqublu Nəsiman Qara oğlu
Orijinalın dili Azərbaycan
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 1992
Nəşriyyat Azərbaycan nəşriyyatı
Səhifə 128
Tiraj 30.000

Qısa məzmun[redaktə | mənbəni redaktə et]

Qısa məlumat[redaktə | mənbəni redaktə et]

Müəllif kitabın giriş hissəsində qeyd edir ki, mənbələrdə Xocalı ərazisi “Müqəddəs yurd” adlandırılır və müqəddəslərin uyuduğu diyar, müqəddəs məkan, yer mənasını verir: “Xoca” türk sözü olub, türkdilli xalqların dilində hörmətli, müqəddəs şəxslərə deyilir. Buradakı “lı” şəkilçisi “el”, “oba”, “yer-yurd”, “məkan” ifadə edən mənsubiyyəti bildirir". Xocalı soyqırımına qədər Xocalıda 7 min nəfərdən çox əhali yaşayıb. Dağlıq Qarabağ Muxtar Vilayətində Şuşadan sonra azərbaycanlılar yaşayan ən böyük yaşayış məskəni olub. 1978-ci ilə qədər Xocalı Xankəndi rayonunun, 1978-ci ildən 1991-ci ilə qədər Əsgəran rayonunun Xocalı kəndi adlanıb. 1991-ci ildə noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib, Xocalıya rayon statusu verilib. Keçmiş Əsgəran rayonunun bütün kəndləri və Xankəndi şəhəri ona tabe edilib” Kitabda Xocalıdan olan Milli Qəhrəmanlar Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev, Hikmət Nəzərəli, Tabil Həsənov, Natiq Əhmədov, Şakir Salahov, İnqilab İsmayılov, Ələsgər Novruzov, Füzuli Rüstəmov, Araz Səlimov (həlak olublar) və Mövsüm Məmmədov haqda (sağdır) məlumatlar yer alır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Xocalı qırğını". 19 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2022.
  2. "Xocalı qırğını". 8 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2022.