Tabil Qasım oğlu Həsənov (4 iyul 1960, Kosalar, DQMV – 29 mart 1992, Kosalar, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Tabil Həsənov | |
---|---|
Tabil Qasım oğlu Həsənov | |
| |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Həsənov Tabil Qasım oğlu 4 iyul 1960-cı il Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmişdir. 1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır.
1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçir əlacsız qalan kənd əhalisi ümidlə kömək gözləyirdi el bu vaxt Tabil sinə gərərək düşmənə əks hücum edir erməni murdarlarının ordusu pərən pərən olur və faşistlər geri çəkilir. Bu qələbədən sonra ona el arasında "Qırxız qartalı" deyə səslənirdilər. Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum etmişdilər Tabil yenidən hücum edərək bu kəndi də azad edə bildi düşmənin canlı qüvvəsi məhv edildi. 1992-ci il 29 mart erməni qəsbkarları Kosalara yenidən hücum etdilər saatlarla davam edən döyüşdə 53 erməni faşisti öldürüldü onların 12-ni "Qırxız qartalı" Tabil öldürmüşdü. Lakin bu onun son döyüşü oldu o bu döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Tabil Qasım oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir.