Şakir Şamil oğlu Salahov (15 iyun 1966, Cəmilli – 28 yanvar 1992, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı.
Şakir Salahov | |
---|---|
Şakir Şamil oğlu Salahov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəmilli, Xocalı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Ağdam-Şuşa |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Bərdə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Azərbaycan Respublikasının Daxili Qoşunları |
Döyüşlər | |
Təltifləri |
Şakir Salahov 15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur.
Şakir Salahov 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olub.[1]
Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir xeyli sayda qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar-Cəmilli kəndləri arasındakı "Darlı" adlanan yerdə "UAZ" markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu. Erməni quldurlarını taparaq məhv edən Şakir şəhidlərin qanını yerdə qoymadı. 1992-ci il 28 yanvar Ağdam Şuşa istiqamətində uçan vertolyot ermənilər tərəfindən vuruldu, ermənilərə əsir düşməmək üçün vertolyotdan hərkəs özünü ataraq həlak edirdi, onların arasında Şakir Salahov da var idi.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bərdə Şəhidlər Xiyabanında dəfn edilmişdir.