İrvinq Stoun (ing. Irving Stone; 14 iyul 1903[1][2][…], San-Fransisko[4] – 26 avqust 1989[2][3][…], Los-Anceles, ABŞ) — ABŞ yazıçısı.
İrvinq Stoun | |
---|---|
ing. Irving Stone | |
Doğum tarixi | 14 iyul 1903[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 avqust 1989[2][3][…] (86 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, romançı, ssenarist, bioqraf, dramaturq, publisist |
Fəaliyyət illəri | 1934-cü ildən |
İrvinq Stoun 14 iyul 1903-cü ildə ABŞ-də anadan olub.
Vinsent Van Qoq, Cek London, Klarens Derron, Cessi Beuton-Fremont, Yudjine Debse, Erl Yoren, Con Noubl, Reycel Cekson, Meri Todd və Avraam Linkoln, Mikelanjelo, Ziqmund Freyd, Henrix Şliman, Kamilla Pisarro, Çarls Darvin haqqında ümumilikdə 25 bioqrafik romanın müəllifi olmaqla ədəbiyyatda bu istiqamətin yaradıcılarındandır.
O, 1924-cü ildə Kaliforniyada universiteti bitirərək iqtisadiyyatı tədris etməyə başlayıb. Stoun bakalavr pilləsi üzrə təhsilini tamamladıqdan dərhal sonra müəllim kimi işləmək icazəsi almış ilk məzun idi.
Yazıçı 1926-cı ildə Parisə səyahət edir, sonra isə Nyu-Yorka köçür. 6-7il ərzində 18 teatr pyesi yazır. Onlardan ikisi Brodveydə tamaşaya qoyulsa da, uğur əldə edə bilmir. İrvinq Stoun özü haqqında "Mən burjuaziya nümayəndəsiyəm valideynlərim dükan sahibi idilər." demişdir.
Müsahibələrinin birində Stoun öz bədii fəaliyyəti barədə danışır: " Hər gün səhər eyni vaxtda yuxudan oyanır, 9-un yarısından günorta saat 1-2-yə qədər iş masasının arxasında oturub çalışıram. Sonra pendirli bir sendviç yeyir, bir fincan çay içir, fiziki əməyə vaxt ayırıram. "Təbi gələndə yazmaq" anlayışına inanmıram. Məncə, yazıb, yazıb, axırda yaxşı nəticə əldə etmək mümkündür."
İrvinq Stoun 26 avqust 1989-cu ildə vəfat etmişdir.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |