Yerusəlimin mühasirəsi — Yerusəlim (Qüds) şəhərində, Bizans imperiyası ilə Raşidi xilafət arasında, 636–637/38-ci illərdə baş tutmuş hərbi münaqişə. Münaqişə Əbu Übeydə ibn Cərrah öndərliyindəki Raşidi ordusunun 636-cı ilin noyabr ayında Yerusəlim şəhərini mühasirəyə alması ilə başlamışdır. Altı ay davam edən müharisənin nəticəsində patriarx Sofroni sadəcə xəlifəyə boyun əyməsi şərti ilə təslim olur. 637 və ya 638-ci ildə xəlifə Ömər şəhərin tabeçiliyini qəbul etmək üçün Yerusəlimə gedir. Beləliklə, patriarx məhz xəlifənin özünə təslim olur.
Yerusəlimin mühasirəsi | |||
---|---|---|---|
Bizans-ərəb müharibələri | |||
| |||
Tarix | noyabr 636 – aprel 637 | ||
Yeri | Yerusəlim | ||
Nəticəsi | Raşidi qələbəsi | ||
Ərazi dəyişikliyi | Raşidi xilafət Yerusəlim şəhərini ələ keçirir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Müsəlmanların şəhəri ələ keçirməsi ərəblərin Fələstinə nəzarətini gücləndirmişdir, hansı ki, 1099-cu ildə başlamış Birinci Səlib yürüşünə qədər təhlükə altına düşmür.
Yerusəlim Bizans imperiyasının Palestina Prima vilayətində yerləşən əhəmiyyətli bir şəhər. Müsəlmanların şəhəri fəth etməsindən 23 il əvvəl – 614-cü ildə Yerusəlim Fərruxan Şəhrvaraz öndərliyindəki Sasani ordusu tərəfindən ələ keçirilmişdir. Farslar şəhəri yağmalamış, şəhərin təqribən 90 minlik xristian əhalisini qılıncdan keçirmişdir.[2] Yağmaların bir parçası olaraq, Müqəddəs məqbərə kilsəsi məhv edilmiş, dirildən xaç qarət edilmiş və müharibə qəniməti kimi Ktesifon şəhərinə aparılmışdır. Xaç daha sonra imperator İrakli tərəfindən farslara qarşı 628-ci ildəki qələbəsindən sonra Yerusəlimə geri qaytarılmışdır. Öz yurdlarında xristian hakimlərin təzyiqinə uğrayan yəhudilər ilk növbədə farslara dəstək vermişdir.[3]
Məhəmmədin 632-ci ildə vəfat etməsindən sonra İslam Dövlətinin rəhbərliyi xəlifə Əbu Bəkrə keçmişdir. Lakin o, üsyançı ərəb qəbilələri ilə mübarizə aparmalı olmuşdur. Uğurlu hərbi əməliyyatlar nəticəsində Ərəbistana nəzarətini gücləndirən Əbu Bəkr iki cəbhə açmışdır. Ərəblər şərqdən o vaxtları Sasanilər imperiyasının bir vilayəti olan İraqa, qərbdən isə Bizans imperiyasına hücum etmişdir.[4]
Əbu Bəkr 634-cü ildə vəfat etmiş, onu isə Ömər əvəz etmişdir. Ömər də öz növbəsində yürüşlər həyata keçirirdi.[5] 636-cı ilin mayın imperator İrakli itirilmiş torpaqları yenidən ələ keçirmək üçün böyükhəcmli bir ekspedisiya başladır, ancaq onun ordusu 636-cı ilin avqust ayında baş tutmuş Yərmuq döyüşündə həlledici şəkildə məğlub edilir. Nəticə etibarilə, Suriyadakı Raşidi ordusunun ali baş komandanı Əbu Übeydə 636-cı ilin oktyabr ayının əvvəllərində gələcək planları müzakirə etmək üçün bir müharibə qurultayı keçirmişdir. Növbəti hədəfin Yerusəlim və ya sahil şəhəri Kesariya olması müzakirə edilirdi. Əbu Übeydə müsəlmanlara qarşı müqavimət göstərmiş bu şəhərlərin ikisinin də əhəmiyyətli olduğunu düşünürdü. Məsələ haqqında qərar verə bilməyən Əbu Übeydə xəlifə Ömərə təlimat almaq üçün məktub yazmışdır. Cavabında, xəlifə onlara Yerusəlimi ələ keçirmək əmri vermişdir. Əbu Übeydə tez bir zamanda Cabiyədən Yerusəlimə doğru irəliləmişdir. Ordunun önündə Xalid ibn Vəlid və onun hərəkətli keşikçi dəstəsi var idi. Müsəlmanlar noyabr ayının əvvəllərində Yerusəlim şəhərinə çatmış, Bizans qarnizonu isə dərhal müdafiə vasitələri ilə gücləndirilmiş şəhərə çəkilmişdir.[1]
I İrakli Yerusəlimi farslardan aldıqdan sonra şəhər çoxlu müdafiə vasitələri ilə gücləndirilmişdi.[6] Bizans ordusu Yərmuq döyüşündə məğlub edildikdən sonra Yerusəlim patriarxı Sofroni şəhərin müdafiə vasitələrini bərpa etmək qərarı alır.[7] Müsəlmanlara bu vaxta qədər şəhəri heç vaxt mühasirəyə almamışdı. Buna baxmayaraq, saratin qüvvələr 634-cü ildən sonra şəhərə olan bütün yolları təhlükə altına salmışdı. Şəhər əhatə edilməmiş olsa da, müsəlmanlar İordan çayının şərqindəki Pella və Busra şəhərlərini ələ keçirdikdən sonra mühasirəyə alınmış vəziyyətdə idi. Yərmuq döyüşündən sonra şəhərin Suriyanın qalanı ilə əlaqəsi tamamilə kəsilmişdi. Şəhərdə qaçılmaz görünən bor mühasirəyə hazırlıqlara başlanmışdı.[6] Müsəlman ordusu İyerixon şəhəri çatanda Sofroni bütün dirildən xaç da daxil olmaqla bütün dini əmanətləri toplayır və gizlincə sahildən Konstantinopol şəhərinə göndərir.[7] Müsəlman qoşunları 636-cı ilin noyabr ayında şəhəri mühasirəyə alır. Müsəlmanlar şəhərə sürəkli hücumlar etmək[a] əvəzinə bizanslıların ərzaqları bitənə qədər və onlar qan axıdılmadan təslim olmağa razı olana qədər mühasirəni davam etdirməyə qərar verirlər.[8]
Baxmayaraq ki, mühasirənin detalları tarixi mənbələrlə qeyd olunmayıb,[b] görünür ki, qan axıdılmadan nəticələnib.[9] Bizans qarnizonu pis vəziyyətə düşmüş İraklidən yardım ala bilmirdilər. Dörd ay davam edən mühasirədən sonra Sofroni xəlifənin Yerusəlimə gəlib müqavilə imzalaması, təslimiyyəti məhz özünün qəbul etməsi şərti ilə şəhəri təslim etməyə və cizyə ödəməyə razı olur.[10] Mənbələrdə yazılır ki, müsəlmanlar Sofroninin şərtlərindən xəbər olanda, sərkərdələrdən biri olan Şurahbil ibn Hasənə xəlifənin Mədinədən Fələstinə gəlməsini gözləmək əvəzinə, müqaviləni imzalamağa xəlifə qismində görünüş cəhətdən Ömərə bənzəyən Xalid ibn Vəlid göndərilsin. Müsəlmanlar buna cəhd etsələr də, bu hiylə uğursuz alınır. Ehtimal olunur ki, Xalid Suriyada çox məşhur idi, ya da şəhərdə Mədinəyə ziyarət etmiş və Ömər ilə Xalidi ayrı-ayrılıqda görmüş xristian ərəblər yaşayırdı. Bundan sonra Yerusəlim patriarxı danışıqlara getməkdən imtina edir. Xalid tapşırığının uğursuz olduğunu bildirəndə Əbu Übeydə Ömərə məktub yazaraq vəziyyəti başa salır və onu Yerusəlimə çağırır ki, təslimiyyəti qəbul etsin.[11]
Yerusəlimin təslim olmasının dəqiq tarixi məlum deyil və mübahisə mövzusudur. Hadisəyə yaxın əsrlərdə əsrəyə gətirilmiş salnamələr kimi birinci dərəcəli mənbələr, məsələn, Edessalı Feofil (695–785) adətən 638-ci ili, bəziləri isə 636-cı ili, 636cı və ya 637-ci ili, ya da 637-ci ili göstərir. İkinci dərəcəli akademik mənbələr daha çox 638-ci ili üstün tutur.[12][13][14][15][16][17][18] Britannika Ensiklopediyasında fərqli məqalələrdə hər iki tarix də qeyd edilmişdir.[19][20]
Ömər 637-ci ilin aprel ayında Fələstinə çatır. Onun getdiyi ilk yer Cəbiyyə olur ki,[21] o, mühafizə dəstəsi ilə gəzən Əbu Übeydə, Xalid və Yezid ilə burada görüşür. Əmr şəhəri mühasirəyə alan müsəlman ordusunun başçısı təyin edilir.[22]
Ömərin Yerusəlim şəhərinə çatmasından bir az sonra Öməriyyə sazişi adında bir müqavilə imzalanır. Müqavilənin şərtlərinə görə, Yerusəlim müsəlmanlara təslim ediləcək, cizyə qarşılığında şəhərdə yaşayan xristianların mülki və dini azadlıqlarına təminat veriləcəkdi. Müqavilə müsəlmanlar adından xəlifə Ömər tərəfindən imzalanır, Xalid, Əmr, Əbdülrəhman ibn Əvf və Muaviyə isə buna şahidlik edir. Mənbələrə əsasən, Yerusəlim ya 637-ci, ya da ki 638-ci ildə xəlifəyə rəsmi şəkildə təslim edilir.[23] 500 illik qəddar Roma-yunan hakimiyyətindən sonra ilk dəfə yəhudilərə Yerusəlim şəhərində yaşamağa icazə verilir.[24][25]
Müsəlman salnaməçilərin əsərlərindəki annallarda qeydə alınmışdır ki, zöhr namazı zamanı Sofroni Öməri bərpa edilmiş Müqəddəs məqbərə kilsəsində ibadət etməyə dəvət edir. Ömər bu təklifi rədd edir. Çünki o qorxurdu ki, bu dəvəti qəbul etmək kilsənin xristianlara aidliyini təhlükə altına salar və müsəlmanların sazişin şərtlərini pozaraq kilsəni məscidə çevirməsi ilə nəticələnər.[8] Xəlifə Yerusəlim şəhərində on gün qaldıqdan sonra Mədinəyə qayıdır.[26]
Xəlifənin təlimatlarına riayət edən Yezid Kesariya şəhərinə irəliləyir və liman şəhərini mühasirəyə alır. Əmr və Şurahbil Fələstinin işğalını tamamlamaq üçün yürüşlərə edir ki, onlar bu tapşırığı ilin sonuna qədər yerinə yetirir. Buna baxmayaraq, Kesariya şəhəri 640-cı ilə qədər fəth edilə bilinmir. Həmin il şəhər qarnizonu dövrün Suriya valisi I Muaviyəyə təslim olur. 17 minlik orduya başçılıq edən Əbu Übeydə və Xalid Yerusəlim şəhərini tərk edərək Suriyanın şimalını fəth etməyə gedir. Bu, 637-ci ilin axırlarında Antioxiyanın fəth edilməsi ilə sona çatır.[27] Müsəlmanlar 639-cu ildə Misirə yürüş edir və oranı fəth edir.
Ömər Yerusəlim şəhərində qaldığı vaxtlarda Sofroni onu Məbəd dağı kimi şəhərin müxtəlif ziyarətgahlarına aparır. Məbədin yerləşdiyi ərazinin pis vəziyyətdə olduğunu görən Ömər əmr verir ki, xarabalıqlar təmizlənsin və ərazidə taxtadan məscid tikilsin.[28] Belə bir tikilini qeyd edən ən erkən mənbə qalliyalı yepiskop Arkulfa aiddir. 679–682-ci illərdə Yerusəlim şəhərini ziyarət edən Arkulf taxta şalbanlar və lövhələrdən istifadə edərək əvvəlki xarabalıqların yerləşdiyi yerdə tikilmiş, 3 minə yaxın pərəstişkara ev sahibliyi edə biləcək primitiv bir ibadət evi haqqında məlumat verir.[29]
Yerusəlim şəhəri ələ keçirildikdən təxminən yarım əsr sonra, 691-ci ildə Əməvi xilafəsi Əbdülməlik Məbəd dağının təməlinin üzə çıxan hissəsi üzərində Qübbətüs-Səhranın tikilməsi haqda əmr verir. XX əsr tarixşünası Əl-Müqəddəsi yazmışdır ki, Əbdülməlik məbədi şəhərin xristian kilsələrinin əzəmətinə rəqib olmaq üçün tikir. Niyyətindən asılı olmayaraq, məbədin valehedici parıltısı və böyüklüyü Yerusəlim şəhərinin erkən müsəlman inancına bağlanmasında böyük rolu olmuşdur.[28]
Şəhərin görkəmliliyi regiondakı saratinlər bir-birləri ilə nəzarət uğrunda vuruşduğuna görə növbəti 400 il ərzində itir. Yerusəlim Birinci səlib yürüşü zamanı, 1099-cu ildə sələbçilər tərəfindən ələ keçirilənə qədər müsəlman nəzarətində qalır.
İslamın sünnilik məzhəbində inanılır ki, Məhəmməd müxtəlif islam mənbələrində[30][31] qeyd olunan çoxlu sayda hədisdə Yerusəlim şəhərinin fəthi haqqında əvvəlcədən məlumat verir. Bu, "Səhih əl-Buxari" əsərinin "Cizyə və anbar kitabı"nda da qeyd edilmişdir:
Mən Təbuk yürüşü zamanı, o, dəri çadırında oturarkən peyğambərin yanına getdim. O, dedi ki, "Axirətin gəldiyini göstərən altı işarəni sayım: mənim ölümüm, Yerusəlimin fəthi, sənin də yoluxacağın vəba...[32] |
Yerusəlimin mühasirəsi islamın ən erkən dövrlərində, Amvas vəbasının yayıldığı vaxtlarda Ömərin nəzarəti ilə Əbu Übeydə tərəfindən həyata keçirilmişdir. Bu epidemiya Məhəmmədin bir çox görkəmli səhabəsinin ölümünə səbəb olduğundan müsəlman mənbələrində məşhurdur.
The first Muslim conquest of Jerusalem in Muhrram 17 AH/February 638 CE...
(638) The capture of Jerusalem and the visit of 'Umar- Footnote 254 discusses the different dates from old sources (638, 637, 636/37) and the different scholarly discussions.