Sofroni (560[1][2][…], Dəməşq, Finikiya[d] – 11 mart 638, Qüds; yun. Σωφρόνιος), həmçinin Sofist Sofroni[3] — Yerusəlim patriarxı.[4] O, şərqi pravoslav və Roma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi.
Yerusəlimli Sofroni | |
---|---|
yun. Σωφρόνιος Α΄ Ιεροσολύμων | |
Rütbə | Yerusəlim patriarxı |
Doğum tarixi | 560[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 mart 638 |
Vəfat yeri | |
Rahiblik adı | Sofist Sofroni |
Qeyd edilir | 24 mart (11 mart) |
Müqəddəslik dərəcəsi | Yerusəlim patriarxı |
Xatirə günü | 11 mart |
Rəmzləri | yepiskopal paltarlar, əhdi-cədid |
Əsərləri | teoloji, haqioqrafik və himnoqrafik əsərlər |
Özünütəsdiq fəaliyyəti | monoenerjizm ilə mübarizə |
Vikianbarda əlaqəli mediafayllar |
Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur.[5] O, həm Bizans yunanı,[6] həm də Suriya əsilli olduğunu irəli sürmüşdür.[7] Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur.[4]
O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir.[8][a] Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinə və Konstantinopola səyahət etmişdir. Monoenerjizm Məsihin tək və ilahi enerjiyə malik olduğu fikrini müdafiə edən qeyri-ortodoksal bir doktrinadır. Sofroninin İkinci Konstantinopol Şurası üçün bu mövzuda yazdığı geniş sinodal məktub bu günə gəlib çatmamışdır.
Sofroni monoenerjizmi qınamaq tapşırığında uğursuz olsa da, 634-cü ildə Yerusəlimin patriarxı seçilmişdir. Taxta oturduqdan bir müddət sonra Roma papası I Honoriyə və Şərq patriarxlarına monoenerjizmdən fərqli olaraq, Məsihin iki təbiəti – insanlıq və ilahilik ortoksal inancını izah edən bir sinodik məktub göndərmişdir. Sofroni monoenerjizmi Məsihin sadəcə ilahi təbiətə malik olduğunu qəbul edən monofizitizmin daha ağlabatan növü kimi görürdü.[9] Bundan savayı, o, Məsihin həm insana aid, həm də ilahi şüura sahib olduğunu qoruyan xristian diofelitizminin tərəfində olan erkən kilsə atalarının 600-ə yaxın əsərini bir antologiyada toplamışdır.
Sofroni ərəblərin Yerusəlimi ələ keçirməsindən çox keçməmiş, 638-ci ildə vəfat etmişdir