WORLD-OLD

adj dünyagörmüş qoca

WORLD-HISTORY
WORLD-POWER
OBASTAN VİKİ
Old Trafford
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır. Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır. Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir. Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur.
Old-Belfri
Old-Belfri (ing. Old Belfry, hərf. Köhnə zəng qülləsi) — ABŞ-nin Massaçusets ştatının Leksinqton şəhərindəki Klark-stritdə yerləşən tarixi tikili. Belfri-Hill üzərində dayanır. Zəng qülləsi 1762-ci ildə hazırkı yerində qurulmuşdu, lakin 1768-ci ildə ilkin torpaqlarında olduğu Conas Monro şəhərin onu orada saxladığı üçün ona vergi ödəməsini istəməsindən sonra bir neçə yard uzağa, Leksinqton-Kommona köçürülmüşdür. Orada asılan zəng 19 aprel 1775-ci ildə Leksinqton və Konkord döyüşlərinə çevrilən hadisələrin ilkin həyəcan siqnalını çalmışdır. Bu gün hər il səhər saat 5:30-da Vətənpərvərlər Gününün başlanğıcında çalınır. Old belfry, Lexington, Massachusetts.
Old Dominion Universiteti
Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti. Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur. 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində 73 bakalavr, 60 magistr və 35 doktorantura proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir. Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı", o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı" kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir. "Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır. Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir.
Old Trafford Stadionu
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır. Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır. Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir. Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur.
Accel World
Accel World (アクセル・ワールド, Akuseru Wārudo, azərb. Sürətləndirilmiş dünya‎) və ya qısaca AW — HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. 2009-cu ilin fevralından ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunur. Ranobe Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. 2010-cu ilin mayında "Dengeki Bunko Magazine" jurnalında iki manqa adaptasiyası nəşr olunmağa başlamışdır. 2013-cü ilin yanvarında isə "Dengeki Daioh" jurnalında 3-cü manqa adaptasiyası serializasiya olunmağa başlamışdır. Sunrise tərəfindən istehsal olunmuş anime adaptasiyası Yaponiyada 2012-ci ilin aprelindən sentyabrına kimi yayımlanmışdır. İngilisdilli versiyası Viz Media-nın Neon Alley anime xidmət vasitəsilə 2013-cü ilin aprelində yayımlanmağa başlamışdır. PlayStation 3 və PlayStation Portable platformaları üçün iki oyun istehsal olunmuşdur. Birinci oyun 13 sentyabr 2012-ci ildə, ikinci oyun 31 yanvar 2013-cü ildə yayımlanmışdır və hər oyun OVA seriyası ilə buraxılmışdır.
BTS World
BTS World Cənubi Koreyanın Takeone Company Corp studiyası tərəfindən hazırlanmış və Netmarble tərəfindən nəşr olunan mobil videooyunudur. Oyunçular, BTS -in meneceri rolunu oynayaraq, 2012-ci ildən, debütdən əvvəl 2019 -a qədər yeddi üzvdən hər biri ilə müxtəlif səyahətlər keçirirlər. == Oyun == BTS World, hekayənin çox hissəsinin istifadəçi və oyun personajları arasındakı qarşılıqlı əlaqəni tıklamağa əsaslandığı əyani roman üslublu bir videooyunudur. Oyun, sonrakı fəsillərə təsir edən söhbətlərə və seçimlərə əsaslanır. Oyunçu ayrıca müəyyən bir nəticə əldə etmək üçün simvolları tərtib edə və kart oyunu oynaya bilər. Oyun BTS üzvlərinin əsl şəkillərindən və səs yazılarından istifadə edir. Rəsmi veb saytında oyun personajları olaraq üzvlərin foto və video qalereyaları var. "Another Story" adlanan başqa bir rejimin oxşar oyunu var, lakin fərqli hekayələri var, çünki hər biri oyunçuya və o vaxtlar birlikdə olmamış kimi BTS -in yalnız bir üzvünə diqqət yetirir. == Personajlar == Oyunun rəsmi internet səhifəsindəki şərhlərə əsaslanaraq "Another Story" də yeddi fərqli personaj var. == İnkişaf etdirici == BTS World-in iki ildir inkişaf etdiyi bildirildi.
Discovery World
Discovery World sivilizasiya tarixi, mədəniyyətlər, döyüşlər, tarixin sirləri mövzu edilən, sənədli filmlər yayımlayan kanal. Discovery World kanalında yayımlanan və səs gətirmiş bəzi proqramlar: Amazing Medical Stories Discovery Atlas Dr.
Hello, World!
Salam dünya – proqramı kompüter ekranında "Hello, World!" yazısını çap edən proqramdır. Proqramlaşdırma dilləri öyrədilərkən ilkin nümunə kimi bu proqramdan istifadə olunur. Müxtəlif proqramlaşdırma dillərində Hello World proqramı nümunələri. ADA: ASP: Basic: C: C++: C# Java:JavaScript: Pascal: PHP: Python 2. XPython 3.
KBS World
KBS World, Korean Broadcasting Systemnin beynəlxalq yayım xidmətidir. KBS World Radio, KBS World televiziya kanalı və KBS World 24-dən ibarətdir.
PC World
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
PlayStation World
"PlayStation World" ("PSW") — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. Jurnalda "PlayStation" markası haqqında məlumatlarda verilirdi. Burada xəbərlər, önizləmələr, resenziyalar və məktub səhifələri yer alırdı. 2000-ci ildə "Computec Media" tərəfindən nəşr olunmağa başlamışdır. Jurnal 210 min oxucu auditoriyasına sahib idi, 17,132 tirajla çap olunurdu. "Computec Media"nın Birləşmiş Krallıq filialı jurnalın mülkiyyəti ilə birlikdə 2003-cü ildə "Future Publishing" tərəfindən satın alınmışdır. Bu zaman jurnalın orta aylıq tirajı 53,349 idi. 2007-ci ilin məlumatına görə, jurnalın tirajı 17,132-yə qədər azalmışdır. 13 avqust 2009-cu ildə jurnalın fəaliyyətinin dayandırılacağı açıqlanmışdır. Buna səbəb kimi "təlabat azlığı" göstərilmişdir.
TRT World
TRT World TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 may 2015-ci il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT int bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. İngilis dilində nəşr etməkdədir.
World End
WORLD END (azərb. Dünya sonu‎) – Flow qrupunun 16-cı sinqlı. "Code Geass: Lelouch of the Rebellion R2" anime serialının 2-ci açılış mahnısıdır. İlk həftəsində Oricon çartlarında 4-cü yerə yüksəlmiş və 10 həftə boyunca çartda qalmışdır.
World Soccer
World Soccer IPC Media tərəfindən ingilis dilində dərc edilən futbol jurnalıdır. Jurnal ilk dəfə 1960-cı ildə çap edilmişdir. O, beynəlxalq futbol sahəsində ixtisaslaşmışdır. Brayan Qlenvil, Sid Lou və Tim Vikerinin daxil olduğu digər yazarların davamlı yazıları ilə ərsəyə gəlməkdədir. World Soccer Avropa İdman Jurnalları birliyinin üzvüdür ki, digər dillərdə də bu mövzuda jurnallar çap edilməkdədir. Digər üzvlərə misal olaraq A Bola, Don Balon, Kicker, La Gazzetta dello Sport və Sport Express nəşrlərini göstərmək olar. Bu qrupun üzvləri avropada hər il "Ayın Komandası" və "İlin Komandası" mükafatlarının qalibini seçir. 1982-ci ildən etibarən World Soccer "İlin oyunçusu", "İlin Məşqçisi" və "İlin Komandası" mükafatlarını təsis etməkdədir. 2005-ci ildə isə siyahıya "İlin Gənc Futbolçusu" və "İlin Baş Hakimi" mükafatlarıda əlavə edilmişdir. 1999-cu ilin dekabr ayında World Soccer oxucular arasında keçirdiyi sorğu ilə 20-ci əsrin 100 ən böyük futbolçusunun adını açıqlamışdır.
Xbox World
"Xbox World" — Birləşmiş Krallıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunan jurnal "Xbox" və "Xbox 360" konsolları haqqında idi. "Xbox World" adı altında fəaliyyətə başlamış jurnalın birinci nömrəsi 2003-cü ilin əvvəlində, "Xbox" konsolunun satışa çıxarılmasından bir il sonra buraxılmışdır. "Xbox World" jurnalı "PlayStation World" ilə birlikdə 2003-cü ilin sonunda "Future plc" tərəfindən satın alınmışdır. Jurnalın ofisi London şəhərindən Bata köçürülmüş, bu zaman redaksiya heyətinin əksəriyyəti buradan ayrılmışdır. 2005-ci ilin sentyabrında "Xbox World" jurnalının adı "Xbox World 360" olaraq dəyişdirilmişdir. Jurnalın tərkibində nailiyyətlər, məsləhətlər və çit kodlar var idi. 2011-ci ilin noyabr nömrəsində jurnal yenilənmiş və orijinal "Xbox World" adına dönüş edilmişdir. 13 noyabr 2012-ci ildə həm "Xbox World", həm də "PSM3" jurnalının fəaliyyətinin dayandırılacağı elan edilmişdir. Hər iki jurnalın son nömrəsi 12 dekabr 2012-ci ildə satışa çıxarılmışdır.
Absolute World
Mükəmməl Dünya (ing. Absolute World və ya Merilin Monro Towers) 2012-ci ildə Kanadanın Mississauc şəhərində tikilmiş göydələnlər. Bina Fernbruk Ev və Şəhər İnkişaf Qrupu (FHCDG) tərəfindən tikilib. 5 göydələndən ibarətdir, əsas və məşhur olan iki göydələnin mərtəbə sayı 56 və 50-dir. == Hazırlanması == 28 noyabr 2006-cı ildə Mississauc Şəhər Dizayn Mükafatlarının verilməsi mərasimində Mississauc şəhər mayoru Eyzel MakKolin gələcəkdə Bernhemtrop Road və Hurontario küçəsində tikilməli olan və şəhərin simvoluna çevriləcək binanın layihəsinin hazırlama müsabiqəsini elan etdi. Müsabiqədə 70 ölkədən 600-ə yaxın iştirakçı qatıldı. 6 finalçının adı 30 yanvar 2007-ci ildə saat axşam 12:00-da Torontodakı BCE Sarayında açıqlandı. === Müsiflər heyəti === Lari Besli, plan direktoru, Vankuver. Kolin Fourniyer, Memarlıq Məktəbi professoru, London Sol Vassermul, Toronto Klaud LaKombb, EI Richmond memarı, Toronto Maykl Spatsiani, MSAi, Toronto Dani Salvatore, Fernbrook şirkətinin prezidenti Sam Kriqnano və Paulo Stellato Fed Sacekki, Binanın planın komissarı, Mississauc. === 6 finalçı === Nikolas Boyarski, Böyük Britaniya Mişel Roykind, Meksika Roland Rom Koltoff, Kanada Sebastyan Messer, Böyük Britaniya Ma Yansonq, Çin Tarek Əl-Xatib, Kanada Finalçıların hər biri Mississaucun ən hündür və 50 mərtəbədən yüksək olacaq bina layihəsi üçün qonarar ödədi.
My Old Kentucky Home
"My Old Kentucky Home, Good-Night!" (Azərbaycan dilində, Mənim köhnə Kentukki evim, gecən xeyrə!) Stefan Foster tərəfindən təxminən 1852-ci ildə bəstələnmiş sentimental minstrel mahnıdır. O, 1853-cü ilin yanvarında Nyu-Yorkun Firth, Pond & Company adlı amerikan musiqi şirkəti tərəfindən dərc edilib. Foster, güman edilir ki, Harriyet Biçerin Tom dayının daxması romanından ilhamlanıb, buna sübut olaraq Fosterin eskiz dəftərindəki "Yazıq Tom dayı, gecən xeyrə!" adlı eskizi göstərmək olar. Bəziləri iddia etmişdi ki, Foster 1850-ci illərdə Bardstovn,Kentukkidəki ziyarət etdiyi Federal Hill adlı əkin sahəsindən ilhamlanıb. Lakin, bu ziyarətə dair birbaşa və ya çağdaş bir dəlil ortaya çıxmadı və bu iddia Vilyam Ostin, Ken Emerson və Con Tasker Hovard da daxil olmaqla ən məşhur Foster alimləri tərəfindən etiraz edildi. Mahnının şərhləri çox müxtəlifdir. Fosterin əksər alimləri, mahnının "Oh Susanna" və "De Camptown Races" kimi əvvəlki ədəbsiz komik minstrel mahnılarından fərqli olaraq sentimental minstrel mahnısı olduğu ilə razılaşırlar. Frederik Duqlas 1855-ci ildə yazdığı "Əsarətim və Azadlığım" adlı tərcümeyi-halında mahnının "köləyə qarşı simpatiya oyandırdığını və beləliklə köləlik əleyhinə prinsiplərin kök saldığı, böyüdüyü və çiçəkləndiyini" yazdı. Lakin, mahnının qaraüzlü minstrel şovlara daxil olması şöhrətinə böyük ölçüdə mənfi təsir göstərdi.
When We're Old
When We're Old (azərb. Biz yaşlanarkən‎) — Litvanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yeva Zasimauskayte "When We're Old" mahnısı ilə Litvanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Vıtautas Bikus tərəfindən bəstələnmişdir.
Plain old telephone service
Plain old telephone service (azərb. Adi köhnə telefon xidməti‎) və ya qısaca POTS — mis halqalar üzərində analoq siqnal ötürülməsindən istifadə edən səs səviyyəli telefon xidməti üçün istifadə olunan retronim. POTS 1876-cı ildən 1988-ci ilə qədər ABŞ-də İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkənin (ISDN) Əsas dərəcə interfeysi (BRI), ardınca mobil telefon sistemləri və IP üzərindən səs (VoIP) təqdim edildiyi vaxta qədər telefon şirkətləri tərəfindən standart xidmət təklifi idi. POTS dünyanın bir çox yerlərində yaşayış və kiçik biznes xidmətlərinin telefon şəbəkəsinə qoşulmasının əsas forması olaraq qalır. Termin XIX əsrin sonlarında ictimai telefon sisteminin tətbiqindən bəri mövcud olan texnologiyanı əks etdirir. Bu, DTMF, elektron telefon stansiyaları və fiber-optik kommunikasiyanın ictimai telefona (PSTN) daxil edilməsinə baxmayaraq, əsasən dəyişməz formada qalmışdır. POTS bir neçə aspektlə xarakterizə olunur: İki istiqamətli (tam dupleks) kommunikasiya. İki telli mis döngədə səs təzyiqi dalğalarının gərginlik analoqlarının balanslaşdırılmış siqnalizasiyasından istifadə 300–3,300 Hz dar tezlik diapazonu ilə məhdudlaşdırılmışdır və bu səs diapazonu adlanır. İnsanın 20–20,000 Hz eşitmə diapazonundan çox azdır. Zəng tonları "Pulse dialing" və DTMF BORSCHT funksiyaları: batareya təchizatı (B), həddindən artıq gərginlikdən qorunma (O), zəng (R), siqnal (S), kodlaşdırma (C), hibrid (H) və test (T) Döngə başlanğıcı, yerə başlama və E&M siqnalı Bir çox zəng funksiyaları ABŞ-də 1980-ci illərdə telefon stansiyalarının kompüterləşdirilməsindən sonra telefon abunəçiləri üçün əlçatan olmuşdur.
Nyuells Old Boyz FK
Nyuells Old Boyz FK 1903-cü ildə Argentinanın Rosario şəhərində yaradılmış futbol klubudur. Tarixən onlarla eyni şəhərdə yerləşən Rosario Central komandası arasında rəqabət var. Məlum olduğu kimi, Lionel Messi Barselona'ya Nyuells Old Boyz'un gənclərdən ibarət komandasından transfer olunub. Lionel Messinin karyerası boyu üstün performansı Nyuells Old Boyz FK komandasının bu transferlə bağlı təəssüfünü artırır.
Heal the World
Heal the World — Maykl Ceksonun 1991-ci ildə çıxan Dangerous albomunda olan mahnılarindan biri.Mahnı Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnının həm sözlərinin həm də musiqisinin müəllifi Maykl Cekson özüdür. Mahnının klipində Maykl Cekson özü çəkilməmişdir.Klipdə müxtəlif millətlərdən və irqlərdən olan uşaqlar əllərində güllə əli silahlı əsgərlərin üstünə gedir və onları silahı tərk etməyə məcbur edirlər. Klipin çəkilməsindən sonra Maykl Cekson Heal the World Foundation xeyriyyə təşkilatını yaratmış və mahnıdan gələn gəliri həmin təşkilata bağışlamışdır.Təşkilat uşaqlara gözəl həyat qurmağa kömək edir və onlara bir-birinə kömək etməyi öyrədir. Mahnı Maykl Ceksonun uğurlu mahnılarından biridir.Heal The World Spanish Singles Chartda birinci,UK Singles Chartda ikinci,Billboard Hot 100 -də isə iyirmi yeddinci yerə qədər yüksəlmişdir.
KBS World Radio
KBS World Radio ("KBS ümumdünya radiosu", kor. KBS 월드라디오; əvvəlki adıRadio Korea və Radio Korea International)- Cənubi Koreyada yeganə rəsmi və beynəlxalq radiostansiya. Dövlət teleradio kompaniyasına məxsusdur. 11 dildə yayımlanır, həmçinin rus dilində. == Tarixi == Radiostansiya ilk dəfə yayıma ingilis dilində 15 avqust 1953-cü ildə "Azad Koreya səsi" (ing. The Voice of Free Korea) adı ilə başlamışdır . Radiostansiya orta dalğalarda yayımlanmaqla, Koreyada olan amerikalı əsgərlər üçün nəzərdə tutulmuşdur. Verilişlər gün ərzində yalnız 15 dəqiqə yayımlanırdı. Sonrakı illərdə siqnalı Havay adalarına və Şimali Amerikaya ötürmək üçün 2 ədəd 100kVt-lıq ötürücü quraşdırıldı. Yayıma 13 fevral 1961-ci ildə rus dilində başlamışdı.
My Little World
My Little World, Waterloo & Robinson tərəfindən səsləndirilən və 1976 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanıı İngilis dilində səsləndirilərək təmsil edən mahnı.
Pac-Man World
Pac-Man World — "Namco" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının birinci seriyasıdır. Pak-Man 20 illiyini qeyd etmək üçün (oyun məhz Pac-Manın 20 illiyində yaradılmışdır) evə ailəsinin yanına gələn zaman Xanım Pak-Man, Beybi Pak, Jr. Pak, Professor Pak, Chomp Chomp the dog, və Pukanın Tok-Man tərəfindən qaçırıldığını eşidir. Pac-Man ailəsini xilas etmək üçün onların ardınca gedir. Ailəsinin hər bir üzvü müxtəlif dünyada yerləşdirilmişdir. Macəraların sonunda Pak-Man ailəsinin bütün üzvlərini xilas edir və Tok-Man üzərində qələbə çalır.
World Health Organization
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.