Xəlifət əl-xüləfa
Xəlifət əl-xüləfa -("xəlifələr xəlifəsi") Səfəvi-Ərdəbil təriqətinin
geniş yayılmış nümayəndələr şəbəkəsinin başçısı idi (xüləfa - ərəbcə
"xəlifə" sözünün cəm halıdır). Əslində o, Səfəvi təriqətinin bütün
fəaliyyətini istiqamətləndirir və ona nəzarət edirdi. Öz nümayəndələrinin
yaxşı təşkil edilmiş xidməti sayəsində Səfəvilər Azərbaycanı, indiki
Ermənistan ərazisini, Kiçik Asiya və İranın şimal vilayətlərini əhatə edən
geniş ərazilərə səpələnmiş qızılbaş tayfalarını öz tərəflərinə çəkib şiəlik
bayrağı altına toplaya bildilər. Beləliklə, xəlifət əl-xüləfa idarəsi ŞeyxSəfiəddin tərəfindən əsası qoyulmuş "Səfəviyyə" təriqətinin teokratik
təşkilatının qalığı idi.
V.F.Minorskinin göstərdiyi kimi, hakimiyyətə gələn Səfəvilər ikili
idarəçiliklə qarşılaşdılar, onlara başçılıq etdilər. Onlar "krallar kimi öz
sələflərinin (əsasən, Ağqoyunluların) idarəetmə sistemini irsən qəbul
etdilər. Onlar ilkin təriqətin ali başçıları kimi öz sufilərindən kor-koranə
itaət tələb etdilər". Böhranlar dövründə onlar öz tərəfdarlarının
"şahsevənlik" hisslərinə müraciət edirdilər, çox zaman tayfalararası
didişmələri təriqət ardıcılları arasında hökm sürən, müridləri öz "mürşidi
kamilinə" (yəni şaha) danışıqsız itaətə çağıran ən sərt intizam sayəsində
yoluna qoyurdular.
"Xəlifələrlə" yanaşı "ithaf olunanlar"ın "pirə" ("böyüklər,
ağsaqqallar") adlanan daha bir kateqoriyası da var idi. V.F.Minorskinin
fikrincə, "xüləfa" "xəlifət əl-xüləfanın" qısaldılmış formasıdır.