XISILTI is. Çox yavaş, gizli danışıq səsi, pıçıltı. Kosa katibin qulağına əyilərək xısıltı ilə: – Öz aramızda, bir iş var, – dedi. S.Rəhimov. [Fərman bəy] bir an dinməyib ətrafı diqqətlə yoxlayandan sonra xısıltı ilə danışmağa başladı. M.Hüseyn. Elə bu vaxt Maral lap yanında bir xısıltı eşitdi. Ə.Əbülhəsən.