XƏFİFCƏ

zərf Azacıq, yüngülcə, zəifcə.
[Park] yalnız yeni çıxmaqda olan ayın ziyası ilə xəfifcə işıqlanmışdı. S.Hüseyn.
Gənc yenə də xəfifcə gülərək cavab verdi. M.S.Ordubadi.
Maya qızarıb xəfifcə gülümsədi və Qaraşa baxdı. M.İbrahimov.

// Yavaşca, üsulluca.
[Xədicə] ətəyimdən yapışıb xəfifcə dartaraq deyirdi… Qantəmir.

// Sif. mənasında.
Bir an içində üzündən silinib yox olan təbəssüm izlərinin yerində xəfifcə bir qızartı göründü. M.Hüseyn.

XƏFİF
XƏFİFCƏSİNƏ

Значение слова в других словарях