XƏFİF

sif. [ ər. ]
1. Mülayim, yüngül, yumşaq. Xəfif yel.
– İndi çöldə xəfif meh əsdiyi üçün hava bayaqkı qədər bürkü deyildi. İ.Əfəndiyev.
Xəfif axşam küləyi əsir, şəhərdə yavaş-yavaş işıqlar alışırdı. Ə.Məmmədxanlı.

2. Zərif, incə.
Çox çəkmədi ki, qızın yanaqlarında xəfif bir qızartı göründü. M.Hüseyn.
Zaldakıların üzü xəfif bir gülüşlə işıqlandı. M.İbrahimov.

// Zəif, yüngül. Xəfif sazaq. – Dünyanın sevinci də, kədəri də ikidir.
Biri yüngül, keçəri – xəfif dumana bənzər. R.Rza.
[Xosrov] …sahildə əyləşib xəfif şırıltıya qulaq asırdı. B.Bayramov.
Qonaqlara şərbət, çay təqdim edən qulluqçuların ayaqlarının xəfif tappıltısından başqa, [sarayda] heç bir başqa səs eşidilmirdi. P.Makulu.

□ Xəfif eləmək (etmək) – azaltmaq, zəiflətmək.
Basıb pəncərəni, qapını kip-kip; Lampanın odunu eləyib xəfif. H.K.Sanılı.

Синонимы

  • XƏFİF zəif — incə
  • XƏFİF yüngül — mülayim — sakit — dinc

Антонимы

  • XƏFİF XƏFİF – ŞİDDƏTLİ Xəfif külək əsirdi (“Azərbaycan”); Şiddətli xəzri küləyi əsir, evlərin qapı və pəncərələri vıyıldayır (S
XƏFƏNG
XƏFİFCƏ
OBASTAN VİKİ
Xəfif ləpə
Xəfif ləpə-(rus. рябь, ing. ripple) küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.

Значение слова в других словарях

внакла́де втолка́ть миостимуля́ция немы́слимый опроще́нец паря́щий река́мбия се́верный управля́ть хо́дкость лагу́на литаври́ст набива́ться почтме́йстерский прома́зывание секс соля́рочный судово́й убра́ть clock-face neuropsychic psychohistory quality mark мелодраматический начиститься