XƏLFƏ

[ər.] сущ. 1. куьгьн. межлис идара ийидай кас (мехъерин ва я ясдин); 2. кил. xəlifə 2).
XƏLƏTLİK
XƏLFƏLİK
OBASTAN VİKİ
Xəlfə İbrahimov
Xəlfə İmamqulu oğlu İbrahimov (1919, Sündü, Şamaxı qəzası – 24 fevral 1980, Bakı) — Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon, Bərdə Rayon, Qasım İsmayılov Rayon və Daşkəsən Rayon komitələrinin birinci, Şamaxı Rayon Komitəsinin ikinci katibi katibi, SSRİ Ali Sovetinin deputatı. İbrahimov Xəlfə 1919-cu ildə Şamaxı qəzasının Sündü kəndində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra, təhsilini Şamaxı Pedaqoji məktəbində davam etdirmişdir. Təzəcə müəllimlik edirdi ki, Böyük Vətən müharibəsi başlayır. O, cəbhəyə yollanır. Cəbhədə ağır döyüşlərdə şücaətlər göstərir. Xəlfə İbrahimov istehsalatdan ayrılmamaqla təhsilini davam etdirmişdir. O, əvvəl Azərbaycan Dövlət Universitetini, sonra isə Azərbaycan KP MK yanında Ali Partiya məktəbini bitirmişdir. Xəlfə İbrahimov 1980-ci il fevral ayının 24-də Bakı şəhərində vəfat etmişdir. Anası Bahar xanımın məsləhəti ilə Şüvəlan qəsəbəsində — Mir Mövsüm Ağanın qəbristanlığında dəfn edilmişdir.
Xəlfəkücə
Xəlifəkücə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 205 nəfərdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Lerik kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. Oykonim xəlfə (xəlfəli etnoniminin qısaldılmış forması) və talış dilindəki küçə (məhəllə) sözlərindən düzəlib, "xəlfəli məhəlləsi" deməkdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Blaband kənd inzibati ərazi dairəsi tərkibindəki Xəlfəkücə kəndi Xəlifəkücə kəndi adlandırılmışdır.
Xəlfəli
Xəlfəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Xəlfəli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda yaşayış sahəsi. Xəlfəli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Xəlfəli (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Kolxəlfəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə.
Xəlfəli (Qobustan)
Xəlfəli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində yaşayış sahəsi. Yaşayış məntəqəsinin adı 2020-ci ildə dərc olunmuş "İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019" sənədində adı keçməsə də, Qobustan rayon İcra Hakimiyyətinin saytında yaşayış məntəqəsinin Qobustan rayonunun Qurbançı kənd inzibati ərazi dairəsinin tərkibində olduğu göstərilir. Yaşayış sahəsi 1999-cu ildə yaradılmışdır[mənbə göstərin]. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiq etdiyi kapital qoyuluşu proqramına əsasən Xəlfəli yaşayış məntəqəsinin qazlaşdırılması 2012-ci ildə nəzərdə tutulmuşdur.
Xəlfəli (Sabirabad)
Xəlfəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin əksəriyyəti tərəkəmələrdir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlının 1923-cü ildə yazdığı "Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabda Xəlfəli barədə söz açılır. Müəllifin iddiasına görə bu kəndin formalaşdıran Şahsevən tayfalarıdır. Onlar Şah Abbasın hakimiyyətə gəlişindən sonra İrandan Şimali Azərbaycana köçüblər. Azərbaycanın bir çox yerlərində bu tayfa özünə məntəqə qurub. Məsələn, günümüzdə İmişli rayonunun Xəlfəli kəndi ilə Sabirabadın bu kəndi demək olar eyni tayfalar, qan qohumlarıdır. Şuşanın Xəlfəli kəndində yaşayanların bu kənddə yaşayanlarla əlaqəli olmasını ağsaqqallar söyləsələr də, hələ ki bu faktı təsdiq edəcək materaial yoxdur ( çox güman ki araşdırmanın ciddi aparılmaması ucbatından). Kənddə oturaq həyat əsasən Sovet ittifaqı qurulandan, daha dəqiqi kolxozlaşma başlayandan sonraya təsadüf edir. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur.
Xəlfəli (çay)
Xəlfəli — Xocalı və Şuşa rayonu ərazisində çay. Qarqar çayının sol qoludur. Mənbəyini Sarı Baba dağının Şimal-Şərq yamacından (2100 m. yüksəklikdən) alır. Çay öz adını ərazisindən axdığı Xəlfəli kəndinin adından almışdır.
Xəlfəli (İmişli)
Xəlfəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Razi Nurullayev — Deputat, millət vəkili İmamverdi Əliyev — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Mərdəliyev Qabil Əliağa oğlu (1975–1993) Qəhrəmanov Abbas İmamverdi oğlu (1971–1992) İbayev Qəni Novruz oğlu (1973–1993) İbayev Nəbi Novruz oğlu (1973–1993) Tarverdiyev Qoşqar Zülfəli oğlu (1972–1993) Qasımov Gülnəzər Abuzər oğlu (1947–1991) Quliyev Şiraslan Qəzənfər oğlu (1957–1991) Abışov Tacəddin Elşən oğlu (2001–2020) Abışov Qabil Sərxoş oğlu (1973–1991) İmanov Elman Yaqub oğlu (1994–2013) Əhmədzadə Həsən İnşallah oğlu (1936–1991) Əliyev Barat Sumbat oğlu (1970–1994) Əliyev İmamverdi Barat oğlu (1950–1991) Vəliyev Qismət Bəyiş oğlu (1961–1994) Vəliyev Tural İlham oğlu (2001–2020) Gülalıyev Əlnur Seymur oğlu (1997–2020) Babaşov Ucal Nərbala oğlu (1995 – 2023) İmişli rayonunun ən böyük kəndidir. Əhalisinin sayı 7256 nəfərdir və 1900 evdən ibarətdir. Xəlfəli kəndindən indiyədək çox sayda vəzifəli şəxslər və dövlət xadimləri çıxmışdır. Kənd əhalisi türk mənşəli Xəlfəli tayfasına mənsubdur. Tayfanın əhalisi Böyük Səlcuq imperiyasının dövründə Xorasandan köçərək Azərbaycan ərazisində, həmçinin indiki İmişli rayonunda məskunlaşmışdır. XIX əsrin ortalarından isə bu ərazilər Xəlfəli adlanmağa başlayıb. Kənd Muğan düzündə yerləşir. Baş-Muğan kanalı da Xəlfəli kəndi ərazisindən keçir. Xəlfəli kəndi şimalda Kürdmahmudlu kəndi ilə, cənubda Hacalmuradlı kəndi ilə, şərqdə Saatlı rayonu ilə, qərbdə Qulubəyli və Nurulu kəndləri ilə həmsərhəddir.
Xəlfəli (İğdır)
Xəlfəli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan bir bələdiyyə. İğdır Şəhərr Stadionu burada yerləşir. Özvatan, Turqut Özal və Yunus Əmrə məhəllələrindən ibarətdir. İğdır il mərkəzinə 7 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 892 erməni yaşayırdı.
Xəlfəli (Şuşa)
Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. Qarabağda orta əsrlərdə yaşamış Xəlfəli elinin adındandır. Mənbədə Xəlfəli eli Hacılı tayfasının qollarından biri kmi qeyd olunmuşdu. Tam adı Milli Xəlfəlidir. Qarabağ xanı İbrahim xanın qardaşı Mehdiquluxana mənsub bu el məskunlaşdıqdan sonra 11 məntəqə yaranmışdır. Xudaverdi qışlağı, Xəlfə qışlağı, Xanlıqpəyə, Laçınlar, Zamanpəyə, Şuşulu, Mirzələr, Məmişlər, Şırran və Kosalar. Sonra bu kəndlər xanın qızı Xurşud banu Natavana mənsub olmuşdur. Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi.
Xəlfəli bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəlfəli məhəlləsi
Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə. Gəncənin yeni məhəllələrindən biri.
Xəlfəli məscidi
Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Xəlfəli məscidi iki gümbəzlidir. Məscidin Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən tikildiyi müəyyən edilmişdir. Məscidi tikən ustanın adı məlum deyil. Dini abidə kimi tikilmiş və istifadə olunmuşdur. Sovet Hakimiyyəti qurulduqdan sonra ateizm təbliğatının gücləndiyi bir dövrdə məsciddən anbar kimi istifadə olunmuşdur.
Xəlfəliçay
Xəlfəli — Xocalı və Şuşa rayonu ərazisində çay. Qarqar çayının sol qoludur. Mənbəyini Sarı Baba dağının Şimal-Şərq yamacından (2100 m. yüksəklikdən) alır. Çay öz adını ərazisindən axdığı Xəlfəli kəndinin adından almışdır.
Xəlfələr
Xəlfələr (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Xəlfələr (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.
Xəlfələr (Masallı)
Xəlfələr — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xəlfələr kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Keçmiş adı Milli Xəlfələr olmuşdur. Sonralar oykonimin birinci komponenti düşmüşdür. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Muğanın şimalında yaşamış Şahsevənlərə mənsub xəlfələr nəslin məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi 721 nəfərdir.
Xəlfələr (Şabran)
Xəlfələr — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Xəlfələr Dəvəçi rayonunun Düz Bilici inzibati ərazi vahidində kənd. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində, düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Quba xanı Fətəli xanın (1758-1789) Ərdəbil səfəri (1784) zamanı Azərbaycanın cənubundan gətirdiyi Şahsevənlərə mənsub xəlfələr nəslinin bir hissəsinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin əhalisi 400 nəfər təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Şabran rayonu Xəlfələr kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
Xəlfədam
Xəlfədam — 1950-ci illərə qədər bu ad tanınırdı. Hazırda bu yer Təzəpir məscidinin yerləşdiyi ərazidir.

Значение слова в других словарях