XƏLVƏT

sufilikdə təriqət şeyxinin göstərişi ilə müridin təkkədə müəyyən vaxt təklikdə qalmasıdır. Bu adət təriqətə yeni gəlmiş müridlər üçün bir qədər sonra tətbiq olunur. Təklikdə mürid nəfsini çirkabdan təmizləyir və durmadan Allahı zikr edir. Burada o demək olar ki, vaxtını aramsız ibadətlərlə keçirir. Sufi təriqətlərində təklikdə qalmanın vaxtı 3, 40 ya da 1001 gün olur. Ən çox yayılmış təkliyə çəkilmə 40 günlük xəlvətdir. Ona ərəbcə “ərbəin”, farsca “çilə” deyirlər. Bu rəqəmi sufilər Quranın 7- ci surəsinin 142-ci ayəsinə istinad edərək qeyd edirlər. Qəzali kimi sufi alimləri də təkliyə çəkilməyə böyük əhəmiyyət vermişdir.
XƏLİFƏ
XƏLVƏTİLƏR
OBASTAN VİKİ
Xəlvət (Keşavərz)
Xəlvət (fars. خلوت‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 703 nəfər yaşayır (162 ailə).
Meşə xəlvət... (film, 1988)
Film meşələrin kəsilməsi haqqındadır.
Davud Xəlvəti
Davud Xəlvəti — (داود خلوثى }) — xəlvəti şeyxi Türkiyənin Bolu şəhərində anadan olmuşdur. Bağdadda təhsil aldıqdan sonra Amasyaya getmiş, Seyid Yəhya Bakuvinin davamçılarında Həbib Qaramanininin (ö.1497) ardıcılı olmuşdur. 1507-ci ildə Mudurnu vəfat etmişdir. Bir müddət sonra xəlvətiliyi yaymaq üçün öz şeyxi tərəfindən Mudurnuya göndərilmişdir. Davud Xəlvəti "Gülşəni-Tövhid" adlı məzmun əsərin müəllifidir. Əsərin dövrddə birini "ətvari-səbə"( (nəfsin mərtəbələri) mövzusu təşkil edir. Digər hissəsində Əli ibn Əbu Talibin və Əbu Seyid Əbülxeyr, Sührəvərdi.ş İbn Ərəbi, Cəlaləddin Rumi, Bakuvi, Həbib Qaramani kimi sufilərin kəlamları tərcümə və şərh edilir. Məsnəvi şəklində, yazılmış əsərdə qəzəl, qəsidə və rübailər, eləcə də təsəvvüfi-əxlaqi mövzular toplanmışdır.
Xəlvətdə qalmış müdrik (film, 2014)
Xəlvətdə qalmış müdrik — UNESCO-nun 2013-cü ili Azərbaycanın dahi şəxsiyyəti Seyid Yəhya Bakuvi ili elan etməsilə və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi çəkilmiş sənədli film. Film XIV əsrdə yaşamış azərbaycanlı övliya Seyid Yəhyanın həyatından bəhs edir. Filmi rejissoru azərbaycanlı rejissor Adil Azaydır. Seyid Yəhyanın həyatı və onun yaratdığı xəlvətilik sufi təriqəti haqqında çəkilən sənədli filmin premyerası 2014-cü ilin oktyabr ayında baş tutmuşdur.
Xəlvətilik
Xəlvətilik – İslamda ən geniş yayılmış sufi təriqətlərindən biridir. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkülə başlamış xəlvətilik sufi məktəbinin əsası lənkəranlı İbrahim Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulmuşdur. Azərbaycanda təsəvvüf sahəsində yetişmiş görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş şəkildə yayılmışdır. Təsisçilərinin hamısı azərbaycanlı olan xəlvətiliyi S.Y.Bakuvi ətrafa mürşidlər göndərməklə məhəlli bir təriqət olma xarakterindən çıxarıb Şirvan xaricinə yaymışdır. Xəlvətilik hələ S.Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə Şamaxı, Bakı və Təbrizə) ,İranda və Osmanlı dövlətində yayılmışdır. S.Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlələ müridə sahib olmuşdur. Daha sonralar qol və şöbələrinin sayı qırxı keçmişdir. Seyid Yəhya Bakuvi və Xəlvətilik əsərinin müəllifi Mehmet Rıhtım əsərin girişində qeyd edir ki, "kiçik bir mövzudur deyə məqalə kimi düşünərək başladığımız bu araşdırma yeddi ilin sonunda bizi böyük bir ümmanın qarşısında olduğumuz həqiqəti ilə üzləşdirdi." Əlidən başlayaraq Əbülqahir Sührəverdiyə, ondan İbrahim Gilaniyə və Ömər Xəlvətiyə doğru inkişaf etməklə gələn xəlvətilik təriqəti ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə qovuşmuşdur. Onun xəlvətiliyin həqiqi qurucusu olduğu bu sahənin tədqiqatçıları tərəfindən xüsusi qeyd olunmuşdur. Xəlvətilik təriqətinin xüsusiyyətlərini bu təriqətin mənsublarından Həririzadə Tibyan adlı əsərində aşağıdakı kimi açıqlamışdır: "Xəlvətilik təriqəti kəlimeyi-tövhid və gizli-açıq əsmayi-səba üzrə ziikrə davam etmək,yuxunun təbir və təvili, hadisələrin nəfsə və qəlbə təsirini nəzərə alaraq, könlü masivadan təmizləmə üzərində qurulmuşdur." Xəlvətilik təriqətində bu mühüm xüsusiyyətlərdən başqa bir sıra digər özəlliklər də vardır.
Xəlvətiyyə

Ömər Xəlvəti
Ömər Xəlvəti (Avaxıl, Şamaxı rayonu – 1349, Avaxıl, Şamaxı rayonu) — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi. Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.
Şükrullah Xəlvəti
Şükrullah Xəlvəti (Zubovka – 1473, Bakı) - tanınmış xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin tələbəsidir. Şeyx Şükrullahın atasının adı Qasımdır. Atası Mədinəli olub ərəb əsillidir. Anadoluda Sandıqlıda doğulmuşdur. Qaramanoğulları ilə Zülqədəroğulları arasındkı müharibədə burdan köç edərək Bakıya gəlmişdir. Bakıda Seyid Yəhyaya biət edən Şeyx Şükrullah uzun illər Seyid Yəhyaya xidmət edərək xəlvətilik təriqətində şeyxdən sonra ən yüksək məqam olan pişuqədəm məqamına yetişmişdir. Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda Seyid Yəhyanın ortancıl oğlu Fəthullah şeyxlik iddiası edib, ondan öncə posta oturmuşdur. O, dərvişlik ədəbi ilə "Şeyxin oğludur" - deyə onun bu hərəkətinə dözmüşdür. Tezliklə Seyid Yəhyanın oğlu Fəthullah vəfat etdiyinə və buradakı dərvişlərin təkidi ilə Bakıya gələrək uzun illər şeyxlik edən Şükrullah Xəlvəti həm təriqəti yenidən canlandırmağa çalışmış, həm də müridlərin tərbiyəsi ilə məşğul olmuşdur. Onun çox ədəbli, gözəl xasiyyətli, səkinət sahibi və kamali-fəqr üzrə bir halı varmış.
Əxi Məhəmməd Xəlvəti
Əxi Məhəmməd Xəlvəti — sufi alimi, Xəlvəti adını alan ilk şeyxdir. Xəlvətilik təriqəti Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və kürəkəni Pir Ömərin adından alınmışdır. Əxi Məhəmmədin ləqəbi Kəriməddin, künyəsi Əbülfüyuzatdır. Xarəzmdə doğulmuş Məhəmməd Xəlvəti alim bir şəxs olub. Gördüyü bir yuxudan sonra Azərbaycana gəlmiş, Şeyx İbrahim Gilanicnin yanında uzun müddət qalaraq mənəvi tərbiyəsini almışdır. Şeyxi tərəfindən Xarəzmə göndərilmiş və burada uzun müddət irşad etmişdir. O, daha sonra köçərək Azərbaycana gəlmiş,ömrünü sonuna qədər Heridə qalmışdır. Ləmazatda 1378-ci ildə vəfat etdiyi bildirilsə də tədqiqatçıların əksəriyyəti bu tarixi yanlış tarix kimi dəyərləndirir. Fəaliyyəti dövründə çoxlu sufi yetişdirmişdir. Xəlifələrindən ən önəmliləri Məhəmməd əl-Qarsi, Osman Şirvani, Qütbəddin Təbrizi və onun yerinə keçən xəlvətiliyin piri Ömər Xəlvətidir.

Значение слова в других словарях