x-mal

adv. s. x-fach
x-fach
X-Strahlen
OBASTAN VİKİ
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur. Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi. Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı.
X
X – hər hansı ədədi bildirən əvəzləyici. Məsələn, MS-DOS 6.x yazılışı MS-DOS əməliyyat sisteminin 6-cı versiyasının bütün buraxılışlarını – 6.0, 6.1, 6.2, 6.22 və s. bildirir. X oxu - (ing. x-axis, ru. ось x) – qrafikdə, diaqramda və b. üfüqi koordinat oxu. Latın qrafikalı Azərbaycan əlifbasında 12-ci hərf, 23 samitdən biri. Kar samitdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İctimai mal
İctimai mal (ing. public good) — ödəyib-ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar tərəfindən toplu şəkildə istehlak edilən bir mal. İctimai mallar ümumiyyətlə özəl mallara bənzəmir (istehlak üçün və yalnız sahibinə fayda verir), satışını təşkil etmək demək olar ki, mümkün deyil: fərdlər ictimai malların təsirlərindən istifadə etməkdən ləzzət alırlar, lakin bunun əvəzini ödəməkdən çəkinirlər (sərbəst atlı təsiri). Dövlət və özəl malların ayrılması Aristotelin Siyasətinə qayıdır. İctimai rifah dövlətin mövcudluğunun məqsədidir. Aristotelin ənənəsi Foma Akvinskinin "ümumi xeyiri" (bonum Commune) vurğulayaraq davam etdirir. K. R. Makkonnellu və S. L. Brüya əsasən, ictimai mal və ya məhsul — istisna prinsipinin tətbiq olunmadığı və istehsalı cəmiyyət tərəfindən əhəmiyyətli fayda gətirməsi şərtilə istehsalının dövlət tərəfindən təmin edildiyi mal və ya xidmətdir. istisna edilməmənin əlaməti — bir insanı bu malın istehlakçıları əhatəsindən kənarlaşdırmaq demək olar ki, mümkün deyil; istehlakda rəqabətsizliyin əlaməti — malın bir nəfər tərəfindən istehlak edilməsi başqası tərəfindən istehlak imkanlarını azaltmır; bölünməzlik əlaməti — yaxşılıq ayrı vahidlərə parçalana bilməz. Bu qədər təmiz ictimai mal yoxdur; qarışıq mallar daha çox yayılmışdır, həm özəl, həm də ictimai malların xüsusiyyətləri daxil olmaqla. Təxminən təmiz ictimai mallar gecə dənizçilərə rəhbərlik edən mayak işığını alan hər kəsə işıq saçır qanunun aliliyinin təmin edilmiş daxili və xarici təhlükəsizliyi onun ərazisində olan hər kəs üçün mövcuddur.
Arşın mal alan
Arşın mal alan (operetta) — Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Arşın mal alan (film, 1917) — Boris Svetlovun filmi. Arşın mal alan (film, 1937) — Setraq Vartyanın musiqili filmi. Arşın mal alan (film, 1945) — Rza Təhmasib və Nikolay Leşşenkonun filmi. Arşın mal alan (film, 1960) — Səməd Sabahinin filmi. Arşın mal alan (film, 1965) — Tofiq Tağızadənin filmi.
Mal Qrad adası
Mal Qrad və ya Maliqrad (alb. Qyteti i Vogël) — Tektokik göl olan Prespada yerləşən kiçik ada. Yunanıstan, Albaniya və Şimali Makedoniya ilə sərhəddə yaxın ərazidə yerləşir. Mal Qrad adası Prespa gölünün Albaniyaya aid hissəsində hündür bir platoda yerləşir. Sahəsi 5 hektardır. Qolen Qrad adasından sonra Prespa gölünün sahəsinə görə ikinci adasıdır. ada daimi əhaliyə sahib deyil Adada çoxlu sayda mağara vardır. Burada vəhşi heyvanlar yaşayır. Çömçəquyruğa bənzər quruluşa sahibdir. Bir hissəsi ağacla örtülmüşdür.
Mal bazarı qatili
Mal bazarı qatili — 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ağdam və Bərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır. == Hadisə == Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır. Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir.
Allie X
Allie X (əsl adı: Aleksandra Eşli Huys; 31 iyul 1985) — kanadalı müğənni, bəstəkar, vizual rəssam. Karyerasına 2000-ci illərin ortalarında Torontoda indi-pop sənətçisi kimi başlayıb, yerli qruplarla ifa edib və bir neçə albom buraxıb. Allie X 2013-cü ildə Los-Ancelesə köçdükdən sonra prodüserlər Cirkut və Billboard ilə işləməyə başlayıb. O, Allie X adı altında yayımlanan ilk sinqlı "Catch" ilə uğur qazanıb. Bu musiqi tənqidçiləri tərəfindən yaxşı qarşılanıb. Bu mahnı həmçinin pop müğənnisi Keti Perri sosial mediada onu "bahar mürəbbəsi" adlandırmasından sonra populyarlaşdı. Allie X 2015-ci ildə debüt mini-albomu olan "CollXtion I"-i buraxıb. 2017-ci ildə "CollXtion II" adlı debüt studiya albomunu təqdim edib. 2018-ci ildə dördüncü mini-albomu olan "Super Sunset"-i yayımlayıb. Onun ikinci studiya albomu, "Cape God", 21 fevral 2020-ci ildə işıq üzü görüb.
Malcolm X
Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz ; 19 may 1925[…], Omaha, Nebraska – 21 fevral 1965[…], Manhetten, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər. Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir.
Malkolm X
Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz ; 19 may 1925[…], Omaha, Nebraska – 21 fevral 1965[…], Manhetten, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər. Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir.
OS X
macOS — personal kompüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
X-23
İks-23 (ing. X-23) — Marvel Comics tərəfindən yaradılmış xəyali super qəhrəman. İlk dəfə 2004-cü ildə "X-Men: Evolution" çizgi filmində, daha sonra "NYX" komiksinin 3-cü buraxılışında peyda olmuşdur. Şimal porsuğu kimi yeni silah hazırlamaq məqsədiylə Martin Satter məşhur genetik Sara Kinniyə onun oxşarını (klonu) yaratmaqa dəvət edir. Nəticədə Y-xromosomunu xilas edə bilmədiyinə görə qadın oxşarını yaratdı. Əvəldən Zander Rays buna razı olmadı, amma Martindən razılıq alan Sara layihəni davam etdirdi. Daha sonra Rays bunu öyrəndikdən sonra onu cəzalandırmaq məqsədilə ona qulaq asmadığına görə uşaqın daşıyıcısı olmasına məcbur etdi. Bağlı qapıda yetiştirilən X-23 silah kimi istifadə etməyə hazırlayırdılar, amma Kinni əllindən qələn hər şeyi edirdiki o silah kimi yox, insan kimi yetişdirsin. Yeddi ildən sonra Zander Rays mutasiyanı gücləndirmək üçün şüalanmayaş, daha sonra isə onun caynaqlarını adamantiumla ortdü. Daha üç ildən sonra isə onu ilk tapşırıqına göndərdi — prezidentliyə namizəd olan Qreq Consonu öldürmək idi.
X-Files
Məxfi materiallar (ing. X-Files) – 1993-cü illərdə çəkilən populyar fantastik,dram,elmi-uydurma janrında olan seriallardır.Serialın çəkilməsi 1993-cı ildən başlanmış, 19 may 2017-ci ildə başa çatmışdır. Bu vaxt ərzində 202 seriya çəkilmişdir. Filmin ideyası,prodüserliyi Kris Karter -ə mənsubdur. Məxfi materiallar serialı ilk dəfə ABŞ-nin "Fox" Crime kanalında yayımlanmışdır. Ardınca digər ölkələrin bir çox kanallarında yayımlanmağa başladı.Türkiyede TGRT-den, Azerbaycanda 2001 ci illerde Ans tv de yayınlanmışdı. Həqiqət hardasa yaxındadır (ing. The Truth is Out There) Onlar baxırlar (ing. They’re watching) Heç kimə inanma (ing. Trust No One) Yalana inan (ing.
X-ONE
"X-ONE" (əvvəllər "X360") — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" və "Xbox One" üçün nəzərdə tutulmuş videooyun jurnalı. Jurnalda xəbərlər, önizləmələr, resenziyalar öz əksini tapırdı. "X360" adı ilə təsis edilən jurnal ilk növbədə, "Highbury Entertainment"in ləğv olunmuş "XBM" nəşrinə əlavə olaraq daxil edilmişdi, lakin "Xbox 360"ın satışa çıxarılmasından əvvəl, 2005-ci ilin oktyabrında aylıq jurnala çevrilmişdir. Bu, "Highbury Entertainment"in ən böyük buraxılışı idi və aşağı səviyyəli marketinq üçün 200 min funt sterlinqdən çox məbləğ xərclənmişdir. 2013-cü ilin oktyabrında "X360" jurnalının adı 104-cü nömrəsində "X-ONE" olaraq dəyişdirilmişdir. Jurnal 2015-ci ilin noyabr ayından nəşrini dayandırmışdır.
X-Play
X-Play, GameSpot TV və Extended Play — Video oyunlar haqqında televiziya proqramlarından biridir. Bu proqramın əsası Kaliforniya ştatında San-Fransisko şəhərində qoyulmuşdur. İllər keçdikcə proqramın adı dəyişilmişdir. Proqramın əsası 1998-ci ildə qoyulmuşdur.
X-hündürlük
x-hündürlük (ing. x-height, rus. x-высота) — poliqrafiyada: sətri (adi) hərflərin əsas hissəsinin hündürlüyü. x-hündürlük qiymətinə simvolların sətiraltı və sətirüstü elementlərinin ölçüləri daxil deyil. Adətən, hərflərin bir çoxunda uzun, yaxud qısa üst və alt çıxıntılar olduğundan, "x", yaxud "z" hərfinin hündürlüyü şriftin ölçüsü haqqında daha gerçək təsəvvür yaradır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
X.25
X.25 şəbəkələri — bu gün korporativ şəbəkələrin qurulması üçün istifadə olunan paket kommutasiyalı ən geniş yayılmış şəbəkələrdir. Bunun əsas səbəbi odur ki, uzun müddət X.25 şəbəkələri kommersiya tipli paket kommutasiyalı yeganə şəbəkə olub və şəbəkənin hazırlığı səviyyəsinə zəmanət verirdi. Bundan əlavə X.25 şəbəkələri etibarlı olmayan xətlərdə kanal və şəbəkə səviyyəsində səhvlərin aşkar edilməsi və korreksiyasını quran protokol hesabına yaxşı işləyir. X.25 – Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) paket kommutasiyalı şəbəkələrə erişməyin kommunikasiya protokolları üçün standartları müəyyənləşdirən tövsiyələri. Bu kommunikasiya protokolu verilənlərin paketlər şəklində elə təşkilini nəzərdə tutur ki, hər bir paketdə verilənləri göndərən və alanın idendifikatoru olur. Başqa sözlə, hər bir paketdə göndərən-kompüter və alan-kompüter haqqında informasiya olur.' X.25 şəbəkəsi yüksək sürətli ayrılmış kanala birləşən paketlərin kommutasiyası funksiyasını yerinə yetirən S (Switch)- kommutatorlarından ibarətdir. Asinxron start-stop terminalları (T) şəbəkəyə PAD qurğuları vasitəsilə qoşulurlar. Onlar daxili və ya uzaqlaşdırılmış ola bilər. Daxili PAD adətən kommutatorun (S) içərisində yerləşir. Terminallar daxili PAD qurğusuna asinxron modemlə telefon şəbəkəsi vasitəsilə birləşirlər.
X-effektivliyi
X-effektivliyi (ing. X-Efficiency ) — 1966-cı ildə amerikalı iqtisadçı Harvi Leybenşteyn tərəfindən təklif olunan iqtisadi agentin fəaliyyətinin effektivliyi konsepsiyası (nəzəriyyəsi), təşkilati təkmilləşdirmələri stimullaşdırmaq, işçilərin motivasiyasını artırmaq və digər daxili amillərlə müəyyən bir texnologiya ilə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq qabiliyyətini təmsil edir. təkmilləşdirmələr. 1966-cı ildə Harvi Leybenstaynin "Ayrılma Effektivliyi X-Effektivliyinə qarşı" məqaləsi nəşr olundu və burada ilk dəfə firma performansının yeni konsepsiyası təqdim edildi. X-effektivliyi — iqtisadi agentin (firmanın) təşkilati təkmilləşdirmələri stimullaşdırmaq, işçilərin və menecerlərin motivasiyasını artırmaq, işə qəbul və işdən azad etmək də daxil olmaqla geniş çeşidli biznes qərarlarının təkmilləşdirilməsi yolu ilə müəyyən bir texnologiya ilə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq bacarığı; yüksəlişlər, maaşlar və bonuslar, məkanın təşkili, mebel seçimi, telefonlar, parkinq yerləri və s. Mövcud resurslar dəsti və ən yaxşı texnologiya ilə mümkün olan maksimum məhsulu istehsal edən firmanın fəaliyyəti X-səmərəli adlanır. Əgər buna nail olunmursa, o zaman firmanın X-səmərəsizliyi var. Fərdlər və ya firmalar heç vaxt bacardıqları qədər yaxşı çıxış etmirlər. Məhsulun artımının mənbələrindən biri X-effektivliyin üç elementidir: daxili motivasiya səmərəliliyi, xarici motivasiya səmərəliliyi və qeyri-bazar resurslarının səmərəliliyi. Klassik bölüşdürmə (paylayıcı) səmərəliliyin konsepsiyasından fərqli olaraq, X-effektivliyi sistemdə resursların yenidən bölüşdürülmədiyi, lakin məhsulların istehsalı üçün verilmiş resurslar toplusunun istifadə edildiyi şərtləri nəzərə alır.
X xəstəliyi
X Xəstəliyi epidemiyaya və ya pandemiyaya səbəb ola bilən nəzəri naməlum patogenin adıdır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2018-ci ilin fevral ayında dərman və ya müalicə vasitələrinin təcili işlənib hazırlanmasını tələb edən patogenlər və xəstəliklərin siyahısı üçün qəbul edilmişdir. Beləliklə, belə bir təyinat ÜST tərəfindən planlaşdırmanın optimallaşdırılması və onun çevikliyi çərçivəsində yeni və naməlum patogenə təcili uyğunlaşa bilmək, peyvəndin və ya müalicənin hazırlanmasına sürətlə başlamaq üçün qəbul edilmişdir. 2015-ci ilin may ayında hipotetik pandemiyaya hazırlıq zamanı ÜST üzvləri virusun yayılmasının aşkarlanması ilə peyvəndlərin təsdiqi və inkişafı arasındakı vaxtı azaltmaq üçün vahid strategiya yaratmaq məqsədilə epidemiyanın qarşısının alınması üzrə tədqiqat və inkişaf üçün vahid plan və müalicələr təklif etdilər. Məqsəd epidemiyanın pandemiyaya və ya ictimai sağlamlıq fəlakətinə çevrilməməsi idi. Planın diqqəti çoxlu profilaktika variantlarının mövcud olacağı ən ciddi ortaya çıxan infeksiyalara yönəldilmişdir. Belə bir planın hazırlanması çərçivəsində siyahıları və planı tərtib etmək üçün ÜST-nin R&D Blueprint Elmi Məsləhət Qrupu yaradılmışdır. 2015-ci ildən ÜST hər il mümkün epidemiyalar zamanı əhalini qorumaq üçün müalicə və peyvəndin təcili axtarışını tələb edən 10-a qədər ən təhlükəli xəstəliyi nəşr etdirir. Üç il sonra, 2018-ci ilin fevralında, oxşar planın hazırlanması üçün Cenevrədə keçirilən illik toplantının bir hissəsi olaraq, gələcək pandemiya və epidemiyaların mümkünlüyünü qəbul edərək, "Xəstəlik X" terminini naməlum bir hipotetik patogenlərin geri qaytarılması kimi sadaladı. ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Faucinin sözlərinə görə, planlaşdırmanın bir hissəsi kimi naməlum hipotetik patogen üçün termin yaratmaq konsepsiyası ÜST-ə (və digər təşkilatlara) tədqiqatlarını xüsusi viruslar və ya ştammlar üzərində cəmləşdirməyə imkan verəcək.
X (film)
X (ing. X)— 2022-ci il ABŞ istehsalı sleşer filmi. Filmin rejissoru və ssenari müəllifi Tay Vestdir. Aktrisa Mia Qot həm gənc qız Maksini həm də qoca arvad Perli canlandırıb. Film 1970-ci illərdə pornoqrafik video çəkmək üçün Texasın ucqar kəndinə yollanan çəkiliş heyəti haqqındadır. Filmdəki yaşlı qadının hekayəsindən bəhs edən "Perl" filmi 16 sentyabr 2022-ci ildə buraxılıb. "X" filminin davamı olan "Maksin" üzərində işlər davam etməkdədir. Mia Goth — Maxine / Pearl Jenna Ortega — Lorraine Day Brittany Snow — Bobby-Lynne Parker Kid Cudi — Jackson Hole Martin Henderson — Wayne Gilroy Owen Campbell — RJ Nichols Stephen Ure — Howard Simon Prast — the televangelist James Gaylyn — Sheriff Dentler X — Internet Movie Database saytında.
X Frederik
X Frederik (Frederik Andre Henrik Kristian; 26 may 1968, Kopenhagen bələdiyyəsi[d], Kopenhagen) — Danimarka kralı. O, kraliça II Marqretenin 2024-cü il yanvarın 14-də taxt-tacdan əl çəkməsindən sonra taxta çıxıb.
X nəsli
X nəsli — X nəsli 1965–1980-ci illər arasında doğulmuş insanları əhatə edən əsas demoqrafik təsnifatdır. Bu təsnifata görə, bu illər arasında doğulan fərdlərin ümumi və güclü cəhətləri var. X nəsli sinfində olan fərdlərin ümumi xüsusiyyətləri nəslin xüsusiyyətləri hesab olunur. X nəslinin xüsusiyyətləri müxtəlif məlumatların, tədqiqatların və təhlillərin nəticələrinə əsasən müəyyən edilmişdir. Amerika Birləşmiş Ştatlarının siyahıyaalma bürosunun məlumatlarına görə, 2019-cu il etibarilə ABŞ-də X nəslindən 65,2 milyon insan yaşayır.
X (dəqiqləşdirmə)
X – hər hansı ədədi bildirən əvəzləyici. X (film) — 2022-ci il ABŞ istehsalı sleşer filmi.
X Corp.
X Corp. — 2023-cü ildə İlon Mask tərəfindən Twitter şirkətinin xələfi olaraq təsis edilən ABŞ texnologiya şirkəti. Maska aid olan X Holdings Corp-un tam mülkiyyətində olan törəmə şirkətdir. Şirkət sosial şəbəkə xidməti olan X-in (keçmiş adı ilə Twitter) sahibidir.
Tanki X
Tanki X (rus. Танки Онлайн) ― 2017-ci ildə AlternativaPlatform tərəfindən təqdim olunmuş "free-to-play" tipli çoxoyunçulu videooyundur. == Tarixi == "Tanki Online"-ın oyununun tərtibatçıları tərəfindən 2014-cü ildə oyunun "Tanki X" adlı yeni versiyasının hazırlanmasına başlandı. 2016-ci ilin sentyabrında beta sınaqlarına başlanılan "Tanki X" 2017-ci ilin 20 aprelində Steam-də təqdim olunmuşdur. Tanki Online ilə paralel olaraq mövcud olan Tanki X-də tərtibatçıların özünkü əvəzinə Unity oyun mühərrikindən istifadə olunmuşdur. 2019-cu ilin sonunda Tanki X-in bağlandığı elan edildi. Oyun 2020-ci ilin əvvəlində bağlandı, lakin bəzi xüsusiyyətlər Tanki Online-a köçürüldü. == Geympley == "Tanki X" xüsusiyyətlərinə görə "Tanki Online" oyununa bənzəyirdi. Oyunçular öz tanklarını müxtəlif qüllə və gövdə birləşmələrdən istifadə edərək fərdiləşdirmə imkanına malik idilər. Oyunda onların yarışa biləcəyi müxtəlif xəritələr və 3 oyun rejimi mövcud idi.
X-35
X-35 (rus. Х-35; NATO kod adı: AS-20 "Kayak") — Rusiya istehsalı olan turboreaktiv səssiz qanadlı raketdir. Vertolyot, gəmi və sahil müdafiə batareyalarından raket gücləndiricilərinin köməyi ilə buraxılan modeli Uran (SS-N-25 Switchblade) kimi tanınır. Ukrayna istehsalı olan R-360 Neptun gəmi əleyhinə qanadlı raketləri də, bu raketlərin əsasında yaradılmışdır. Raketin döyüş başlığı HE parçalanmalıdır. Döyüş başlığının çəkisi 145 kq təşkil edir. Qanad uzunluğu 133 sm, əməliyyat mənzili 130-300 km, kruiz hündürlüyü 10-15 m, maksimum sürəti 0.8-0.95 mach, hədəfə istiqamətlənmə sistemi inertial başlıqlı ARGS-35E X diapazonlu terminal aktiv radar şəbəkəsidir. == İstifadəçilər == === Cari istifadəçilər === Əlcəzair Hindistan İran Misir KXDR Rusiya – 112 X-35 (3M-24) Venesuela Vyetnam Ukrayna – X-35-in yeni versiyası olan R-360 Neptun === Baş tutmamış təklif === Azərbaycan – Bal sahil mühafizə kompleksinin satışı baş tutmamışdır. == İstinadlar == == Həmçinin bax == R-360 Neptun == Xarici keçidlər == Vikianbarda X-35 ilə əlaqəli mediafayllar var.