XANƏNİŞİN

sif. [ fars. ] Evdən bayıra çıxmayan, gününü evdə keçirən, daim evdə olan, adamlar arasına çıxmayan. Xanənişin adam.
□ Xanənişin etmək – birinə cəza olaraq evdən kənara çıxmağa, cəmiyyətə qarışmağa icazə verməmək, yaxud hər hansı bir səbəbə görə camaat arasına, evdən bayıra çıxa bilməməsinə səbəb olmaq.
[Qətibə xatun Səba xanıma:] [Qızıl Arslan] qazıları, ruhaniləri, əyanları və vəzirləri həbsə alır, sürgünə göndərir, xəlifə tərəfindən təsdiq edilən padşahı xanənişin edir(di). M.S.Ordubadi.

Xanənişin olmaq – hər hansı bir səbəbə görə gününü evdə keçirmək, evdən bayıra çıxa bilməmək, xarici aləmlə əlaqəni kəsmək.
[Gülsümün] atası da o qədər qocaldı ki, daha gözləri qüvvətdən düşüb, başmaq tikməyə qadir olmayıb xanənişin oldu. Ə.Haqverdiyev.
Xanənişin olmuş ( f.sif. ) Molla Qasım bir dəfə bir yığıncağa getmişdi. S.S.Axundov.

Синонимы

  • XANƏNİŞİN xanənişin bax guşənişin
XANƏNDƏLİK
XANGƏLDİ

Значение слова в других словарях