XANƏXƏRAB

sif. [ fars. ] klas. Bədbəxt, zavallı, yazıq, evi yıxılmış (adətən təəssüf, mərhəmət məqamında işlənir).
Düşdü əlimə bir gecə bir şişə şərab; Gətdim evə, sübh içim məni-xanəxərab. S.Ə.Şirvani.
Ər deyil, şair imiş xanəxərab; Fikri yazmaq, oxumaq, şüğlü kitab. M.Ə.Sabir.
Bu xanəxərab [arvad] neçə yaşındadır məyər? N.Vəzirov.

□ Xanəxərab etmək – bədbəxt etmək, evini yıxmaq.
Yox, yox, başına dönüm, a molla, məni xanəxərab edərsən. C.Məmmədquluzadə.

XANƏGAH
XANƏNDƏ

Значение слова в других словарях

взби́тый мара́ловый мышья́чный недоска́зываться перебинто́вывать перема́зовщина проже́кторный спу́тывать фигу́рно в аванга́рде великоду́шничать на́рочный обору́довать пласти́нчатый раку́шечниковый bantling expatriate façon de parler feoffer go-out ot- provost establishment брам-стеньга гусеничный коллоидальный