Milli xarakter
== Milli xarakter haqqında ==
Milli xarakter hər bir fərdin ilk öncə milli mənliyinə, şəxsiyyətinə sadiq qalaraq, dini dəyərləri üstün tutaraq, adət-ənənələrə, dövlətə, torpağa mənəvi dəyərlərə sadiqliyi hörməti fonunda formalaşan daxili insani keyfiyyətlərin zənginliyidir. Azərbaycanlıların milli xarakterində bir sıra modelləşmiş xüsusiyyətləri vardır ki, onları bu şəkildə qruplaşdırmaq olar:
ailəyə sadiqliq, namus-qeyrət, övladlara qayğı, atanay-anaya ehtiram
el-obaya, yurda (Vətənə) bağlılıq, qohum- qonşunun dərdinə, problemlərinə şərik olmaq (həm kədərini, həm də sevincini bölüşdürmək)
qoçaqlıq, mərdlik, qəhrəmanlıq, zülmə baş əyməmək, istilaya, müdaxiləyə müqavimət göstərmək (ancaq qonağa hörmət etmək)
adət-ənənəyə-qayda-qanuna, aösaqqal (böyük) sözünə qulaq asmaq, həddini aşmamaq
ürək genişliyi, səxavət, izafi mal-dövlət yığmamaq, kasıba kömək eləmək, son tikəsini ehtiyacı olanla bölmək
sevilib-sevilmək, məhəbbət yolunda ölümə belə getməkdən çəkinməmək və sevgisindən zövq almaq
dosta son dərəcə sədaqətli olmaq, hətta xəyanət və ya düşmənçilik gördükdə də ondan dərhal imtina etməmək
sadiq yol yoldaşlığı
fəxr etmək, qiymətləndirmək hissinin, nümunə götürmək marağının genişliyi
səfərə çıxmaq, gəzmək, yeni yerlər görmək həvəsi
düz danışmaq, səhvini boynuna almaq, "ən böyük biclik düzlükdür" məntiqilə yaşamaq
yaddaş mükəmməlliyi, "yeddi dönən"ini yaxşı tanımaq
== Ədəbiyyatda milli xarakter ==
Azərbaycan ədəbiyyatının yaratdığı böyük xarakterlər silsiləsi bu ədəbiyyatın milli xüsusiyyətlərinin əsas cizgilərini, onun inkişaf yolunu, əsri ənənələrini, başqa xalqların ədəbiyyatları ilə əlaqəsini, bir sözlə ideya-bədii nailiyyətlərini qabarıq şəkildə nümayiş etdirir. İstər klassik, istərsə də, müasir yazıçılarımızın əsərlərində yaradılan müsbət xarakterlər xalqın mənəvi, psixoloji aləmini öz bəşəri, humanist keyfiyyətləri ilə səciyyələndirir. Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Zakirin, Axudovun, Cəlil Məmmədquluzadənin, Vəzirovun, Sabirin, Nərimanovun estetik idealında, satirasında, tənqidlərinin arxasında görünən sənətkar mövqeyi müəyyən tarixi şəraitdəki milli xalq xarakterinin milli xalq idrakının təzahürüdür.