XAS

XAS(S)

ə. 1) xüsusi, əlahiddə, ayrıca; 2) bax xassə2 ; 3) məxsus, aid olan; 4) imtiyaz, üstünlük; 5) xüsusi, şəxsi.

XARZAR
XASİR
OBASTAN VİKİ
Ded Xasan
Aslan Rəşidoviç (Raşoyeviç) Usoyan (gürc. ასლან უსოიანი, rus. Асла́н Раши́дович Усоя́н; 28 fevral 1937, Tbilisi – 16 yanvar 2013, Moskva) — kürd və yezid əsilli SSRİ və Rusiya cinayətkarı. Usoyanın təsiri postsovet məkanına və bir çox Qərbi Avropa cinayət dünyasına yayılmışdır. "Ded Xasan" (rus. Дед Хасан, azərb. Həsən Baba‎) və "Deduşka" (rus. Дедушка, azərb. Baba‎) ləqəbləri ilə tanınır. Əməliyyat və media məlumatlarına görə, Ded Xasan — Qafqaz cinayətkar dəstələrinin lideri idi (xüsusilə "Tbilisi" və "Kürd" klanlarının), həmçinin də Rusiyanın ən güclü cinayətkar "avtoritetlərindən" və "qanuni oğrularından" biri idi.O Azərbaycan cinayət ailəminin şahı sayılan Lotu Quli adlı Nadir Səlifova ona sadiq olan idmançı Yapon ləqəbli Novruz Bayramovu onun bratvasina (qardaşlığına) verməsini istəyir.
Determinantın əsas xassələri
Determinant — çoxluq bir matris ilə bağlı xüsusi düzülüş. Bir A matrisin determinantı det(A) və ya det A şəklindədir. Determinant modul işarəsi tərkibində yazılır. 2 × 2 ölçülü matris halında determinant belə hesablanır: | A | = | a b c d | = a d − b c . {\displaystyle {\begin{aligned}|A|={\begin{vmatrix}a&b\\c&d\end{vmatrix}}=ad-bc.\end{aligned}}} Oxşar olaraq, 3 × 3 ölçülü A matrisinin determinantı: | A | = | a b c d e f g h i | = a | ◻ ◻ ◻ ◻ e f ◻ h i | − b | ◻ ◻ ◻ d ◻ f g ◻ i | + c | ◻ ◻ ◻ d e ◻ g h ◻ | = a | e f h i | − b | d f g i | + c | d e g h | = a e i + b f g + c d h − c e g − b d i − a f h . {\displaystyle {\begin{aligned}|A|={\begin{vmatrix}a&b&c\\d&e&f\\g&h&i\end{vmatrix}}=a\,{\begin{vmatrix}\Box &\Box &\Box \\\Box &e&f\\\Box &h&i\end{vmatrix}}-b\,{\begin{vmatrix}\Box &\Box &\Box \\d&\Box &f\\g&\Box &i\end{vmatrix}}+c\,{\begin{vmatrix}\Box &\Box &\Box \\d&e&\Box \\g&h&\Box \end{vmatrix}}&=a\,{\begin{vmatrix}e&f\\h&i\end{vmatrix}}-b\,{\begin{vmatrix}d&f\\g&i\end{vmatrix}}+c\,{\begin{vmatrix}d&e\\g&h\end{vmatrix}}\\&=aei+bfg+cdh-ceg-bdi-afh.\end{aligned}}} Bu hesablamada 2 × 2 ölçülü hər bir matrisin determinantı A matrisinin kiçik xətti matrisi adlanır. Bu prosedur oxşar şəkildə n × n ölçülü istənilən matris üçün tətbiq edilə bilər. Determinantın xassələri: Determinantda sətir və sütunların uyğun olaraq yerini dəyişsək, determinantın qiyməti dəyişməz. Buradan belə nəticəyə gəlmək olar ki, determinantda sətir və sütunlar eyni hüquludur. Determinantda iki sətrin (və yaxud sütunun) bir-birilə yerini dəyişsək determinantən ancaq işarəsi dəyişər.
Elməddin Xasayev
Elməddin Qoçu oğlu Xasayev (12 fevral 1980; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi sanitarı, İkinci Qarabağ müharibəsi şəhidi. Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirdi. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam elədi. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Elməddin Xasayev sentyabrın 27-də müharibənin birinci saatlarında Füzulinin azad edilməsi zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamil Xasiyev
Kamil Xasiyev — Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin keçmiş fövqəladə və səlahiyyətli səfiri. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 24 noyabr 2010 tarixli sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə Kamil Xasiyev Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.
Kommutativlik xassəsi
Kommutativlik - Binar əməliyyatın ödəyə biləcəyi xassədir. Əgər binar əməliyyat olaraq "vurma" götürsək onda, kommutativlik xassəsini belə yazmaq olar: a {\displaystyle a} b {\displaystyle b} = b {\displaystyle b} a {\displaystyle a} Kommutativlik yunanca qarışdırmaq deməkdir. Buna görə kommutativlik yerdəyişmə qanunu da adlandırırlar. Kommutativlik qanununa tabe olan əməliyyatlara ədədlərin toplanması və vurulmasını, çoxluqların birləşməsi və kəsişməsini, təkliflərin düzyunksiya və konyuksiyasını göstərmək olar. Kommutativlik qanununa tabe olmayan əməliyyatlara nümunə olaraq ədədlərin çıxılmasını və bölünməsini göstərmək olar. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Könül Xasıyeva
Konül Xasıyeva (17 mart 1968, Şəki) — Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın Xalq Artisti Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəki şəhərində anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsinin qalibi olmuşdur. 1981–1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986–1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur. Könül Xasıyeva 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.
Nadir Xasiyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Nadir Xasıyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Nüsrətəddin Xassbəy
Nüsrətəddin Xassbəy Arslan Abe (?—1174) — Ağsonquri hökmdarı [1133/34—1174], Marağa hakimi Ağsonqurun oğlu. 1161/62 ildə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldəgəzlərin tabeliyindən qurtarmaq maqsədi ilə Nüsrətəddin Xassbəy mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və atabəyi olduqu Səlcuq şahzadəsi Mahmudun sultan elan olunmasına çalışırdı. Məhz buna görə də Marağaya hücuma keçən Eldəgəzlər Nüsrətəddin Xassbəyi hakimiyyətdən uzaqlaşdırıb, yerinə oğlu Əlaəddin Körpə Arslanı təyin etdilər.
Polimerlərin xassələri
Polimerlər yunanca "poli" – cox, "meros" – hissəcik deməkdir — çoxlu sayda təkrarlanan hissəciklərdən ibarət olan yüksəkmolekullu birləşmələrdir. Polimerləri təşkil edən bu hissəciklər elementar quruluş vahidləri adlandırılır. Bu elementar quruluş vahidlərinə müvafiq gələn, polimerlərin sintez edilməsi üçün sərf edilən ən azı bifunksional maddələrə və ya polimeri təşkil edən hər bir zərrəciyə monomerlər deyilir. Polimerlər öz xassələrinə görə alındıqları monomerlərdən kəskin fərqlənir. Bu isə polimerlərə müstəqil maddələr kimi baxmağa imkan verir. Polimerlər bərk və maye aqreqat hallarında olur. Kiçik molekullu birləşmələrdən fərqli olaraq onlar qaz halında olmurlar. Buna səbəb böyük molyar kütləyə malik makromelekullar arasında çoxlu sayda qarşılıqlı cazibə qüvvələrinin olmasıdır. Makromolekulları bir-birindən ayırmaq üçün polimeri çox yüksək temperatura qədər qızdırmaq tələb olunur. Bu temperatura davam gətirməyən polimer qaynama temperaturuna çatmamış parçalanır, yəni destruksiyaya uğrayır.
Qoşaqışlaq-i Xasayi (Biləsuvar)
Qoşaqışlaq-i Xasayi (fars. قوشاقشلاق خاصاي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 14 nəfər yaşayır (4 ailə).
Rauf Xasayev
Xasayev Rauf Murtuzəli oğlu - texnika elmləri doktoru, professor Xasayev Rauf Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mexanika fakültəsini fərqlənmə ilə bitirdikdən sonra, "Azərdənizneftkəşfiyyatı" trestində qazıma briqadasında fəhlə, qazmaçı köməkçisi və qazıma işləri idarəsində baş mühəndis işləmişdir. 1958-1960-cı illərdə Azərbaycan BK LKSM-də təlimatçı və şöbə müdiri olmuşdur. 1960-1967-ci illərdə Neft Sənayesi Nazirliyi "Xəzərdənizneftkəşfiyyat" qazıma işləri idarəsində istehsalat-texniki idarəsinin rəisi olmuşdur. 1964-1965-ci illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunun aspirantı olub. 1965-cı ildə "Yuyucu qazıma məhlullarının hərəkəti zamanı hidravlik itkilərin tədqiqi və quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-1969-cu illərdə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında baş müəllim, AzNKİ-nun "Neft və qaz yataqlarının işlənilməsi" kafedrasında dosent kimi çalışıb. 1969-1989-cu illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunda laboratoriya rəhbəri, 1989-cu ildə isə elmi işlər üzrə direktor müavini işləyibdir. 1986-cı ildə "İstilikqazohidrodinamika, yuyucu məhlullar problemlərinin tədqiqi və quyuların salınması prosesindəki mürəkkəbləşmələrlə mübarizə üsullarının işlənilməsi üçün ölçülərin işlənilməsində tətbiq edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1991-1996-cı illərdə "Əməyin və ətraf mühitin mühafizəsi", "Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedralarının rəhbəri, 1996-1999-cu illərdə isə AzPİ-nun kafedrasında professor olmuşdur.
Xasa Vəliyev
Vəliyeva Xasa Cahangir qızı (1909, Şərur-Dərələyəz qəzası – 2 iyun 1984, İliç rayonu) – əmək qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1949). 1909-cu ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. Əmək fəaliyyətinə başladığı vaxtdan kolxozçu, 1958-ci ildən manqa başçısı işləmişdir. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1984-cü il iyun ayının 2-də vəfat etmişdir. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi.
Xasabad (Üskü)
Xasabad (fars. خاص اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.252 nəfər yaşayır (344 ailə).
Xasabağ
Hacıməlik (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əli Bayramlı inzibati ərazi vahidinin Əzizbəyov kəndi və Quşqara kənd inzibati ərazi vahidinin Xasobağ qəsəbəsi vahid yaşayış məntəqəsi kimi şəhər tipli qəsəbə kateqoriyasına aid edilmiş, şəhər tipli Əzizbəyov qəsəbəsi mərkəz olmaqla Əzizbəyov qəsəbə ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə, Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Hacıməlik qəsəbəsini təşkil edən keçmiş Xasabağ qəsəbəsi Gəncə şəhəri yaxınlığında yerləşir. Qəsəbəni 1960-cı illərdə Nizami adına sovxozun üçüncu Şöbəsi yanında vaxtilə Gürcüstandan Orta Asyaya surgun edilmiş və sonralar Azərbaycana gəlib burada məskunlaşmış türklər Xasabağı adlı ərazidə salmışlar. Yerli əhalinin məlumatına görə, Xasa buradakı bağın sahibinin adı olmuşdur. Oykonim "Xasanın bağı" mənasındadır.
Xasadarlı
Xasadarlı (İraq)
Xasadarlı (Goranboy)
Xasadarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati-ərazi vahidinin Xasadarlı kəndi Səmədabad kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Tədqiqatçılara görə, oykonimin əsli Xasadərəli olmalıdır. Onların fikrincə, xasa (Azərbaycan dilinin bəzi dialektlərində "yaşıllıq, göylük" mənasında işlənir) və dərə komponentlərindən düzəlmiş bu oykonim "yaşıl dərə" mənasındadır. Lakin eyni zamanda, dialektlərimizdə "çirkli, bulanıq" mənasında həsə sözü də işlənir ki, bu da Xəsədərəli (Həsədərəli) toponiminin Qarasuçay dərəsi coğrafi adı ilə eyni mənanı daşıdığını söyləməyə əsas verir. Kənd Qarasuçayın dərəsində, Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 255 nəfər əhali yaşayır.
Xasadarlı (İraq)
Xasadarlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd. Əhalisinin 90%-dən çoxunu etnik türkmanlar, qalan qismini isə kürdlər təşkil edir.
Xasan gölü
Xasan gölü — Rusiya Federasiyasının Primorsk diyarı ərazisində elədə böyük olmayan şirinsulu göl. Vladivostokdan 130 km cənub-qərbdə Çinlə sərhəddən bir qədər aralıda, Poset körfəzindən cənub-şərdə yerləşir. Xasan rayonunda olan dörd gölfdən biridir ki, burada şanagüllə bitir. Gölün sahəsi 2,23 km², su toplayıcı sahəsi isə 6,68 km²dir. Gölün adı dünya tarixinə SSRİ və Yaponiya arasında baş vermiş Xasangöl döyüşü ilə əlaqəli düşmüşdür. Bununla əlaqədar Rusiyada bir çox adlar meydana gəmişdir. Sankt-Peterburq — Xasanskaya küçəsi. Omsk — «Xasan gölü» küçəsi. Perm — «Xasan qəhrəmanları» küçəsi.
Xasaqa
Xasavyurd
Xasavyurd (qum. Хасав-юрт, rus. Хасавюрт, 1847-ci ilə kimi Yarıqsu, qum. Yarıqsuw, Ярыкъсув, rus. Ярыксув) — Rusiyada şəhər, Dağıstanın Xasavyurd rayonun inzibati mərkəzi. Şəhərdə eyniadlı dəmiryol stansiyası vardır.
Xasavyurd rayonu
Xasavyurd rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Rayonun sahəsi 1.425 km², inzibati mərkəzi Xasavyurd şəhəridir. Rayonun əhalisi 149.293 nəfərdir (2015-ci il).
Xasavyurt
Xasavyurd (qum. Хасав-юрт, rus. Хасавюрт, 1847-ci ilə kimi Yarıqsu, qum. Yarıqsuw, Ярыкъсув, rus. Ярыксув) — Rusiyada şəhər, Dağıstanın Xasavyurd rayonun inzibati mərkəzi. Şəhərdə eyniadlı dəmiryol stansiyası vardır.
Xasavyurt müqaviləsi
Xasavyurt müqaviləsi — Rusiya Federasiyası federal hökumətinin nümayəndələri və Çeçen İçkeriya Respublikası rəhbərliyinin 31 avqust 1996-cı il tarixli birgə imzaladığı müqavilə. Müqavilə Rusiya Federasiyası və Çeçenistan Respublikası qarşılıqlı əlaqələrin prinsiplərini özündə əks etdirir. Xasavyurt müqaviləsinin imzalanmasından sonra Çeçenistan ərazisində hərbi əməliyyatlar dayandırılır və Birinci Çeçenistan müharibəsi başa çatır. Müqavilə 1996-cı ilin avqustunda Qroznı, Arqun, Qudermes şəhərləri üzərində nəzarəti quran Çeçenistan İçkeriya Respublikasının silahlı birləşmələrinin uğurlu "Cihad" hərbi əməliyyatı fonunda imzalanmışdır. Federal qoşunların maddi, texniki dəstəyi və hərəkətlərinin kifayət qədər yaxşı təşkil edilməməsi müqaviləyə rəvac verir. Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Lev Roxlinin fikrincə, problemi hərbi yolla həll etmək cəhdinin özü səhv addım idi. Sənədi imzalayanlar (imzalanma zamanı tutulan vəzifələr):Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aslan Masxadov (Çeçenistanın İçkeriya Respublikasının Prezidenti vəzifəsini icra edən Zəlimxan Yandarbiyev adından) və Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibi Aleksandr Lebed (Rusiya Prezidenti Boris Yeltsin adından). Bundan əlavə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Sergey Xarlamov və İçkeriya Çeçenistan Respublikasınin vitse-prezidenti Said-Xasan Abumuslimov da müqavilələr imzaladılar. 22 avqust 1996-cı il tarixli Qroznı şəhərində və Çeçenistan Respublikasının ərazisindəki atəşkəs və hərbi əməliyyatların təxirəsalınmaz tədbirləri haqqında sazişdən fərqli olaraq, imzalayanların adlarının soyadları və baş hərfləri vəzifələr göstərilmədən verilir. İmza atanlar Aleksadr Lebed və Aslan Maxhadov göstərilir.
Xasay Hacıyev
Xasay Məmmədhəsən oğlu Hacıyev (1902, Bakı – Bakı) — mühəndis, dövlət xadimi. Xasay Məmmədhəsən oğlu Hacıyev 1902-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Gimnaziyada təhsil almış, Moskva Universitetini bitirmişdir. Universiteti mühəndis kimi bitirən Xasay bəy Hacıyev uzun müddət rabitə sistenmində işləmişdir. Azərbaycan SSR Rabitə Nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır.

Значение слова в других словарях