XE

“X” хафунин тӀвар.
XAYIR
XEYİR
OBASTAN VİKİ
Am- xe
Am- xe — Misir mifologiyasında Am-he, yeraltı dünyasından olan kiçik bir tanrı idi. Adı "milyonları yeyən" və ya "əbədiliyi yeyən" deməkdir. O, odlu göldə yaşayan, başı ov iti başına oxşayan adam kimi təsvir edilmişdir. O, bəzən ilahi cəzanın təcəssümü olan Ammitin bir tərəfi kimi görünür. Am-xe ancaq tanrı Atum tərəfindən dəf edilə bilərdi.
Xe (hərf)
Խ, խ (Adı: xe, erm. խէ) — erməni əlifbasının 13-cü hərfi. Transkripsiya "x". Tələffüzü "X". Rəqəm işarəsi "40". Mesrop Maştots tərəfindən 405-406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Xe Pinpin
Xe Pinpin (13 iyul 1988, Huade[d], Daxili Monqolustan Muxtar Rayonu – 13 mart 2010, Roma) — 2009-cu ildə onun adı dünyanın ən balacaboy kişisi kimi "Ginnesin Rekordlar Kitabı"na salınıb. Hazırda Pinpinin 22 yaşı var və onun boyu 73 santimetrdir. O, doğulandan bəri çəkisini cəmi 6,5 kiloqram artıra bilib – doğulanda çəkisi 500 qram olan Xe Pinpin hazırda 7 kiloqramdır. Həkimlər güman edirlər ki, Pinpinin anomal inkişafının səbəbi skeletin inkişafını gecikdirən nadir xəstəlikdədir. Xe Çinin Daxili Monqolustan muxtar regionunda məşhur olub. Amma qohumları qərara gəliblər ki, onu bütün dünya tanımalıdır. Bunun üçün onlar "Ginnesin Rekordlar Kitabı"nın mütəxəssislərinə müraciət ediblər. Artıq bütün dünyada məşhur olan Xe Pinpin "ulduz xəstəliyi"nə tutulmayıb. O, əvvəlki kimi kafedə işləyir və fasilələr zamanı hansısa stolun altında dincəlir.
Çjen Xe
Çjen Xe (1371[…], Kunminq[d], Yuan – 1433[…] və ya 1435, Nankin, Min sülaləsi) — Çin səyyahı, dənizçi və diplomatı, Min imperatorları tərəfindən Hind-Çin, Hindistan, Ərəbistan yarımadası və Şərqi Afrikaya göndərilmiş Yeddi böyük ekspedisiyaya rəhbərlik etmiş şəxs. Fərdi Çin gəmiləri hələ Sun İmperiyası zamanından Cənubi Çinlə Cənub-Şərqi Asiya ölkələri arasında səfər etsələr, Yuan İmperiyası zamanında isə hətta Cənub Şərqi Asiya və Şri-Lankaya hərbi ekspedisiyalar göndərilsə də, Çjen Xenin ekspedisiyasının miqyası da, imperator Çju Dinin ona verdiyi qiymət də əvvəlkilərdən fərqlənirdi. Bu ekspedisiyalar qısa müddət ərzində belə olsa, Malay yarımadası, Cənubi Hindistan, İndoneziya və Şri-Lankadakı dövlətləri Min İmperiyasının vassalına çevirmiş, Hind Okeanı sahilində yaşayan xalqlarla bağlı Çində mövcud olan məlumatları zənginləşdirmişdi. Belə qəbul edilir ki, Çjen Xenin ekspedisiyası Malay yarımadası, yava və Sumatranın tarixi inkişafına xeyli töfhə vermiş, çinlilərin bu ərazilərə miqrasiyası və orada Çin mədəniyyətinin rövnəqlənməsinə yardım etmişdi. Hətta Çjen Xenin əsas himayədarı olan imperatorun Çju Dinin dövründə də bu ekspedisiyalar Çinin konfusionist elitası tərəfindən sərt tənqid edilirdi. Onlar irəli sürürdülər ki, bu səfərlər lazımsız və çox məsrəfli imperator şıltaqlığıdır. Çjen Xenin və imperator Çju Çjanzinin (Çju Dinin nəvəsi) olümlərindən sonra bu təcrid fikirləri yüksək dairələrdə rəğbət qazandı. Nəticədə dəniz ekspedisiyaları dayandırıldı, donanmaya aid olan texniki məlumatlar məhv edildi və ya unuduldu. XVII–XVIII əsrlərdə tərtib edilmiş rəsmi Min Tarixi bu səfərlərə çox tənqidi mövqedən yanaşır, lakin Çindəki bir çox insanlar, xüsusilə də Cənub-Şərqi Asiyada yerləşən Çin diasporası üzvləri bu xədim dənizçiyə qəhrəman kimi baxırdılar. XX əsrin əvvəllərindən etibarən, Çində yadellillərə qarşı mübarizə əsnasında ortaya çıxan vətənpərvərlik dalğası zəminində Çjen Xenin obrazı yeni populyarlıq qazandı.
Gecəniz xeyrə qalsın, uşaqlar! (veriliş, 1964)
"Gecəniz xeyrə qalsın, uşaqlar!" (rus. Спокойной ночи, малыши!) — 1964-cü il sentyabrın 1-dən yayımlanan SSRİ və Rusiya uşaq verilişi. == İstinadlar == == Xarici keçidlər == Gecəniz xeyrə qalsın, uşaqlar!
Georq de Xeveşi
Georq de Xeveşi- (alm. Georg Karl von Hevesy‎, 1 avqust 1885[…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 5 iyul 1966[…], Frayburq-im-Braysqau, Qərbi Almaniya) Nobel mükafatı laureatı olan macar alim. Hollandiyalı alim Dirk Koster ilə birlikdə Hafnium kimyəvi elementini kəşf etmişdir. == Həyatı == Georq de Xeveşi 1885-ci ilin avqustun 1-də Budapeştdə anadan olmuşdur. 1908-ci ildə Budapeşt universitetini bitirmişdir. Sonra mühəndis-kimyaçı olmaq qərarına gələn Xeveşi Berlin texnologiya universitetində təhsilini davam etdirir və bundan sonra Almaniyanın cənubunda yerləşən Frayburq universitetində oxuyur və burada fiziki kimya onun əsas fənni olur. 1908-ci ildə ərimiş natrium hidroksid ilə metallik natriumun qarşılıqlı təsirinə həsr olunmuş dissertasiya işini müdafiə edərək doktorluq dərəcəsi alır. O, 1911-1913-cü illərdə Sürix universitetində, Karlsruedə Ali texniki məktəbdə F. Qaberin laboratoriyasında, Mançester universitetində E. Rezerfordun yanında işləmişdir. 1913-cü ildə isə Vyanada Radium institutunda F.A. Panetin yanında çalışmışdır. Georq de Xeveşi Birinci Dünya Müharibəsi zamanı Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.
Gültəpə-i Xeyrabad (Miyanə)
Gültəpə-i Xeyrabad (fars. گل تپه خيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (29 ailə).
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti — 1904–1919-cu illərdə fəaliyyət göstərmiş qeyri-hökumət humanitar qurumu. == Haqqında == Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə qubernatoru tərəfindən təsdiq edilmişdi. == İdarəetmə == Cəmiyyət İdarə Heyəti və ümumi iclas tərəfindən idarə olunurdu. Nizamnaməyə görə, idarə heyəti sədr, onun müavini, xəzinədar, katib və cəmiyyət üzvləri sırasından ümumi iclasda bir il müddətinə seçilən 3 üzvdən ibarət idi. Cəmiyyətin 4 nəfər ömürlük-fəxri üzvü vardı. 1914-cü ildən 1919-cu ilə kimi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi: Nəzarət-Təftiş Komissiyası: Cəmiyyətin fəxri üzvləri (ömürlük üzvlər ayda 200 manat, digər üzvlər 20 manat üzvlük haqqı ödəyirdilər): Sadəcə üzvlər (ayda 5 manat üzvlük haqqı ödəyirdilər): == Faəliyyət == Nizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının Rusiya və onun hüdudları xaricindəki orta və ali təhsil müəssisələrinə daxil olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi. Cəmiyyətin vəsaiti üzvlük haqlarından, habelə şəhər sakinlərinin köçürdüyü ianələrdən, cəmiyyətin təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və rəqs gecələrindən və s.-dən əldə edilən gəlirlərdən ibarət idi. Xeyriyyə məqsədilə keçirilən hər bir konsert və ya digər tədbir üçün əvvəlcədən Gəncə qubernatorundan icazə alınmalı idi. Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi.
Hidayət xeyriyyə cəmiyyəti
Hidayət xeyriyyə cəmiyyəti - əsas məqsədi qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmə qarşı çıxmaq olan cəmiyyət. 1904-cü ildə yaradılan cəmiyyətin idarə heyətində Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri olub. Cəmiyyətin üzvləri daima öz fikirlərinə və əməllərinə görə cinayətkarlar və dini radikallar tərəfindən təqiblərə məruz qalıblar. == Haqqında == Hidayət Xeyriyyə Cəmiyyəti 1904-cü ildə Bakıda yaradılıb. Cəmiyyətin yaradıcıları əsasən ruhanilər və ziyalılar idi. Onların əsas məqsədi Bakıda insanları narahat edən qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmin qarşısını almaq olub. Camaatı incidən, küçələrdə qadınları təhqir edən şəxslər cəmiyyətin üzvləri tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Hidayət Xeyriyyə Cəmiyyətinin on nəfərdən ibarət idarə heyəti var idi. Bunlar Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mir Məhəmməd Kərim, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri idilər. Cəmiyyətin nizamnaməsini Əhməd bəy Ağaoğlu yazıb.
Həsən Xeyrullah Əfəndi
Həsən Xeyrullah Əfəndi (1834, Konstantinopol – 1898, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı alimi və şeyxülislamı. Sultan Əbdüləzizin imamlarından olduğu üçün İmam-ı sultani olaraq anılır. == Həyatı == Təxminən 1834-cü ildə İstanbulda dünyaya gəldi. Əsl adı Həsən Xeyrullah olub, Kasımpaşalı Osman Əfəndinin nəvəsi və tərsanədə çalışan Həmdullah Əfəndinin oğludur. İlk dini təhsilini Hacı Hafiz Əhməd Əfəndi və Əyinli Mehmed Qasım Əfəndidən aldı. Səsinin gözəlliyi və Quran-ı Kərimi səlis oxuması səbəbilə qısa zamanda digərlərindən seçildi və saraya alındı. Sultan Əbdülməcid dönəmində 9 il boyunca ikinci imam olaraq xidmət etmiş, 1861-ci ildə Sultan Əbdüləzizin cülusundan sonra isə Hacı Mehmed Şükrü Əfəndinin yerinə birinci imam (imam-ı sultani) olaraq təyin edilmişdir. Sultan Əbdüləzizin Bursa səyahətinə qatıldı, Gəmlik və Molava qəzalarının mülkləri ona hədiyyə edildi. Bir müddət sonra İstanbul qazılığına, 6 oktyabr 1861-ci ildə isə Anadolu qazəsgərliyinə namizəd göstərildi. Sultan Əbdüləzizin Avropa səyahətinə imam-ı sultani ünvanıyla qatıldı və bu səyahəti əsnasında Fransa kralı III Napaleon tərəfindən qiymətli daşlarla bəzəli tütün qabı hədiyyə edildi.
III Xentakaves
III Xentakaves və ya III Xentkaus Beşinci sülalə dövründə yaşamış qədim Misir kraliçasıdır. Onun firon Neferefranın arvadı və firon Menkauhorun anası olduğu ehtimal edilir. 4 yanvar 2015-ci ildə Misir hökuməti çex arxeoloqlar tərəfindən onun sərdabəsinin aşkar edilməsini elan etdi. Misirin Qədim Əsərlər Naziri Məmduh Eldamatiyə görə sərdabənin aşkar edilməsinə qədər III Xentakavesin müvcudluğu bilinmirdi. Bundan əvvəl eyni ada sahib iki kraliça təyin edilmişdi. == Sərdabəsi == III Xentakavesin sərdabəsi (AC 30 olaraq işarə edilib) Neferefranın da daxil olduğu Beşinci sülalənin fironlarına həsr olunmuş bir çox piramidaların daxil olduğu yerdə - Abusirdə tapılıb. Sərdabə Neferefranın məzar kompleksinin yaxınlığında Praqanın Çarlz Universitetindən Miroslav Bartanın rəhbərlik etdiyi çex arxeoloqları tərəfindən misirlilərlə əməkdaşlıq edilərək tapılıb. Xentakavesin adı və titulu böyük ehtimalla sərdabəni tikənlər tərəfindən sərdabənin daxili divarlarında qeyd edilib. Onun dəfn yeri mastabadır. Çünki aradakı şaquli sütundan keçməklə yerın altındakı dəfn otağına keçmək mümkündür.
Jurinea xeranthemoides
Jurinea xeranthemoides (lat. Jurinea xeranthemoides) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Jurinea xerophytica
Jurinea xerophytica (lat. Jurinea xerophytica) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universiteti
K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universiteti — Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində ali təhsil müəssisəsi. == Tarixi == Terek Xalq Maarif İnstitutu 1920-ci il avqustun 21-də açılmışdır. İnstitut Vladiqafqazın Marinskaya küçəsindəki keçmiş Olginskaya qadın gimnaziyasının binasında yerləşirdi. Georgi Kesayev institutun ilk direktoru olmuşdu. İnstitut iki fakültə tərkibində fəaliyyətə başlamışdır: ictimai tarix və fizika-riyaziyyat. Fakültələr dörd şöbədən ibarət idi. Birinci və ikinci səviyyəli eksperimental nümayiş məktəbləri, ictimai-tarixi, qafqazşünaslıq, fiziki, təbii-coğrafi, əmək üzrə kurs otaqları da açıldı. Şimali Qafqazın dağlıları arasında ilk professor, dilçi Boris Alborov institutun ikinci direktoru təyin edildi. 1921-ci ildə Terek rayonu Dağlılar Muxtar Sovet Sosialist Respublikasına çevrildi. Bu münasibətlə universitetə ​​Dağlılar Pedaqoji İnstitutu adı verildi.
Kaa-Xemsk kojuunu
Kaa-Xemsk kojuunu — Tıva Respublikasında şəhər tipli qəsəbədir. İnzibati mərkəzi Qızılski rayonudur. 2010-cu ildə həyata keçirilən əhali siyahıyaalınmasının nəticəsi onu göstərirdi ki, bu qəsəbənin əhalisi 150044 nəfər idi. Qəsəbə 1975-ci ildə bir sənaye müəssisəsinin açılması nəticəsində salınmışdır.
Karlos Slim Xel
Karlos Slim Elu (28 yanvar 1940, Mexiko) — livan əsilli meksikalı biznesmen. == Həyatı == Karlos Slim Elu 28 yanvar 1940-cı ildə livan əsilli meksikalı biznesmen Karlos Slim Elu (Carlos Slim Helu) anadan olmuşdur. "Forbes" jurnalının 2010-cu il üçün olan statistik verilənlərinə görə o, dünyanın ən varlı 100 şəxsi arasında birinci yeri tutmuşdur. Latın Amerikasının ən varlı şəxsi olan Elu öz sərvətini "Teléfonos de México", "Altria Group", "Telcel" və "América Móvil" kimi rabitə şirkətlərində işləyərək əldə etmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Kosta Xetaqurov
Kosta Levanoviç Xetaqurov (15 oktyabr 1859 - 1 aprel 1906) — osetin şairi, dramaturqu, publisisti, rəssamı. Osetin ədəbiyyatının banisi. == Həyatı == Kosta Xetaqurov 15 oktyabr 1859 -cu ildə Nar aulunda çar zabiti Levan Elizbaroviç Xetaqurovun ailəsində anadan olmuşdu. Anasını çox erkən yaşlarında itirmiş, ögey anasının yanında təlim-tərbiyə almışdı. Kosta Xetaqurov 1 aprel 1906-cı ildə vəfat edib. == Yaradıcılığı == == Əsərləri == «Osetin lirası» (Ирон фæндыр) toplusu Məhkəmə önündə (poema) Fatima (poema) Ağlayan qayalar (poema) Xetaq (poema) Tur ovu (povest) Dünya (pyes) Şəxs (etnoqrafik oçerk) «Bəli, mən qocayam…» (1886) «Bəli, mən onu sevirəm…» (1889) == Ədəbiyyat == Полное собрание сочинений Хетагурова, 1951 год — Госиздат СО АССР. Габараев С. Ш. Мировоззрение Коста Хетагурова. — М.: Соцэкгиз, 1959. — 244 с. Джатиев Тотырбек, Либединская Лидия. За вас отдам я жизнь: Повесть о Коста Хетагурове.
Luis Xerardo Mendes
Luis Xerardo Mendes (isp. Luis Gerardo Méndez; doğ. 12 mart 1982) - Meksikalı teatr, kino aktyoru və prodüser. Luis "Qaraçılar" teleserialında və "Biz zadəganlarıq" (isp. Nosotros los nobles) filmində Xavyer rolu ilə məşhurlaşmışdı. == Bioqrafiya == Aquaskalientes adlı kiçik provinsial şəhərində anadan olmuş Luis, hələ yeniyetmə yaşlarında televizayada işləmək qərarına gəlir və buna görə də o 20 yaşı tamam olan kimi Mexiko şəhərinə köçür və 2003-cü ildən 2005-ci ilə qədər burada yerləşən ən prestijli "Kasa Azul" tədris mərkəzində təhsil almağa başlayır. Gənc olmasına baxmayaraq, o tezliklə öz nəslinin ən hərtərəfli aktyorlarından birinə çevrilir, o həmçinin öz aktyor rezümesinə diqqətçəkici film, teatr və televiziyada çoxsaylı ifalarını daxil etməyi bacarır. Kinoda o rejissor Qustavo Lozanın "Ailənin dostu", rejissor Volter Donerin "Qarşıdan keçən" filmində çəkilmişdir. Lakin onun "Biz zadəganlarıq" filmində göstərdiyi mükəmməl performans, onun ictimaiyyət tərəfindən qəbul olunmasına səbəb olmuşdu. Həmin film "Ən yaxşı kişi rolu" kateqoriyası üzrə Ariel nominasiyasına layiq görülmüşdü.
Malik Xeyirbəyov
Marike van de Xem
Marike van de Xem (21 yanvar 1983) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Marike van de Xem, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Mehmet Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Mehmet Xeyri Tərxan
Mehmet Xeyri Tərxan (türk. Mehmet Hayri Tarhan) (d. 1880 – ö. 11 noyabr 1934, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1899-ci ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ildə kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ilin 21 iyununda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 30 avqust 1929-cu ildə general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur.
Merefo-Xerson körpüsü
Merefo-Xerson körpüsü — Ukraynanın Dnepr şəhərində Dnepr çayı üzərindəki dəmir yolu körpüsü. Şəhərin ikinci ən köhnə körpüsüdür. Bədii ekspresivliyi, görkəmli texniki keyfiyyətləri, zamanla sınaqdan keçirildiyi üçün memarlıq abidəsi kimi dövlət qorumasına alınmışdır. İnşa edildiyi dövrdə Avropadakı ən uzun dəmir-beton tağlı körpü olmuşdur. Layihəsi 1912-ci ildə hazırlanmış, körpünün inşası 1914-1916-cı illərdə həyata keçirilmişdir. Akademik Q. Perederi tərəfindən dizayn edilmiş metal bir körpünün 22 dayağı quraşdırılır, lakin aralıqların inşasına başlamağa vaxt olmur. Körpünün inşası 1917-ci il inqilabı ilə dayanır və yalnız 1929-cu ildə inşasını başa çatdırmaq qərarı nəhayət yetişir. O zaman gediş-gəliş üçün açıq olan Lotsmanskaya - Apostolovo dəmir yolu xəttini sol sahil ilə birləşdirmək lazım dəlir. Yeni körpü layihəsinin müəllifi N. Kolokov olur. Baş inşaat mühəndisi dəmir yolu körpülərinin tikintisinə texniki nəzarət etdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmiş Sovet mühəndisi Makar Aleksandroviç Kienya olmuşdur.
Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Məhməd Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Məhməd Xeyri Tərxan
Mehmet Xeyri Tərxan (türk. Mehmet Hayri Tarhan) (d. 1880 – ö. 11 noyabr 1934, Ankara, Türkiyə) — Türk əsgəri. 1899-ci ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ildə kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ilin 21 iyununda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 30 avqust 1929-cu ildə general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur.
Məmməd Xeyirov
Məmməd Bəy oğlu Xeyirov (1925, Susayqışlaq kəndi, Xaçmaz rayonu, Azərbaycan SSR – 2008, Bakı şəhəri, Azərbaycan) — görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru (1975), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) müxbir üzvü. Məmməd Xeyirov 1925-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini fizika ixtisası üzrə bitirmişdir. 1964-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1975-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. O, 1941–1944-cü illərdə Xaçmaz rayon orta məktəbində fizika və riyaziyyat fənlərindən dərs demişdir. 1949–1951-ci illərdə Azərbaycan Dövlət Universietinin Rentgen-struktur analiz laboratoriyasında laborant, baş laborant və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1951–1957-ci illərdə Bakı Rabitə Elektrotexnikumunda fizika və riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. M.Xeyirov elmi fəaliyyətə 1957-ci ildə Azərbaycan Dövlət Neftçıxarma İnstitutunda böyük mühəndis vəzifəsində başlamışdır. Görkəmli alim, bu institutun Litologiya laboratoriyasının nəzdindəki Süxurların fiziki üsullarla tədqiqi bölməsində axtarış-kəşfiyyat quyularından kern nümunələrinin rentgen quruluş təhlili ilə tədqiqatlar aparmışdır. Həmçinin o, "Azəbaycan neft təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Qaranlıq günəş xeyrin çöküşü
Roman, fantastik janrın ən çox bəyənilən və uğur qazanan “Fantastik Qurğu” altjanrında yazılmışdır. Bu janrın Azərbaycanda ilk olmağına baxmayaraq dünyada bir çox unudulmaz nümunələrə sahibdir. “Üzüklərin Hökmdarı”, “Harri Potter” və “Narniya Salnamələri” kimi məşhur əsərlər yüzlərlə nümunədən, sadəcə, bir neçəsidi. Təlim mərkəzlərindən birinə edilən sirli hücumun ardından iki ən yaxşı döyüşçü tədqiqata başlayır. Burda keçmiş düşmənlərinin əlinin olduğunu düşünərək bir müddət onlara verilən təlimat əsasında hərəkət etsələr də, hər şey heç də göründüyü kimi deyilmiş. Düşmən üçün qurulan tələ, elə düşmənə aid planın bir hissəsi imiş. Hər səhifəsindən zövq alacağınız roman, sizi təxəyyülünüzün sərhədlərini aşmağa məcbur edəcək. Heç vaxt var olmamış dünyanın fərqli həyat qanunlarını və düşüncə tərzini göstərəcək. Ən vacibi isə, bu kitabda siz xeyirlə şər arasındakı incə bənzərliyin şahidi olacaqsınız. “Qaranlıq Günəş” Azərbaycanda bu janrda yazılmış ilk və yeganə əsər olmaqla birlikdə detektiv janrının da bəzi çalarlarını özündə cəmləyən bir romandır.

Значение слова в других словарях