Malik Samik oğlu Xeyirbəyov (19 mart 2002; Cibir, Qusar rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Malik Xeyirbəyov | |
---|---|
Malik Samik oğlu Xeyirbəyov | |
Şəxsi məlumatlar | |
Ləqəbi | LƏZGİ |
Doğum tarixi | |
Doğum yeri | Cibir, Qusar rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Samik Xeyirbəyov |
Anası | Sima Xeyirbəyova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş əsgər |
Vəzifəsi | kəşfiyyatçı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrut döyüşü |
Təltifləri |
== Həyatı və hərbi xidməti ==Xeyirbəyov Malik Samik oğlu 2002 ci mart ayınin 19 da Qusar rayonun Cibir kəndində anadan olmuşdur.2008 ci ilde hemin kendin 1 ci sinifine getmişdir.2019 cu ilde Qusar rayon Cibir kend tam orta mektebini bitirib Odlar Yurdu Kollecinin Turizm və Otelçilik fakultesine qəbul olunur .Oxuduğu vaxt Tələbə Gənclər Təşkilatinin fəal üzvi idi.18 yaşi mart ayinda tamam olduğuna göre Kolleci yarimçiq qoyub Həqiqi herbi xidmete yollanir .Herbi xidmeti Ağcabədi nin 161 saylı herbi hissəsində keçirir. Burda xidmet etdiyi 3 aydan sonra Beylaqninin 181sayli herbi hissesinde xidmetini davam etdirir.Beyleqanda xidmet etdiyi 1 ay yarım sonra 2 ci Vətən müharibesi başlayir. Fuzuli ,Cebrayil və Hadrut uğrunda geden ağır döyuşlerde iştirak edir.26 oktyabrda Fuzüli uğrunda geden döyüşlerde Qehremancasina Şəhid olur .30 oktyabrda doğulduğu Cibir kendinde defn olunur.Ölümunden sonra 4 medalla teltif olunub Füzülinin azad olunmasina görə İgidliyə göre Vətən uğrunda Döyüşdə fərqlənməyə göre
Azərbaycan Ordusunun əsgəri olan Malik Xeyirbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Füzuli, Cəbrayıl, və Hadrutun azad edilməsində vuruşmuşdur. Malik Xeyirbəyov 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[4]