XEYİRXAHLIQ

is. Başqalarına xeyirxah münasibət; yaxşılığa çalışma; qayğıkeşlik, qeydkeşlik, yaxşılıq, kömək.
Bu sözü mən xeyirxahlıqdan ərz edirəm, qorxuram səni pul üstə o qədər əzələr ki, şişib dama dönəsən, pul ilə zarafat olmaz, canım, gözüm! N.Vəzirov.
[Xavər:] Bax, adam onun kimi olar.
Üzü, gözləri, danışığı, hamısı xeyirxahlıqla doludur. M.İbrahimov.
Vidadi ədalət və xeyirxahlıq mücəssəməsi kimi hər yerdə, xüsusən Vaqifin çətinliyə düşdüyü yerlərdə, görünür, öz köməyini, hətta canını belə onun yolunda müzayiqə etmir. M.Arif.

□ Xeyirxahlıq etmək (eləmək, göstərmək) – yaxşılıq etmək, kömək göstərmək, xeyrə çalışmaq.
Tənbələ, əyriyə xeyirxahlıq etmək yaxşı işləyənin belindən basmaqdır. M.İbrahimov.
[Afərin] adamlara həmişə xeyirxahlıq etməyi sevirdi. Q.İlkin.

Синонимы

  • XEYİRXAHLIQ alicənablıq — mərdlik — ləyaqətlilik
  • XEYİRXAHLIQ mülayimlik — yumşaqlıq — rəhmdillik — mərhəmət — iltifat
  • XEYİRXAHLIQ XEYİRXAHLIQ Fikrimi soruşanda elə belə də dedim; Xeyirxahlıqdı vallah-billah mənim məqsədim (R.Rza); İLTİFAT Çağır özgələri, göstər iltifat; De: “Nə ə
XEYİRXAHCASINA
XEYİRXƏBƏR
OBASTAN VİKİ
Xeyirxahlıq
Xeyirxahlıq — insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Hələ ən qədim yazılı abidəmiz olan "Avesta"da həyat xeyirlə şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyirin qələbəsi ilə bitəcəyi göstərilir. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi bəşərin öz arzusu, öz amalıdır. Şair və yazıçılarımız da öz əsərlərində həmişə xeyirxahlığa geniş yer vermiş, xeyirin şər üzərindəki qələbəsini əks etdirmişlər. Bu cəhətdən dahi şairimiz Nizami Gəncəvinin "Xeyir və Şər" mənzum hekayəsi diqqəti daha çox cəlb edir. "Yeddi gözəl" poemasında Çin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir. Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir, lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir.

Значение слова в других словарях