XEYİRXƏBƏR

is. [ ər. ] Xoş xəbər, ürəkaçan, şad xəbər. Deyəsən, xeyirxəbərin var.
[Qadın:] Sən də gərək Hafizdən bir fal açasan, görək qubernator xeyirxəbər gətirəcəkdimi? M.S.Ordubadi.

// Xeyirxəbər gətirən.
Telli xala bu xeyirxəbər qadının dodaqlarından öpmək istəyirdi. Mir Cəlal.

◊ Xeyirxəbər olasan! (olasınız!) – şad, xoş xəbər gətirən adama razılıq, təşəkkür ifadəsi. [Fatmanisə:] Ay oğul, sağsağan qırıldayır, çıx gör atan gələcəkdirmi? Deginən: sağsağan, sağsağan, xeyirxəbər olasan.
Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Ə.Haqverdiyev.
[Zeynal Leylaya:] Sizi xeyirxəbər olasınız, doktor! B.Bayramov.

XEYİRXAHLIQ
XEYİRLƏŞMƏ

Значение слова в других словарях