Qaldı mən dilxəstəyə ancaq məlalü xiffətin.
Bəsdir mənə verdiyin bu xiffət.
[İbrahim:] Gövhərtac … xiffətdən, qüssədən müqəvvaya dönübdür.
□ Xiffət çəkmək – 1) fikir çəkmək, kədərlənmək, qüssələnmək, qəm-qüssə etmək.
Dolanım başına, mürüvvət deyil; Bu qədər ki, sənsiz xiffət çəkirəm.
[İnsan] hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecəgündüz xiffət çəkir. ;
2) başqasının fikrini, qayğısını çəkmək.
Əzəlindən oldum eşqə dəlalət; Sirr verdim namərdə, etdi ədavət; Yolunda çəkməkdən xiffət, xəcalət; Əriyib bu Cümə çağaya döndü.
Əzizim, meşə mənsiz; Dağ mənsiz, meşə mənsiz; Qorxuram xiffət çəkə; Yar dərdə düşə mənsiz. ( ).
□ Xiffət eləmək (etmək) – bax xiffət çəkmək 1-ci mənada.
[Ata:] Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qohuməqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər?
Qardaşbacı … dağlar qədər dərdi olan analarını xiffət etməyə qoymurlar.
Gənc ömrümün bağında yazım sənsən, gülüm sən; Xiffət edib, sıxılıb, qüssələnmə, gülüm, sən.
Xiffət gətirmək – kədər-qüssə gətirmək, kədərləndirmək, kədərə-qüssəyə səbəb olmaq.
Evlərin təhər-tövründə qəlbə xiffət gətirən bir köhnəlik vardı.
Xiffət vermək – fikir çəkməsinə, dərdlənməsinə, kədərlənməsinə səbəb olmaq, dərdə salmaq, xiffətləndirmək.