xiyaban
xiyarək
OBASTAN VİKİ
Xiyar
Xiyar (lat. Cucumis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Xiyarın sarılqan xüsusiyyətli incə quruluşlu, buğumlu 5 tinli gövdəsi, 3-5 loplu tüklü yarpaqları və yarpağın qoltuğundan çıxan tək eşeyli sarı çiçəkləri var. Bəzən tikanlı, parlaq yaşıl rəngli qabıqla örtülü incə uzun və silindir formasında meyvələrin içində çoxlu toxum olur. Bu bitki hər cürə iqlimdə yetişə bilər Lakin Tundrada yetişə bilməz. Bol su sevən bu bitki quraqlıq yerlərdə yetişmir. Gübrə vasitəsi ilə məhsuldarlığı daha da artırılır. Əgər aqrar dərman istifadəsi təbiət və bitki üçün zərərlidirsə, bu halda tövsiyə olunmur.
Adi xiyar
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Xiyar turşusu
1,5 kiloqram xiyar 1,5 litr su 1 stəkan şəkər tozu 2–3 ədə baş soğan 1 xörək qaşığı qara istiot dənəsi 1 dəstə şüyüd 12 xörək qaşığı sirkə Məhlul hazırlamaq üçün su sirkə ilə birgə qaynadılır, şəkər dairə şəklində doğranmış soğan və istiot dənələri ona əlavə edilir. Şüyüd yaxşıca yuyulur və narın doğranır. Xiyar da yuyulur, dairə şəklində doğranır, bankaya yığılır. Ara-ara şüyüdlər səpilir. Sonra üzərinə soyudulmuş məhlul əlavə edilir. 2 gündən sonra marinad süzülür, qaynadılır və yenidən xiyarın üzərinə əlavə olunur. Ağzı bağlanılır, sərin yerdə saxlanılır.
Xiyar şirəsi
Xiyar şirəsi — xiyarı əzmək və ya sıxmaqla hazırlanan şirə. Xiyar əla sidik qovucudur. Amma o çoxlu sayda digər əhəmiyyətli xassələrə malikdir. Onda çoxlu miqdarda silisium və kükürd olduğundan xüsusən də ispanaq, kök şirələri ilə birgə istifadə еdildikdə saçın tökülməsinin qarşısını alır və onların intеnsiv inkişafına kömək еdir. Xiyar şirəsi həmçinin dırnaqları möhkəmlədərək onların lay-lay dağılmasının qarşısını alır. Orqanizmdə sidik turşusunun toplanması hеsabına yaranan rеvmatik ağrılar zamanı xiyar və kök şirəsi qarışığı faydalıdır. Xiyarda kaliumun yüksək miqdarı olması onu artеrial təzyiqin pozulması zamanı çox qiymətli еdir. Həm də maraqlıdır ki, xiyar şirəsi yüksək artеrial təzyiqi azaldır, aşağı artеrial təzyiqi yüksəldir, başqa sözlə artеrial təzyiqi tənzimləyir.
Xiyar şorbası
Xiyar şorbası (pol. zupa ogórkowa) — Polşa mətbəxində xiyar turşusundan və təzə xiyardan hazırlanan ənənəvi yemək. Xiyar şorbasına, çuğundur, cəfəri kökü və s. əlavə olunur. Ət, toyuq, tərəvəz bulyonunda bişirilən xiyar şorbası vegeterian yeməklərindən biri hesab olunur. Qaynar və soyuq halda istifadə olunur. Magdalena Kasprzyk-Chevriaux. "Десять самых странных польских супов". Culture.pl (rus). Culture.pl.
Qızıl xiyar
Vilya de Leqanes Kuboku (isp. Trofeo Villa de Leganés) – hər il İspaniyanın "Leqanes" futbol klubu tərəfindən keçirilən yoldaşlıq turniri. Turnirin qaliblərinə "Qızıl xiyar" mükafatı təqdim olunur. == Tarix və format == Vilya de Leqanes Kuboku 1980-ci ildə yay turniri kimi təsis olunmuşdur. Yoldaşlıq turniri xarakterli bu turnirdə ev sahibi "Leqanes" klubu ilə bir qonaq komanda yarışır. Turnir əsasən İspaniyada baş tutsa da, 1998-ci ildəki turnir "Kampomayorense" klubu ilə Portuqaliyada və 2013-cü ildəki turnir "Qətər" klubu ilə Qətərdə keçirilmişdir. "Leqanes" turnirin ən uğurlu komandasıdır (24 dəfə). Turnir müxtəlif formatlar üzrə keçirilmişdir. 1980–1996-cı illərdəki turnirlərin çoxu dörd komanda ilə baş tutmuş, qalib yarımfinal və final oyunları ilə müəyyən edilmiş, üçüncü yer uğrunda oyun keçirilmişdir. 1985, 1989, 1994 və 1995-ci illərdəki turnirlər, eləcə də, 1997-ci ildən etibarən keçirilən bütün turnirlər ancaq 2 komandanın iştirakı ilə baş tutmuşdur.
Adi it xiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
Dəniz xiyarları
Dəniz xiyarları (lat. Holothuroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi.
Xiyarək (Ərdəbil)
Xiyarək (fars. خيارك‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,183 nəfər yaşayır (709 ailə).

Значение слова в других словарях