Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəyyam (pyes)
Xəyyam — Azərbaycan dramaturqu Hüseyn Cavid tərəfindən 1935-ci ildə yazılmış faciə. Bu, orta əsr fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyama həsr olunmuşdur. Əsər ilk dəfə 1963-cü ildə Bakıda nəşr edilmişdir. "Xəyyam" faciəsi 1970-ci ilin martında Bakı şəhərində yerləşən Azərbaycan Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. == Tarixi == Azərbaycan dramaturqu Hüseyn Cavid "Xəyyam" pyesini 1935-ci ildə yazmışdır. Buna əlavə olaraq, pyes həmin il Azərbaycan SSR Ədəbi Əsərlər Müsabiqəsində III yerə layiq görülmüşdür. Hüseyn Cavid pyesin məzmununu Ermənistan SSR-nin paytaxtı olan İrəvan şəhərində yaşayan dostuna göndərmişdir. Uzun müddətdən sonra, 1957-ci ildə Hüseyn Cavidin qızı Turan Cavid İrəvan şəhərində bu pyesi taparaq Bakı şəhərinə gətirmişdir. Pyes ilk dəfə 1963-cü ildə, Bakı şəhərində yerləşən "Azərnəşr" nəşriyyatında çap olunmuşdur.12 mart 1970-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rejissorluğunda tamaşaya qoyulmuşdur. Tamaşanın bədii tərtibatını və eskizlərini rəssam Elçin Məmmədov tərtib etmiş, musiqisini isə Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Cahangir Cahangirov bəstələmişdir.
Xəyyam Abdullazadə
Xəyyam Musa oğlu Abdullazadə (22 fevral 1979, Mamırlı, Mirbəşir rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və şair. == Həyatı == Xəyyam Abdullazadə 22 fevral 1979-cu ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinə daxil olub. 2004-cü ildə universiteti bitirərək ixtisası üzrə fəaliyyət göstərməyə başlayıb. ANS, SPACE, LİDER, AZTV, İTV televiziya kanallarında çalışaraq bir sıra yadda qalan layihələrin müəllifi və rejissoru olub. "Azərbaycanfilm" kinostudiyasında və "Mozalan" satirik kinojurnalında çalışıb. Çəkdiyi "Koramal" filmi Latviya, Serbiya, Ukrayna, İran və Azərbaycanda, "Nəfəs" filmi Ukraynada, "İşıq gələn tərəf" filmi İspaniyada beynəlxalq film festivallarının mükafatlarına layiq görülüb. "Ağ qan" filmi ilə Gent Beynəlxalq Film Festivalı (Belçika), Dubay Beynəlxalq festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Gulf Beynəlxalq Film Festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Tirana Beynəlxalq Film Festivalı (Albaniya), Tbilisi Beynəlxalq Film Festivalı (Gürcüstan), Batumi Beynəlxalq Film Festivalı (Gürcüstan), Kinofest Beynəlxalq Film Festivalı (Rumıniya), Kipr Beynəlxalq Film Festivalında; "İşıq gələn tərəf" filmi ilə Clermont-Ferrand Beynəlxalq Film Festivalı (Fransa), Friburq Beynəlxalq Film Festivalı (İsveçrə), Skepto Beynəlxalq Film Festivalında (İtaliya) iştirak etmişdir. Xəyyam Abdullazadə "Exa prodakşn" MMC-nin direktoru vəzifəsini icra edir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
Xəyyam Daşdəmirov
Xəyyam Daşdəmirov (tam adı: Xəyyam Məhəmməd oğlu Daşdəmirov; 22 fevral 2002; Balik, İsmayıllı rayonu, Azərbaycan — 12 iyul 2020; Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi. == Həyatı == Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsində yaşayıb, 314 nömrəli tam orta məktəbdə oxuyub. 18 yaşı var idi.Subay idi. == Hərbi xidməti == Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn olundu.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Xəyyam Hüseynov
Xəyyam Hüseyn oğlu Hüseynov (11 iyul 1996; Göyçay, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyyam Hüseynov 1996-cı il iyulun 11-də Göyçay şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyyam Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyyam Hüseynov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyyam Mirzəzadə
Xəyyam Hadı oğlu Mirzəzadə (5 oktyabr 1935, Bakı – 30 iyul 2018, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986). == Həyatı == Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur. Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilmişdir.
Xəyyam Məmmədov
Xəyyam Məmmədov (tam adı: Məmmədov Xəyyam Paşa oğlu; 12 noyabr 1946, Qax rayonu) — həkim, tibb elmləri namizədi. 1993-2002-ci illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Xəyyam Məmmədov 1946-cı il noyabr ayının 12-də Qax rayonunun Qax qəsəbəsində anadan olmuşdur. 1993–2002-ci illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Hazırda Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun baş həkimidir. == Ailəsi == Paşa Məmmədovun atasıdır.
Xəyyam Orucov
Xəyyam Hüseyn oğlu Orucov (6 fevral 1981, Vardenis rayonu) — Azərbaycanlı zorxana ustası, 4 qat Avropa çempionu, 2 qat Dünya kubokunun sahibi, 6 qat dünya çempionatının mükafatçısı, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş, 1 bürünc mükafatçısı, Beynəlxalq dərəcəli hakim, Beynəlxalq dərəcəli məşqçi, Yığma komandanın baş məşqçisi (2014-2017), Yığma komandanın böyük məşqçisi (2017-ci ildən). == Həyatı == Xəyyam Orucov 6 fevral 1981-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan köçkün düşüb, Şəmkir rayonunda yerləşiblər. 1988-1998-ci illərdə Şəmkir rayonu Sarıtəpə kənd orta məktəbində təhsil almışdır. Uşaq vaxtından Sərbəst güləş idman növü ilə məşğul olmuşdur. 1998-2002-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 2002-ci ildə akademiyanı bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2003-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Güləşmə və onun metodikası" kafedrasında işə qəbul olub. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ikinci ali təhsil almaq üçün qəbul olub.
Xəyyam xalçaları
Xəyyam xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Xəyyam Əzizov
Xəyyam Əli oğlu Əzizov (8 noyabr 1995, Züd-Ost Qoltuq, Neftçala rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyyam Əzizov 8 noyabr 1995-ci ildə Neftçala şəhərində fəhlə ailəsində anadan olub. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illərini doğulduğu Neftçala şəhərində keçirib. 2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub və 2006-cı ildə ibtidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində təhsilini davam etdirib. 2010-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və "leytenant" hərbi rütbəsi verilib. Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətinə qədəm qoyub. Leytenant Xəyyam xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur.
Ömər Xəyyam
Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری‎); və ya sadəcə Ömər Xəyyam (1048–1131) — dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu. == Həyatı == Səlcuq dövlətinin Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir. Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur. Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur. Həm Şərqdə və ələlxüsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur.
Əli Xəyyam
Xəyyam Əliyev
Xəyyam Əlixan oğlu Əliyev (17 dekabr 1990; Əmircan, Suraxanı rayonu, Bakı, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı və pilotu. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur. == Həyatı == Xəyyam Əliyev 17 dekabr 1990-cı ildə Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində Əlixan Əliyevin və Nailə Əliyevanın ailəsində anadan olmuşdur. 1996-2007-ci illərdə Bakı şəhəri 154 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2007-2011-ci illərdə Milli Aviasiya Akademiyasında ali təhsil almışdır. Ailəli idi, Əlixan adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Xəyyam Əliyev ali təhsilini aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində "leytenant" rütbəsində xidmətinə başlamışdır. Xidmət illərində "kapitan" rütbəsi almışdır. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.
Xəyyam Mustafazadə
Xəyyam Mustafazadə Xaqani oğlu (4 fevral 1987, Bakı) – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Baş Solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2013), bas-bariton. == Həyatı == Xəyyam Mustafazadə Xaqani oğlu — 4 fevral 1987-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Evlidir. 3 oğlu var. == Təhsili == 1993–2004 ilədək 126 saylı orta məktəbdə oxumuşdur. Uşaqlıqdan musiqiyə və incəsənətə maraq göstərmişdir. 9-cu sinifdə oxuyarkən Bakı şəhərin rayonlarının məktəblərarası vokal konkursunun qalibi olmuşdur. 2002–2003-cü illərdə Üzeyir Hacıbəyov adına Konservatoriyada şəxsi müəllim tərəfindən vokal dərsləri almışdır. 2004-cü ildə yüksək balla da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. 2005-ci ildə (II kurs) ÜNS Yaradıcılıq Mərkəzinin solisti olmuşdur.
Xəyyam – Sakkeri dördbucaqlısı
Xəyyam – Sakkeri dördbucaqlısı - bir tərəfinə bitişik bucaqları düz bucaq olan, bu tərəfə qonşu olan tərəfləri bərabər olan dördbucaqlıdır. Xəyyam – Sakkeri dördbucaqlısının Loboçevski həndəsəsinin yaradılma tarixində böyük rolu olmuşdur. İsbat olunur ki, bu dördbucaqlının digər iki bucağı bərabərdir. Bu bucaqların qiyməti haqqında üç hipotez mümkündür: Həmin bucaqların iti olması;Həmin bucaqların düz olması;Həmin bucaqların kor bucaq olması.Sakkeri (1667-1733) hər üç fərziyyəni araşdırmışdır. Birinci dəfə bu dördbucaqlıya Ömər Xəyyam baxmışdır. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Ömər Xəyyam (yazıçı)
Xəyyam Ramazan oğlu Mazanov və ya Ömər Xəyyam (10 noyabr 1989, Cülyan, İsmayıllı rayonu) — azərbaycanlı yazıçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Xəyyam Mazanov 1989-cu il noyabrın 10-da İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2008–2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Ailəlidir. Bir qızı var. Xəyyam Mazanov 1996–2004-cü illərdə İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbində, 2004–2007-ci illərdə İsmayıllı rayonu 5 saylı tam orta məktəbində təhsil alıb. == Fəaliyyəti == 2013-cü ildən Ömər Xəyyam imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir.2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür."Ulduz", "Literaturnı Azerbaycan", "Yazı", "Azərbaycan" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə, kulis.az, sim-sim.az saytlarında roman, hekayə və müsahibələri dərc olunub.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Xəyyad Abbasov
Xəyyad Sovet oğlu Abbasov (13 mart 1963; Qırılı, Ağstafa rayonu, Azərbaycan SSR – 12 fevral, 1994; Kəlbəcər rayonu, Azərbaycan) ― Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbasov Xəyyad Sovet oğlu 1963-cü ilin 13 martında Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlmişdir. Orta təhsilini Qırılı kənd tam orta məktəbində bitirdikdən sonra təhsilini davam etdirərək, Qazax peşə məktəbini bitirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Gəncə xalça sexinin Qırılı kənd fillialında motorist kimi çalışmağa başlamışdır. == Hərbi xidməti == Sovet Ordusu sıralarında Altay vilayətində hərbi xidmətdə olmuşdur. === Birinci Qarabağ müharibəsində iştirakı === 1994-cü ildə könüllü olaraq Azərbaycan ordusunun sıralarına qatılmış və 1 aylıq təlimdən sonra Kəlbəcərə yollanmışdır. Elə həmin ilin 12 fevralında Murovdağ istiqamətində gedən qızğın döyüşlər zamanı 4 nəfər döyüş yoldaşı ilə birlikdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilmişdir.
Xəyyat Mirzə
Xəyyat Mirzə (1885, Bozalqanlı – 25 dekabr 1922, Bozalqanlı, Tovuz rayonu) — Azərbaycanın tanınmış aşıqlarından biri. == Həyatı == Mirzə Abbasqulu oğlu Mirzəyev 1885-ci ildə indiki Tovuz rayonunun Bozalqanlı kəndində dülgər ailəsində dünyaya gəlmiş, kiçik yaşlarında mollaxanada dərs almışdır. Atası Abbasqulu onu dərzi yanına şagird qoymuşdur. Dərziliyi öyrənməklə yanaşı, onda şeirə, sənətə böyük maraq olmuşdur. Dərzi olduğundan şeirlərini də "Xəyyat" (dərzi) təxəllüsü ilə düzüb qoşmuş, xalq şeiri üslubunda yazıb yaratmışdır. Bozalqanlı Xəyyat Mirzə tə xəllüsü ilə tanınmışdır. Aşıq Hüseyn Bozalqanlı, Şair Vəli ilə deyiş mələri məşhurdur. Hazırcavablığı, istedadı ilə həmişə mühitin marağı na səbəb olmuşdur. Haqqında "Mirzə-Nazənin" dastanı yaranmışdır.Xəyyat Mirzə 1922-ci il dekabr ayının 25-də öz kəndlərində vəfat etmiş və orada dəfn olunmuşdur. Xəyyat Mirzənin ilk kitabı 1966-cı ildə çap olunmuşdur.
Əyyam Musayev
Əyyam Hüseyn oğlu Musayev (11 yanvar 1946 – 23 mart 2000) Azərbaycan Respublikasının Deputatı(1990–1995) ,Səttərxan adına Maşınqayırma zavodunun direktoru(1988–2000), Azərbaycan Respublikası "Dinamo" futbol klubunun prezidenti(1997–2000),Professor,Elmlər doktoru,Texniki Elmlər Namizədi. == Həyatı == Əyyam Hüseyn oğlu Musayev – 11 yanvar 1946-cı ildə Şəmkirin Könüllü kəndində anadan olmuşdur. 1964 cü ildə -Odessa Dəniz Gəmiçiliyi Mühəndisləri İnstitutuna daxil olmuş, həmin institutu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. 1969-cu ildə ailə həyatı qurmuşdur. Bu evlilikdən 4 övladı dünyaya gəlmişdir. Əyyam Musayev 2000-ci ilin mart ayının 23-də müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. == Fəaliyyəti == 1965–1968-ci illərdə, Bakı Elektroməişət Cihazları zavodunda fəaliyyətə başlamışdır. 1968–1980-cı illərdə, Bakı Elektromontaj Remontları (BREM) zavodunda çalışmış, 1980–1982-ci illərdə, həmin zavodun direktor koməkçisi vəzifəsinə layiq görülmüşdür. 1982–1986-cı ilərdə, Hüsü Hacıyev adına zavodun direktoru təyin olunub. 1986–1987-ci illərdə, Əlibayramlıda zavod direktoru vəzifəsində çalışmışdır.
Əyyam əl-ərəb
Əyyam əl-ərəb (ərəb. أيام العرب‎; mənası – ərəblərin günləri) — ilkin ərəb eposu janrlarından biri. Qəbilədaxili və qəbilələrarası müharibələrdən, qəhrəmanların sərgüzəştlərindən bəhs edir. V–VII əsrlərdə bədəvi ərəblər arasında formalaşmışdır. Sonralar ayrı-ayrı əyyam əl-ərəblər silsilə halına salınmışdır ("Bəsusun müharibəsi", "Əbs və Zubyan müharibəsi" və s.). Çoxu VIII–X əsr ərəb filoloqlarının, xüsusilə Əbu Übeydənin əsərlərində qorunub saxlanılmış, əyyam əl-ərəblər ərəb ədəbiyyatında tarixi əsərlərin yaranmasına təsir göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Айям аль-Араб (статья в БСЭ) Аравийская старина. (Книга содержит отрывки из "Дней арабов" — древних сказаний о межплеменных войнах. В стихотворных переводах впервые воспроизводится ритмика и система рифмовки классической арабской поэзии.
Pəyam
Yam və ya Pəyam (fars. پيام‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,389 nəfər yaşayır (336 ailə).
Xəyal
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Bəyram (Soyuqbulaq)
Bəyram (fars. بيرم‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər yaşayır (41 ailə).
Fəyyum portretləri
Fəyyum portretləri — Qədim Misirdə ölmüş şəxslərin boyakarlıq portretləri. Bu portretlər e.ə. I əsrin axırlarından IV əsrə qədərki bir dövrə aiddir. == Tarixi == "Fəyyum portretləri" ter­mini 1887 ildə bu portretlərin böyük bir qrupunun tapıldığı yerin – əl-Fəyyum vahəsinin adından götürülmüşdür. Ən yüksək inkişaf dövrü I əsrin ortalarından III əsrə qədərki dövrdə olmuşdur. Qədim Misirin ənənəvi ölü maskatarını əvəz edən Fəyyum portretləri enkaustika, tempera, yaxud da hər iki texnikadan istifadə etməklə taxta lövhə üzərində işlənir, sonra mumiyanın sarğısı içərisinə, ölünün sifəti olan yerə qoyulurdu. E.ə. I əsrə aid erkən Fəyyum portretlərinin müəyyən qismi kətan üzərində çəkilmişdir. Bəzən Fəyyum portretləri evlərdə divardan asmaq üçün də işlənilir və portreti çəkilən şəxs öldükdən sonra onun mumiyasına qoyulurdu. Üslub cəhətdən 2 istiqamətdə inkişaf edən Fəyyum portretləri antik incəsənət və Misir incəsənətinin ənənələrini davam etdirirdi.
Hacı Səyyah
Mirzə Məhəmməd Əli (fars. میرزا محمد علی‎) — İranlı diplomat, səyyah və dövlət xadimi. Tarix ədəbiyyatlarında etmiş olduğu səyahətlərə görə Hacı Səyyah (fars. حاج سياح‎) təxəllüsü ilə tanınmışdır. Mirzə Məhəmməd Əli, Amerika Birləşmiş Ştatları vətəndaşlığı almış ilk iranlı hesab olunur. Belə ki, Kaliforniya ştatının XII Dairə Məhkəməsinin vermiş olduğu qərara əsasən ona, 1875-ci ilin 26 may tarixində rəsmi olaraq ABŞ vətəndaşlığı verilmişdir. == Həyatı == Hacı Səyyah 1836-cı ildə Qacar dövlətinin Məhəllat şəhərində anadan olmuşdur. Gənc yaşlarından etibarən müasir və demokratik tədqiqatlar, ədəbiyyatlarla tanış olmağa başlamış və dövrünün fərqli fikirlərindən təsirlənmişdir. XIX əsrin ortalarında İranda mövcud olan avtokratik hökmdarlarıq dövründə Hacı Səyyah dünyanı gəzməyə və dünyanın müxtəlif yerlərində yerləşən cəmiyyətlərin gündəlik həyatını öyrənməyə qərar verir. === Səfərləri === Hacı Səyyah 23 yaşında olarkən tək başına dünya səyahətinə çıxmışdır.
Həsən Səyyar
Həsən Səyyar — Azərbaycan şairi.
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Meyham
Meyham-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Meyham-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Jeyya
Jeyya (fr. Jayat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monrevel-an-Bres kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01196. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1049 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 639 nəfərin (15-64 yaş arasında) 516 nəfəri İqtisadi cəhətdən fəal, 123 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.8%, 1999-cu ildə 72.3%). 516 fəal sakindən 487 nəfər (263 kişi və 224 qadın), 29 nəfəri (11 kişi və 18 qadın) işlədi. Aktiv olmayan 123 nəfər arasında şagird və ya tələbə, 54 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə hərəkətsizdir..