XOCƏSTƏRÜXSAR
XODBƏXOD
OBASTAN VİKİ
Aleksandr Xodzko
Xodzko Aleksandr Leonardoviç (belar. Аляксандр Ходзька, pol. Aleksander Chodźko; 30 avqust 1804, Kriviçi[d], Minsk quberniyası[d], Rusiya imperiyası – 27 dekabr 1891 və ya 1891, Nuazi-le-Sek[d], Fransa) — Polşa-Belarusiya şairi, şərqşünası, diplomat. == Həyatı == Peterburqda Mirzə Cəfər Topçubaşovdan Şərq dillərini öyrənmişdir. 1842-ci ildə "Koroğlu" dastanının Cənubi Azərbaycan aşıqlarından topladığı variantını tərcümə edib Londonda ingilis dilində nəşr etdirmişdir.
Kamal Xodov
Kamal Xodov (26 yanvar 1941, Batako[d], Şimali Osetiya MSSR – 24 iyun 2021) — Sovet şairi, tərcüməçi və ədəbiyyatşünas. Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının xalq şairi. == Bioqrafiyası == 1970-ci ildə Kamal Xodov M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirir. Regional qəzetlərin redaksiyaları ilə əməkdaşlıq edir, Şimali Osetiya televiziya studiyasının baş redaktoru, on ildən çox Max duq jurnalının tənqid və jurnalistika şöbəsinə rəhbəri, sonra redaktor vəzifələrində çalışır. "İr" kitab nəşriyyatının müdiri işləyir. 1985-ci ildən Kamal Xodovv Şimali Osetiya Dövlət Dram Teatrının direktoru, eyni zamanda ədəbi Osetiya almanaxının baş redaktoru olur. 1989-1990-cı illərdə Kamal Xodov Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Dövlət Nəşriyyat, Çap və Kitab Ticarəti Komitəsinin sədri işləyir. 1990-cı ildə Şimali Osetiya MSSR Yazıçılar Birliyinin sədri olur. 1966-cı ildən Sovet İttifaqı Kommunist Partiyası, 1972-ci ildən isə SSRİ Yazıçılar Birliyinin üzvü olur 1962-ci ildə Kamal Xodovun şeirlərindən ibarət "Səhər ulduzu" adlı gənc müəlliflər toplusu nəşr olunur və 1966-cı ildə "Çörək və duz" adlı ilk poetik kitabı işıq üzü görür. 1970-ci ildə Xodovun "Osetin mahnısı eşidilir" adlı ikinci şeirlər toplusu dərc olunur.
Mixail Xodorkovski
Mixail Borisoviç Xodorkovski (26 iyun 1963, Moskva) — rusiyalı sahibkar, ictimai xadim, publisist. Hal-hazırda Segejada (Kareliya Respublikası) ümumi rejimli koloniyada 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxıb . 1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri olmuşdur. 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilmişdir. "YUKOS" şirkəti müflis elan edilmişdir. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilmişdir. Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymət aldı: bəziləri Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digəriləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu hesab edirlər. "Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "Vicdan məhbusu" statusu vermişdir.
Rza Xodadadi
Rza Xodadadi (Reza Khodadadi - fars. رضا خدادادی) — İranın ünlü və tanınmış müasir sənətkar, rəssam, heykəltaraş, akademik və tədqiqatçı, Tehran İncəsənət Universitetinin professoru və fakültə üzvü. 26 fevral 1961 İran Azərbaycanında Ərdəbil şəhərində anadan olub və indi Tehranda yaşayır və işləyir. Dr. Xodadadi uşaqligdan rəsm və heykəltaraşlıqi başladı. Sonra digər sənətlərdə o cümlədən divar Rəsmi (mural), Model edilməsi və daxili dizayn sahələrində aktiv oldu. Shahid Recai Universiteti. Azad İslami Universiteti. Ali təhsil Sooreh İnstitutu (Sooreh Universiteti) İncəsənət Al-Zahra Fakültəsini İncəsənət Universiteti(Tehran), 1991-ci ildən. İran rəsmi Mütəxəssislər sertifikatlı üzrə ədalət mühakimə Assosiasiyasının İncəsənət işlərinə üzvü.
Svetlana Xodçenkova
Svetlana Viktorovna Xodçenkova (rus. Светла́на Ви́кторовна Хо́дченкова; 21 yanvar 1983, Moskva) — Rusiya teatr, film və televiziya aktrisası.
Valentin Xodukin
Valentin Xodukin (ukr. Валентин Ходукин; 17 avqust 1939, Xarkov – 16 dekabr 2020) — ukraynalı futbolçu. Futbolçu kimi "Neftyanik" (Droqobıç, Ukrayna), "Dvina" (Vitebsk, Belorus), "Avanqard" (Ternopol, Ukrayna), "Selmaş" və "Karpatı" (hər ikisi Lvov, Ukrayna) komandalarında oynaylb. Lvov Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və orada pedaqoji fəaliyyət göstərib. 8 il futbol kafedrasına rəhbərlik edib. Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını bitirib. V. Xodukin zəngin məşqçilik karyerasına malikdir. 1990-cı ildən Ukrayna çempionatının II, I və yüksək liqalarında yarışan bir sıra klubların məşqçisi və baş məşqçisi olub, güclülər dəstəsində oynayan "Karpatı" (Lvov) və "Krivbass" (Krivoy Roq) kimi komandalarda baş məşqçi işləyib. Ukrayna kuboku uğrunda mübarizənin finalçısı, UEFA Kuboku yarışlarının iştirakçısı olub. V.Xodukin 13-cü Azərbaycan çempionatından Bakının "İnter" komandasında işləyir.
Viktor Xodukin
Viktor Xodukin OİK(Lvov) futbol məktəbinin yetirməsidir. 1965-1967-ci illərdə OİK(Lvov),"Neftyannik"(Droqobiç), "Karpatı"(Lvov) komandalarında oynamışdır. Məşqçilik karyerası 1971-ci ildən başlanmışdır. Uzun illər(1975-ci ildən 1990-cu ilədək) "Karpatı" Olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində işləmiş və məktəbin baş məşqçisi olmuşdur. 1991-cu ildən Ukraynanın 2-ci dəstəsində oynayan "Avanqard" (Jidakov), "Qazovik"(Komarno) və "Sementik" (Nikolayev) komandalarına baş məşqçilik etmişdir. 1996-cı ildən 2005-ci ilin yanvar ayınadək Lvov "Karpatı"sının 2-ci komandasında (Ukrayna çempionatı, 1-ci və 2-ci liqalar) baş məşqçi vəzifəsində çalışmışdır.
Xoda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Xoda Afərin su anbarı
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bənd. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin] SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102 və ya 200 meqavata bərabərdir. Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur. Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır. Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur.
Xodacu
Xodacu və ya Xaracu — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanının Səracu / Saracu bəxşində yerləşən şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,458 nəfər və 361 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Xodaşirin Cəbiyev
Xodmezövaşarxey
Xodmezövaşarxey (mac. Hódmezővásárhely) — Macarıstanın cənub-şərqində, Böyük Macarıstan düzənliyində yerləşən şəhər. Müasir şəhərdə 6000 il bundan əvvəl insan məskunlaşmasına dair sübutlar var və arxeolojita tapıntılara əsasən qədim dövrlərdən başlayaraq fərqli mədəniyyətlərin nümayəndələri burada yerləşiblər. Şəhərin müasir forması əsrin sonlarında qurulmuşdur. Bu onilliklər ərzində şəhərdə dinamik dəyişikliklər baş vermiş və kanallar tikilmişdir. Əhalinin 70%-i əkinçilik və heyvandarlıq ilə məşğul olmuşdur. Bu gün şəhər xarici və daxili turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Muzeylər, kilsələr, heykəllər, parklar və termal üzgüçülük məkanları tez-tez ziyarət edilən turistik yerlərdir. Xodmezövaşarxey aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: Macarıstan şəhərləri VikiSəyahətdə Hódmezővásárhely haqqında səyahət məlumatları var.
Alexandro Xodorovski Prulyanski
Alexandro Codorovski (17 fevral 1929[…], Tokopilya[d]) — Çili əsilli fransız aktyor, komiks müəllifi, bəstəkar və kinorejissordur. Əsasən çəkmiş olduğu sürreal filmləri ilə tanınır. == Həyatı == == Təlimi == Alexandr Codorovski Prulyanski ezoterik, sürrealistik filmlərin rejissoru kimi tanınır. Bundan başqa nyu-eyc və dzen cərəyanlarının tərəfdarı, Taronun dünya iqyaslı tədqiqatçılarından biridir. 1990-cı illərin sonundan erkən yaşlarda alınan psixoloji fəsadların müalicəsinə yönəlmiş psixomagiya terapevtik metodikanı işləmişdir. Dəhşət, yumor və eynizamanlıq – yaratdığı "Panika" postsürealistik hərəkatının başlanğıclarıdır. Codorovski prinsipinin əsas qayəsi – insan öz varlığını dərk etməlidir. Gürciyevin ideyaları ilə səslənən rejisorun gənaətinə görə, "insan ömür boyu yuxulu vəziyyətdə qalmaq təhlükəsindədir. Bu vəziyyətdə o planeti belə məhv edə bilər. Oyaqkən ayıq, şüurlu olaraq əlbəttə ki, insan ətraf aləmi dəyişməyi bacarmaz, lakin daxili harmoniyaya nail ola bilər".
Tatyana Xodoroviç
Tatyana Sergeyevna Xodoroviç (rus. Татья́на Серге́евна Ходоро́вич; 23 avqust 1921 – 12 iyun 2015, Qrenobl) — dilçi-dialektoloq, SSRİ-də insan haqları hərəkatının iştirakçısı, SSRİ-də İnsan Hüquqlarının Müdafiəsi üzrə Təşəbbüs Qrupunun üzvü, "samizdat"ın müəllifi, samizdat jurnalının "Cari hadisələrin xronikası"nın iştirakçısı, Rusiya Təqib olunanlara və Onların Ailələrinə Yardım İctimai Fondunun meneceri. Rəssam M. A. Vrubelin böyük qardaşının və admiral A. V. Nemitsin nəvəsi. Tatyana Xodoroviç filologiya təhsili alıb. O, 18 il Rus Dili İnstitutunda işləyib. Tatyana Sergeyevna "samizdat"da yayılan insan hüquqları ilə bağlı məqalələr yazıb, SSRİ-də İnsan Hüquqlarının Müdafiəsi üzrə Təşəbbüs Qrupunun işində iştirak edib. 1971-ci ildə insan hüquqları sahəsində fəaliyyətinə görə işindən qovulmuşdur. Müasiri L. Ternovskinin sözlərinə görə, xristian olduğu üçün hər kəsə kömək edirdi: "Tatyana Sergeyevna təqib olunanlara kömək etməyi özünün mənəvi borcu hesab edirdi. Xodoroviçin müxtəlif siyasi, dini baxışlara malik şəxlərə kömək edirdi. "Hüquq müdafiəçisi A. Tverdoxlebov, marksist L. Plyuşş və vətənpərvər fəalı və rus "statisti" V. Osipov.
Aleksandr Xodulov
Aleksandr Dmitriyeviç Xodulov (rus. Александр Дмитриевич Ходулов; ) — Rusiya rəssamı, 1993-cü ildən Rusiya Rəssamlar İttifaqının üzvü. == Həyatı == Aleksandr Xodulov SSRİ xalq artisti, 6-cı çağırış SSRİ Ali Sovetinin deputatı Dmitri Fedoroviç Xodulovun çoxuşaqlı ailəsində ən kiçik, onuncu övladı olaraq anadan olmuşdur. Anası SSRİ-nin fərdi təqaüdçüsü, qəhrəman ana, Mariya Vasilievna Kuzmina idi. Xodulov Olekminski rayonunun Tokko kəndindən anadan olmuşdur. Kiçik yaşlarından İskəndər rəsm çəkməyə həvəs göstərmişdir. 1977-ci ildə L. A. Kim adına Yakutsk Uşaq Rəssamlıq Məktəbini, 1981-ci ildə isə P. P. Romanov adına Yakut Rəssamlıq Məktəbinin teatr dizaynı fakültəsini bitirmişdir. 1987-ci ildə Aleksandr Xodulov V. İ. Surikov adına Moskva İncəsənət İnstitutunun monumental rəssamlıq fakültəsində təhsil almışdır. Professor Yuri Konstantinoviç Korolyovun (həmin illərdə Dövlət Tretyakov Qalereyasının direktoru) emalatxanasında təhsil almışdır. == Tənqidi == Lyudmila Podpruginaya görə, Aleksandr Xodulovun rəsmlərində realist meyllər müşahidə olunur, rəngkarlıq qrafik aydınlıq və yığcamlıq əldə edir.